Jurnalistlər Azərbaycan Prezidentinə hədsiz minnətdarlıq edirlər
15.08.2017 [10:16]
Müxtəlif redaksiyaların kollektivləri, jurnalistlər üçün tikilən yeni binada mənzillə təmin olunan media işçiləri Prezident İlham Əliyevə çoxsaylı təşəkkür məktubları ünvanlamaqda davam edir, bu nəcib və xeyirxah təşəbbüsə görə dövlətimizin başçısına hədsiz minnətdarlıqlarını bildirirlər.
AZƏRTAC xəbər verir ki, Prezidentə ünvanlanan məktubların müəllifləri arasında “Kaspi” qəzetinin əməkdaşları da var. “Kaspi” qəzetinin baş redaktorunun birinci müavini Hüquq Salmanov, bu nəşrin tərtibatçı redaktoru Aelita Frolova 255 media işçisinin mənzillə təmin olunmasından hədsiz dərəcədə sevindiklərini qeyd edərək yazırlar: “Möhtərəm cənab Prezident, bizim peşənin 255 nümayəndəsinə məhz Milli Mətbuat Günü ərəfəsində hədiyyə etdiyiniz mənzillər əsası görkəmli maarifçi Həsən bəy Zərdabi tərəfindən qoyulmuş Azərbaycan jurnalistikasının tarixi ənənələrinə və Ümummilli lider Heydər Əliyevin bizə həmişə göstərdiyi diqqət və qayğıya dərin hörmətin göstəricisidir. Bu, Azərbaycan dövlətinin və şəxsən Sizin bizim əməyimizi yüksək qiymətləndirməyinizin, problemlərə həssaslıqla yanaşmağınızın əyani sübutudur.
Siz “Jurnalistlərin Dostu” adını şərəflə daşıyırsınız. Bu, hər cəhətdən nümunəvi olan dövlət başçısının sözləri ilə işlərinin üst-üstə düşdüyünü, Sizin “Azərbaycanın hər bir vətəndaşının Prezidenti olmaq” vədinizi həyat prinsipi səviyyəsinə qaldırmağınızı xalqımıza və bütün dünyaya göstərən parlaq nümunədir. Bu, Sizə ümumxalq hörməti və məhəbbəti qazandıran nəcib keyfiyyətlərinizdən yalnız biridir. Bu və digər keyfiyyətləriniz Sizə beynəlxalq arenada da dərin hörmət qazandırıb. Möhtərəm cənab Prezident, icazə verin, Sizə və Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya bir daha dərin minnətdarlığımızı və hörmətimizi bildirək”.
“Azərbaycan” qəzetinin əməkdaşı Elnur Hacalıyev Prezident İlham Əliyevə minnətdarlıq məktubunda qeyd edir: “Möhtərəm cənab Prezident, demokratik prinsiplərə böyük önəm verən Azərbaycanda Sizin rəhbərliyinizlə son 14 ildə kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyəti, jurnalistlərin müstəqilliyi, bir sözlə, açıq cəmiyyət quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirilib, söz və mətbuat azadlıqları tam təmin olunub.
Cənab Prezident, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində həyata keçirdiyiniz ardıcıl tədbirlər biz media işçilərini daha əzmlə çalışmağa və dövlətçiliyimizin daha da möhkəmləndirilməsi istiqamətində üzərimizə düşən məsuliyyətli işi bundan sonra da davam etdirməyə ruhlandırır. Bakının Bibiheybət qəsəbəsində jurnalistlər üçün tikilən ikinci binadan mənə də mənzil hədiyyə etdiyiniz üçün şəxsən öz adımdan və ailəm adından Sizə dərin təşəkkürlərimi çatdırıram”.
Prezidentə digər bir məktub Pərvin Nəcəfquliyeva tərəfindən ünvanlanıb. Məktubda deyilir: “Möhtərəm cənab Prezident, Milli Mətbuat Günü ərəfəsində 255 jurnalist ailəsinə, o cümlədən bizim ailəyə böyük sevinc bəxş etdiniz. Mətbuatda 45 il iş təcrübəsi olan atam Həmid Nəcəfquliyevə də mənzil hədiyyə etdiniz. Buna görə Sizə bütün ailəmiz adından dərin təşəkkürümüzü bildiririk. Cənab Prezident, Sizin yorulmaz, fədakar fəaliyyətiniz sayəsində doğma Azərbaycanımız gündən-günə çiçəklənir. Dostlarımız bundan sevinir, mənfur düşmənlərimiz isə dərin narahatlıq hissi keçirirlər. Sizə və ailənizə möhkəm cansağlığı, işlərinizdə uğurlar diləyirik. Biz Sizinlə fəxr edirik. Allah Sizi qorusun”.
Yeni mənzilin sevincini yaşayanlardan biri də Bakı şəhərindən İmran Bədirxanlıdır. Onun yazdığı məktubda deyilir: “Möhtərəm cənab Prezident, bu məktubu Sizə ailəm adından sonsuz minnətdarlıq hissi ilə yazıram. Cənab Prezident, Siz bir jurnalist kimi təkcə mənim deyil, bütün jurnalistlərin dostu, xeyirxahı və himayədarısınız. İyirmi dörd ildən artıq idi ki, rahat mənzilin həsrətində idik. Nəhayət, arzumuz çin oldu. Siz bizi darısqallıqdan, sıxıntıdan, bir ata kimi məni övladlarımın qarşısında xəcalətdən qurtardınız. Sizin bu xeyirxahlığınızın, savab işinizin qiyməti, dəyəri ölçüyəgəlməzdir. İş yerimdə, media aləmində tanıdığım və tanımadığım həmkarlarımın hamısı məni təbrik edir, sevincimə şərik olurlar. Söz adamı olsam da, bu məqamda keçirdiyim şükranlıq hisslərini sözə çevirməkdə çətinlik çəkirəm. Cənab Prezident, sadəcə onu demək istəyirəm ki, Bədirxanlılar ailəsi ömürləri boyu Sizə minnətdar olacaq”.
Bakı şəhərindən jurnalist Tahir Talıblı da mənzillə təmin edildiyinə görə dövlətimizin başçısına minnətdarlığını bildirərək yazır: “Hörmətli cənab Prezident, Milli Mətbuat Günü münasibətilə 255 jurnalist ailəsini, eləcə də məni mənzillə mükafatlandırdınız, insanlara əvəzsiz sevinc bəxş etdiniz. Buna görə Sizə dərin minnətdarlığımı bildirirəm. Sizə və ailənizə uzun ömür, möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram. Tanrı Sizi qorusun”.
Xəbər lenti
Hamısına baxSosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42
Dünya
06 May 21:39
Elanlar
06 May 21:17
Dünya
06 May 21:15
Gündəm
06 May 21:05
Dünya
06 May 20:43
Siyasət
06 May 20:34
YAP xəbərləri
06 May 20:33
İqtisadiyyat
06 May 20:30
Dünya
06 May 20:17
Dünya
06 May 19:52
Dünya
06 May 19:25
Dünya
06 May 19:10
YAP xəbərləri
06 May 18:43
YAP xəbərləri
06 May 18:36
YAP xəbərləri
06 May 18:07
Xəbər lenti
06 May 18:04
Sosial
06 May 17:01
Sosial
06 May 17:00
Sosial
06 May 16:59
Sosial
06 May 16:59
Sosial
06 May 16:58
Sosial
06 May 16:58
İqtisadiyyat
06 May 16:57
YAP xəbərləri
06 May 16:50
Siyasət
06 May 16:42
YAP xəbərləri
06 May 16:27
YAP xəbərləri
06 May 16:26
YAP xəbərləri
06 May 16:12
YAP xəbərləri
06 May 15:16
Dünya
06 May 15:13
Elanlar
06 May 15:03
Hadisə
06 May 14:39
YAP xəbərləri
06 May 14:10
Sosial
06 May 14:05
Dünya
06 May 13:05
Hadisə
06 May 12:40
Sosial
06 May 12:30
Sosial
06 May 12:11
Diaspor
06 May 12:08
Sosial
06 May 12:04
İqtisadiyyat
06 May 12:03
İqtisadiyyat
06 May 12:00
Dünya
06 May 11:57
İqtisadiyyat
06 May 11:43
Analitik
06 May 11:26
YAP xəbərləri
06 May 11:24
Gündəm
06 May 11:10
Xəbər lenti
06 May 10:58
Elm
06 May 10:57
Sosial
06 May 10:56
İqtisadiyyat
06 May 10:55
Gündəm
06 May 10:46
İqtisadiyyat
06 May 10:19
Sosial
06 May 09:50
Gündəm
06 May 09:27
Sosial
06 May 08:51
MEDİA
06 May 08:32
06 May 02:56

