/ / “İslam həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə” mövzusunda konfrans maraqlı müzakirələrlə yadda qalıb
“İslam həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə” mövzusunda konfrans maraqlı müzakirələrlə yadda qalıb
16.08.2017 [10:08]
“Multikulturalizm ili”nin məntiqi davamı kimi, Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunması çox böyük siyasi uzaqgörənliklə irəli sürülən ideyadır. Bu, həm Azərbaycanda IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi, həm də İslam dünyasında baş verən proseslərə nizam gətirmək istəyi ilə bağlıdır. İslam həmrəyliyi Azərbaycandakı multikultural mühitin özlüyündə təbii davamıdır.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Qax rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə avqustun 15-də Qax şəhərində keçirilən “İslam həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə” mövzusunda konfransda səsləndirilib.
Tədbirdə dini işlər üzrə komissiyanın üzvləri, ziyalılar, gənclər, təhsil işçiləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Konfransda rayon İcra Hakimiyyəti aparatının məsul nümayəndəsi İlqar Abbasov çıxış edərək dövlət-din münasibətlərindən, ölkədəki tolerantlıq ənənələrindən, cəmiyyətdə sabitliyin möhkəmləndirilməsində dini maarifləndirmənin əhəmiyyətindən danışıb.
DQİDK sədrinin müavini Gündüz İsmayılov “İslam Həmrəyliyi İli” çərçivəsində komitə tərəfindən silsilə tədbirlərin həyata keçirildiyini, bugünkü konfransın da əsas məqsədinin pedaqoji fəaliyyətlə məşğul olan insanların, yerli icra orqanları və bələdiyyə qurumlarında çalışan şəxslərin İslam həmrəyliyi mövzusu ilə bağlı fikirlərini öyrənmək, Azərbaycanda tarixən mövcud olan tolerantlıq və multikulturalizm ənənələrinin qorunub saxlanması və təşviqinə nail olmaq məqsədi daşıdığını diqqətə çatdırıb.
Komitə sədrinin müavini ölkəmizin zəngin multikultural mühitinə əsas təhlükə törədən potensial və real təhdidlərə diqqət çəkərək, dini radikalizmin doğura biləcəyi mənfi nəticələrdən danışıb. Bildirilib ki, məzhəb müxtəlifliyi şəraitində multikultural cəmiyyətlərdə, xüsusilə İslam dininə mənsub toplumlarda ənənəvi İslamın zəifləməsi fonunda xarici təsirlərin güclənməsi ehtimalı var. Dini radikalizmin güclənməsi dinin siyasiləşdirilməsinə, tolerantlığın zəifləməsi ilə məzhəbçiliyin güclənməsinə, dini kimliyin milli kimliyə qarşı qoyulmasına, cəmiyyətdə qütbləşmənin və sosial təbəqələşmənin yaranmasına aparıb çıxara bilər. Belə cəmiyyətlərdə qadın hüquqlarının məhdudlaşdırılması, xurafat meyillərinin artması, dünyəvi təhsilə qarşı çıxışların müşahidə olunması xarakterik haldır.
DQİDK-nin dini maarifləndirmə şöbəsinin müdir müavini Ruslan Əsgərov çıxışında zərərli dini cərəyanların əsas fəaliyyət metodlarına toxunub.
Konfransda “Azərbaycanlı, yoxsa müsəlman: hansı bizim üçün daha önəmlidir?”, “Dindar olub müasir olmaq mümkündürmü?”, “Dindar gənclik dünyəvi gənclikdən nə ilə fərqlənməlidir?” sualları ətrafında müzakirələr aparılıb, tədbir iştirakçılarının, gənclərin fikirləri dinlənilib.
Konfransın sonunda iştirakçıların sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10

