Qusarda Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun barelyefi qoyulub
16.08.2017 [10:10]
Qusar şəhərində Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun barelyefi qoyulub.
AZƏRTAC xəbər verir ki, Milli Qəhrəmanın adını daşıyan küçədə qoyulan barelyefin açılış mərasimi avqustun 15-də rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilib.
Mərasim iştirakçıları barelyefin önünə tər güllər düzərək Ç.Qurbanovun, o cümlədən bütün şəhidlərimizin xatirəsini ehtiramla anıblar.
Mərasimdə Milli Məclisin deputatı Azər Badamov, Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov çıxış edərək müasir Azərbaycan Ordusunun yüksək intizamı və döyüş hazırlığı ilə dünyanın əksər silahlı birləşmələrinə nümunə olduğunu diqqətə çatdırıblar. Bildirilib ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu siyasətini hazırda Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev uğurla davam etdirir.
Qeyd edib ki, Azərbaycan Ordusunun əsgəri Çingiz Salman oğlu Qurbanov 2016-cı il dekabrın 29-da Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə şəhid olub. Prezident İlham Əliyevin tapşırığına əsasən, aidiyyəti dövlət qurumları tərəfindən beynəlxalq təşkilatlarla birgə görülmüş tədbirlər nəticəsində onun nəşi düşmən tərəfdən alınıb və doğulduğu Qusar rayonunda dəfn edilib.
Prezident İlham Əliyevin Sərəncamına əsasən, Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə əsgər Çingiz Qurbanova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.
Milli Qəhrəmanın atası Salman Qurbanov torpaqlarımızın azadlığı uğrunda canından keçən oğlu ilə fəxr etdiyini, övladının qisasının döyüş yoldaşları tərəfindən alınacağına əmin olduğunu deyib. S.Qurbanov bildirib ki, dövlətimizin başçısı Çingizin qəhrəmanlığını, fədakarlığını, Vətənə bağlılığını layiqincə qiymətləndirərək, ona Azərbaycanın Milli Qəhrəmanı adını verdi. Çingiz və onun kimi Vətən oğullarının xatirəsi qəlbimizdə daim yaşayacaq.
Çıxışlarda aprel döyüşlərindən də danışılıb. Ermənistan ordusunun məğlubedilməzliyi ilə bağlı yaranmış mifin darmadağın olunduğu aprel döyüşlərinin şanlı qələbəmiz olduğu qeyd edilib.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05

