Orta əsr Şəmkir qalasının sirləri açılır
17.08.2017 [10:08]
Orta əsr Şəmkir qalasının ümumi ərazisi 28 hektardır. AMEA Arxeologiya və Etnoqrafiya İnstitunun ekspedisiyası 2006-cı ildən başlayaraq Narınqala ərazisində tədqiqatları davam etdirir. İndiyə kimi Azərbaycanda orta əsr şəhər mədəniyyəti, buradakı insanların məşğuliyyəti, həyat tərzi öyrənilib. Tədqiqat zamanı məlum olub ki, həmin dövrdə şəhərdə saxsı borular vasitəsilə kanalizasiya xətləri də çəkilib. Şəhərdə dulusçuluğun inkişaf etdirildiyi, rəngli keramik və saxsı qabların, müxtəlif bəzək əşyalarının istehsal edildiyi müəyyənləşdirilib. Şəhər memarlığı da diqqət çəkir. Orta əsr Şəmkir qalası istər monqolların, istərsə də rusların istilası zamanı dağıdılıb. Buna baxmayaraq, şəhərin arxitekturasını, binatikmə mədəniyyətini tam şəkildə öyrənmək mümkün olub.
Ekspedisiyanın rəhbəri Tarix Dostuyev AZƏRTAC-a müsahibəsində deyib: “Builki qazıntıların başlıca məqsədi monumental binanın hələ 2007-ci ildən başlanan tədqiqini başa çatdırmaq idi. Əvvəlki illərdə binanın cənub, şərq və mərkəz hissələri demək olar ki, öyrənilib. Amma şimal və qərb hissələri tədqiqatdan kənarda qalıb. Builki tədqiqatlarımız nəticəsində binanın şimal hissəsi tamamilə öyrənildi. Məlum oldu ki, bu hissədə 3 otaq yerləşir. Bütövlükdə isə əvvəllər düşünüldüyü kimi, monumental binanın 10-dan çox otağı olub və bütövlükdə iki min kvadratmetr sahəni əhatə edib”.
Qeyd edək ki, divarların bünövrəsi çay daşı ilə gil məhlulundan istifadə olunmaqla qoyulub. Tikilinin bu hissəsi təxminən 1-2 metrdir. Daha sonra seysmik qurşaq yaradılıb, yəni ağacdan lay təbəqə qoyulub ki, bu da zəlzələyə davamlılığı artırıb. Qala divarları çiy kərpicdən hörülüb. Binanın hündürlüyü 5 metrə çatır. Otaqların isə təyinatından asılı olaraq ölçüləri dəyişir. Hər üç otağın qapıları aşkar edilib. İki otağın qapısı sütunlu həyətə, bir otağın qapısı isə cənuba doğru dəhlizə açılır. Monumental binanın şimal divarı tam açılaraq tədqiq olunub. Müəyyən edilib ki, şərq və cənub divarları kimi, şimal divar da qəsr divarı kimi inşa edilib, yəni mərkəzdə, şərqdə və qərbdə dairəvi bürclərlə möhkəmləndirilib. Görünür ki, şimal-qərb bürcündə müəyyən uçqun olduğundan əlavə möhkəmləndirmə işləri aparılıb, divara dayaq inşa edilib. Bu, bina fəaliyyət göstərəndən təxminən yüz il sonra baş verib.
Orta əsr Şəmkir qalasının tarixi öyrənilməklə yanaşı, bu qədim memarlıq abidəsinin qorunub gələcək nəsillərə ötürülməsi üçün bərpa işləri də görülür. Söz yox ki, bu da gələcəkdə Şəmkir qalasının turizm marşrutuna daxil edilməsinə əsas verəcək.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
İqtisadiyyat
15 İyul 17:35
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20
Mədəniyyət
15 İyul 16:17
Gündəm
15 İyul 16:16
Sosial
15 İyul 15:58
YAP xəbərləri
15 İyul 15:49
Siyasət
15 İyul 15:29
Sosial
15 İyul 15:27
Dünya
15 İyul 14:25
İqtisadiyyat
15 İyul 13:33
İdman
15 İyul 12:51
İqtisadiyyat
15 İyul 12:49
YAP xəbərləri
15 İyul 12:09
Siyasət
15 İyul 11:56
Siyasət
15 İyul 11:55
Sosial
15 İyul 11:30
Sosial
15 İyul 11:30
Gündəm
15 İyul 11:14
Siyasət
15 İyul 11:13
YAP xəbərləri
15 İyul 10:43
Gündəm
15 İyul 10:41
Maraqlı
15 İyul 10:39
Siyasət
15 İyul 10:38
İqtisadiyyat
15 İyul 10:30
Gündəm
15 İyul 10:21
Xəbər lenti
15 İyul 10:19
Ədəbiyyat
15 İyul 10:01
Dünya
15 İyul 09:58
Ədəbiyyat
15 İyul 09:37
YAP xəbərləri
15 İyul 09:33
MEDİA
15 İyul 09:30
İdman
15 İyul 08:46
Dünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Siyasət
14 İyul 17:27
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31

