Nizami yurdunun gəncləri “Gəncə Marafonu-2017”-yə hazırdırlar
15.09.2017 [10:20]
Sentyabrın 17-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçiriləcək “Gəncə Marafonu-2017” üçün Nizami yurdunda aparılan qeydiyyat yekunlaşıb.
Qeydiyyat “Azercell Telekom”un Gəncə şəhərindəki ofisində, Gəncə “ASAN xidmət” mərkəzində, şəhərdə fəaliyyət göstərən universitetlərdə və Gənclər Evində aparılıb.
Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Orxan Məmmədov AZƏRTAC-a bildirib ki, tələbələrin böyük marağına səbəb olan marafonda iştirak üçün universitetdən 2700 tələbə qeydiyyatdan keçib.
“Azərbaycanın çox minillik tarixə malik Nizami yurdu “İradənlə tarix yaz”, “Marafonda bizimlə ol” şüarları altında regionlararası marafona ev sahibliyi edəcək ilk şəhər olacaq. Həmçinin layihə regionlarda idmanın inkişafına dəstək, sağlam həyat tərzini, eləcə də Azərbaycanın ayrı-ayrı bölgələrində müxtəlif yaşda insanlar arasında xeyirxah amallar naminə həmrəylik ideyalarını təbliğ etmək məqsədi daşıyır. Ona görə də istər Gəncədə yaşayan, istərsə də bu şəhərdəki ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan hər bir gənc Nizami yurdunda keçirilən və insanlar arasında ali ideyaları təbliğ edən marafonda iştirak edib, həmin xoş günün bir hissəsi olmaq istəyir”, - deyə Orxan Məmmədov qeyd edib.
Azərbaycan Dövlət Aqrar Universitetindən (ADAU) verilən məlumata görə isə ADAU-nun tələbələrindən 2 min 120 nəfər marafonda iştirak etmək üçün qeydiyyatdan keçib.
Qeyd edək ki, “Gəncə Marafonu-2017” Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi (RİİB) və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunur. Marafonun eksklüziv tərəfdaşı “Azercell Telekom” şirkətidir. Layihənin icrasını isə Sport Marketing Group (SMG) şirkəti həyata keçirir.
Regionda keçirilən ilk marafonda vəsaitlər Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi tərəfindən qarşılandığından fiziki şəxslər və korporativ yarışmaçılar iştirak üçün heç bir ödəniş etmir.
Marafon Gəncə şəhərində Zəfər Tağından start götürərək Nizami Gəncəvi prospekti, Heydər Əliyev prospekti, Cavad xan küçəsi, Gəncəçay bulvarı, Şah İsmayıl Xətai prospekti boyunca davam edib Heydər Əliyev park kompleksinə qədər 17 kilometrlik məsafəni əhatə edəcək.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50

