Cocuq Mərcanlı: işğaldan azad olunmuş qəsəbədə ilk dərs günü
16.09.2017 [10:59]
Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Cocuq Mərcanlıda 24 ildən sonra ilk dərs gününü tarixi hadisə adlandırıb
Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində 24 ildən sonra məktəb zəngi çalınıb.
AZƏRTAC xəbər verir ki, Bilik günü münasibətilə Cocuq Mərcanlı kənd tam orta məktəbində keçirilən mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun, Təhsil Nazirliyinin, Cəbrayıl və Xocavənd Rayon İcra hakimiyyətlərinin məsul işçiləri, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin, Gəncliyə Yardım Fondunun və ictimaiyyətin nümayəndələri, qəsəbə sakinləri, müvafiq inşaat təşkilatlarının rəhbərləri, valideynlər və iş adamları iştirak ediblər.
Tədbirin rəsmi hissəsindən əvvəl məktəbin bayramsayağı bəzədilmiş həyətində Cəbrayıl Rayon Mədəniyyət İdarəsinin hazırladığı bədii proqram nümayiş olunub.
Azərbaycanın dövlət himni ilə başlayan mərasimi məktəbin direktoru Zamin Həziyev açaraq bildirib ki, şəhid Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbində 60-a yaxın şagirdin təlim-tərbiyəsi ilə 16 müəllim məşğul olacaq. Bilik günü ərəfəsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı, Bilik Fondu, Gəncliyə Yardım Fondu, “Təkamül və İnteqrasiya” İctimai Birliyi, Bakı tikiş evi tərəfindən məktəbə və şagirdlərə dərsliklər, metodiki vasitələr, bədii kitablar, məktəbli geyimləri, idman formaları, dərs ləvazimatları verilib.
Mərasimdə çıxış edən Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin sədri Ali İhsan Genç, Təhsil Nazirliyinin nümayəndəsi Aydın Əhmədov və başqaları əlamətdar gün münasibətilə Cocuq Mərcanlı sakinlərini, məktəbin kollektivini təbrik edib, şagirdlərə yaxşı oxumağı tövsiyə edərək, gələcəkdə dövlətimiz və cəmiyyətimiz üçün savadlı və layiqli vətəndaşlar kimi yetişmələrini arzulayıblar.
Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov da müəllim və şagirdləri təbrik edib, onlara təhsildə uğurlar arzulayıb. Bildirib ki, Cocuq Mərcanlı kəndi 1993-cü ildə düşmən tərəfindən işğal edilsə də, bir il sonra, yanvarın 6-da Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə uğurlu Horadiz əməliyyatı zamanı azad olunub. Lakin Lələtəpə yüksəkliyi ermənilərin nəzarətində olduğundan burada yaşamaq qeyri-mümkün idi. Yalnız 2016-cı ilin aprel döyüşlərində Lələtəpə yüksəkliyinin azad olunması mövcud təhlükəni də aradan qaldırdı. Prezident İlham Əliyevin Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı Sərəncamına əsasən kənddə birinci mərhələdə 50 yaşayış evi, məktəb, Şuşadakı məscidin bənzəri tikilərək sakinlərin istifadəsinə verildi.
Qeyd edilib ki, Cocuq Mərcanlı işğal olunanda doğma kəndi tərk etməyə məcbur olan Oqtay Həziyevin ailəsi dədə-baba yurdları azad edilən kimi geri qayıdıb. 23 il ailə üzvləri ilə birgə doğma kəndində yaşayaraq, vətəndaşlıq nümunəsi, torpağa, Vətənə, dövlətə bağlılıq nümunəsi göstərdi. Prezident İlham Əliyev qəsəbənin açılışında iştirak edən zaman O.Həziyevin ailə üzvləri ilə görüşdü və ona 1-ci dərəcəli “Əmək” ordenini təqdim etdi.
Prezidentin Cocuq Mərcanlıya səfərindən danışan Ə.Həsənov xatırladıb ki, dövlətimizin başçısı məktəbə gələrək burada hərbi məktəblərin kursantlarının bir qrupu ilə görüşdü. Cocuq Mərcanlı kəndindən olan kursant Prezidentə raport verdi. Bu zaman Prezident İlham Əliyev böyük sevinc hissi keçirirdi. Görürdü ki, müasir Azərbaycan gəncliyi çox yüksək hərbi vətənpərvərlik ruhundadır. Qürur hissi keçirir və bir daha əmin olurdu ki, bu gənclər Onun göstərişi ilə istənilən an işğal altındakı torpaqları azad etmək iqtidarındadırlar.
Səfər zamanı Prezident şəxsi təşəbbüsü ilə tikilən Şuşa məscidinin bənzəri olan məscid ilə tanış oldu. Bütün dünyaya mesaj verdi ki, Azərbaycan xalqı öz dininə, adət ənənəsinə çox sadiqdir. Cocuq Mərcanlıda Şuşa məscidinin bənzərinin inşası həm də o deməkdir ki, gün gələcək hazırda işğal altında olan məscidləri də bərpa ediləcək.
Ə.Həsənov Cocuq Mərcanlıda 24 ildən sonra ilk dərs gününü mühüm tarixi hadisə adlandırıb. Bildirib ki, ümumilikdə Cocuq Mərcanlı Azərbaycan tarixində şanlı bir səhifədir. Əgər son 200 ilə nəzər salsaq görərik ki, bizim torpaqlar daim işğal olunub. Bu müddətdə ilk dəfədir ki, işğal olunmuş torpaqlar azad olunmağa başlayıb. Prezidentin tapşırığı ilə xarici ölkə səfirlərinin, mətbuat orqanlarının nümayəndələrinin Cocuq Mərcanlıya səfərləri təşkil edildi. Bütün dünya bir ildir Cocuq Mərcanlıdan danışır. Ulu öndər Heydər Əliyev 1993-cü ildə bu tarixi yazdı. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva bu tarixin yazılmasını layiqincə davam etdirirlər. Prezidentin tapşırığı ilə Cocuq Mərcanlı haqqında kitab və film hazırlanıb. Yaxın günlərdə təqdimatı olacaq. Bu istiqamətdə işlər davam edəcək.
Vurğulanıb ki, bu gün Prezident İlham Əliyevlə yanaşı, Birinci vitse-prezident Mehriban xanım Əliyeva da qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə maksimum diqqət və qayğı göstərir. Tədbirdə söz alan kənd ağsaqqalı Fazil Aslanov və məktəbin müəllimi Səidə Quliyeva bu diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Sonra məktəbin şagirdlərinin ifasında kompozisiya təqdim edilib.
İyirmi dörd ildən sonra Cocuq Mərcanlı məktəbində çalınan ilk zəngin sədaları altında əllərində gül-çiçək dəstələri olan şagirdlər sinif otaqlarına üz tutublar.
Mərasimdə iştirak edən qonaqlar məktəbdə yaradılan şəraitlə tanış olublar.
Xatırladaq ki, təhsil nazirinin əmrinə əsasən builki tədris ilində ilk dərs məşğələsi “Cocuq Mərcanlı - tarixi qayıdışın başlanğıcı” mövzusuna həsr edilib.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06

