Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Romeş Sinqh: Belə bir şəhərdə keçirilən idman yarışında bir daha iştirak etmək istərdim

Romeş Sinqh: Belə bir şəhərdə keçirilən idman yarışında bir daha iştirak etmək istərdim

19.09.2017 [10:08]

İnsanları sülh və həmrəylik ideyaları ətrafında birləşdirən “Gəncə marafonu-2017” möhtəşəm idman bayramıdır. Marafonun keçdiyi marşrut çox gözəl idi. Qaçış zamanı ətrafı seyr etməkdən böyük zövq aldım.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Hindistan vətəndaşı Romeş Sinqh deyib.
“Gəncəyə ilk dəfədir gəlirəm. Bununla belə bu şəhərdə gördüklərimi yəqin ki, heç vaxt unutmayacam. Sizin şəhərdə tarix və insanlar yanaşı yaşayır. Qədim tikililər, abidələr, eləcə də böyük, möhtəşəm, müasir binalar hər kəsi valeh edir. İnsanlarınız həm tarixlərinə bağlıdırlar, həm də çox müasirdirlər. Təşkilatçılar tərəfindən yarış üçün lazım olan hər şey dəqiqliklə düşünülüb. Bizə çox böyük diqqət və qayğı ilə yanaşırlar. İnsanlarınızın idman sevinci və bayram coşqusu isə heç nə ilə əvəzlənə bilməz. Belə bir şəhərdə keçirilən idman yarışında bir daha iştirak etmək istərdim”, - deyə R.Sinqh bildirib.

Paylaş:
Baxılıb: 480 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Xəbər lenti

Gündəm

Sosial

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31