“Nar” operatoru “TaxFree” mobil tətbiqini təqdim etdi
18.10.2017 [10:11]
“TaxFree4U” əlavə dəyər vergisinin (ƏDV) geri qaytarılması onlayn xidmətinin bazası əsasında “Nar” operatoru ƏDV-nin qaytarılması prosesini sadələşdirəcək “Nar TaxFree” mobil tətbiqini təqdim etdi. Bu yenilik sayəsində “Nar” istifadəçiləri ölkə xaricində alış-verişə sərf etdikləri məbləğin 19%-dək olan hissəsini geri ala bilirlər. “Nar TaxFree” xidməti Almaniya, Fransa, İtaliya, İspaniya, Finlandiya və Böyük Britaniya kimi Avropa ölkələrində xərclənmiş məbləğin ƏDV hissəsinin geri qaytarılmasını təmin edir. Eyni zamanda, “TaxFree” anketinə gömrük zabitinin müvafiq möhürünü vurdurmaq və alınmış mallarla istənilən Avropa İttifaqı ölkəsini tərk etmək mümkündür.
“Nar TaxFree” tətbiqi sayəsində “Nar” abunəçiləri səyahətdə olarkən vaxtlarına qənaət edə bilirlər. Artıq bəyannamə doldurmaq və bir neçə yerdə növbəyə durmağa ehtiyac yoxdur. Üstəlik, xidmət qısa zaman ərzində mümkün olan ən yüksəkfaizli ƏDV qaytarılması praktikasını təmin edir. “Nar TaxFree” tətbiqinin ən böyük üstünlüyü isə, sadəcə, tərəfdaş mağazalar şəbəkəsində edilən alış-verişə görə deyil, ƏDV ödəyicisi olan bütün ticarət obyektlərində edilən alış-verişə görə ödənmiş məbləğin əlavə dəyər vergisi hissəsinin geri qaytarılmasını təmin etməsidir.
Tətbiqdən yararlanmaq üçün “6592” qısa nömrəsinə SMS göndərərək yükləmə keçidini əldə etmək kifayətdir.
Azərbaycan, ingilis və rus dillərində təqdim edilən mobil tətbiqdən Avropa İttifaqı ölkələri vətəndaşı olmayan bütün “Nar” istifadəçiləri istifadə edə bilərlər. “Nar TaxFree” tətbiqi haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək mümkündür.
“Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6000-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksək keyfiyyətli xidmət göstərir.
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

