/ / “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrasına dair müzakirələr aparılıb
“Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrasına dair müzakirələr aparılıb
25.10.2017 [10:04]
Oktyabrın 24-də “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrası ilə əlaqədar tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev ölkəmizdə gənclərlə iş üzrə əldə olunan nailiyyətlərdən, bu sahəyə göstərilən dövlət qayğısından danışaraq deyib: “Üçüncü dəfədir ölkəmizdə gənclər sahəsi üzrə Dövlət Proqramı qəbul olunub. Əvvəlki təcrübədən yararlanaraq bu Dövlət Proqramında da gənclərin maraqları tam təmin olunub. Hazırda bu sənədin icrası ilə bağlı müzakirələr aparılır və gənclər bu prosesdə fəal iştirak edirlər”.
Nazir müavini bildirib ki, gənclərin inkişafı, onların dünyagörüşünün artırılması, beynəlxalq arenaya inteqrasiyası dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu, dövlətimizin başçısının gənclərə etimadının bariz nümunəsidir. Belə sənədlərin qəbulu və icrası həmişə gənclərin iştirakı ilə ictimai müzakirəyə çıxarılır. Bu da gənclərin maraqlarının tam təmin olunmasına hesablanıb. Azərbaycanda gənclərin inkişafı istiqamətində qanunlar, İnkişaf Strategiyası və Dövlət proqramları var. Bunların nəticəsində respublikamızda yeni alimlər, menecerlər, informasiya texnologiyaları üzrə mühəndislər, elm və incəsənət sahəsi üzrə peşəkar gənclər formalaşıb.
Milli Məclisin deputatı Şahin İsmayılov əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilməsi nəticəsində əldə olunan nailiyyətlərdən söhbət açıb. Diqqətə çatdırıb ki, ölkəmizdə bu sahədə qəbul olunan Dövlət proqramlarının yaratdığı imkanlardan bütün gənclərimiz bəhrələnirlər. Bu mühüm və çoxşaxəli proqramlarda vətənpərvərlik, azərbaycançılıq məfkurəsi, gənclərin beynəlxalq inteqrasiyası və dünyagörüşünün artırılması və s. məsələlər xüsusilə diqqət mərkəzində saxlanılır.
Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev ölkə gəncliyinin inkişafında Dövlət proqramlarının vacibliyini vurğulayıb. Bildirib ki, gənclərin inkişafına hesablanmış bu sənəd onlar üçün yeni imkanlar təqdim edir. Onlar bu müzakirələrdə yaxından iştirak etməklə Dövlət Proqramının icrasına töhfə verirlər.
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov vurğulayıb ki, proqram gənclərin hərtərəfli inkişafı üçün əlverişli şəraitin yaradılmasını, azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında vətəndaşlıq və vətənpərvərlik tərbiyəsinin gücləndirilməsini və digər vəzifələrin yerinə yetirilməsini nəzərdə tutur. Sənəddə ölkə gənclərinin müasir texnologiyalara yiyələnmələri, beynəlxalq əlaqələrini gücləndirmələri təşviq olunur, Azərbaycan gəncliyini düşündürən bütün məsələlər ətraflı əksini tapıb.
“İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov qeyd edib ki, proqramın qəbul olunması gənclərin inkişafına dəstək verməklə yanaşı, onların qarşısına bir çox mühüm vəzifələr qoyub. Dövlət Proqramında gənclərin vətəndaşlıq və vətənpərvərlik tərbiyəsi, gənc sahibkarların fəaliyyətinin stimullaşdırılması, gənclərin və gənclər təşkilatının fəaliyyətinin dəstəklənməsi, gənclərin hüquq və informasiya texnologiyaları sahəsində bilik və bacarıqlarının artırılması, xüsusi qayğıya ehtiyacı olan gənclərin cəmiyyətə inteqrasiyası və s. vacib məsələlər əksini tapıb. Yeni Dövlət Proqramının təsdiq olunması Prezident İlham Əliyevin Azərbaycanda gənclərin inkişafına, bu sahədə dövlət siyasətinə verdiyi önəmin göstəricisidir.
Tədbirdə gənclər arasında simulyasiya oyunlarının, görkəmli şəxsiyyətləri təbliğ edən sərgi və müsabiqələrin təşkili, inkişafda olan könüllülük hərəkatının beynəlxalq arenaya inteqrasiyası və s. layihələrin reallaşdırılmasının vacibliyi vurğulanıb.
Digər çıxışlarda da müxtəlif təkliflər səsləndirilib, müzakirələr aparılıb. Çıxışlarda Dövlət Proqramının icrası ilə bağlı aparılan ictimai müzakirələrdə gənclər təşkilatlarının nümayəndələrinin fəal iştirakının önəmi qeyd olunub. Konkret sahələr üzrə fəaliyyət istiqamətlərinin dəqiq müəyyənləşdirildiyi proqramın gənclərin inkişafına növbəti mühüm təkan olacağına əminlik ifadə edilib.
Xəbər lenti
Hamısına baxSosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42

