UNEC “Moskva Beynəlxalq Təhsil və Karyera” sərgisində
26.10.2017 [10:12]
Rusiyanın paytaxtı Moskva şəhərində 46-cı “Moskva Beynəlxalq Təhsil və Karyera” sərgisi keçirilib. Moskvanın ən böyük sərgi mərkəzi olan “Qostinniy Dvor”da təşkil edilən tədbirdə Rusiya ilə yanaşı, Qərbi Avropa və Amerikanın bir çox aparıcı universitetləri təmsil olunublar.
QS Reytinq Agentliyinin “İnkişaf Etməkdə olan Avropa və Mərkəzi Asiya” regionu üzrə 4-cü ən yaxşı iqtisadyönümlu universitet olan UNEC stendi sərgi iştirakçılarının xüsusi marağına səbəb olub. Dünya təhsil bazarında və bir sıra nüfuzlu beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin əhəmiyyətli dərəcədə yüksəldiyini nəzərə alaraq ölkəmizdə təhsil almaq istəyən ziyarətçilər UNEC-in MBA proqramı, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi, Rus İqtisad Məktəbi və Beynəlxalq İqtisadiyyat Məktəbinə qəbulla bağlı suallar ünvanlayıblar.
Ziyarətçilər xüsusi olaraq Rus İqtisad Məktəbində təhsil imkanları ilə maraqlanıblar. Məktəbin direktoru, dosent Mansur Bərxudarov məlumat verib ki, burada 9 ixtisas üzrə kadr hazırlığı həyata keçirilir. Məktəbin beynəlxalq əlaqələrindən bəhs edən direktor Plexanov adına Rusiya İqtisad Universiteti, Rusiya Ali İqtisad Məktəbi, Ural Federal Universiteti və Tümen İndustrial Universiteti ilə tələbə-müəllim mübadiləsinə diqqət çəkib. Moskva Dövlət Humanitar İqtisad Universiteti ilə UNEC arasında inklüziv ali təhsildə bakalavr pilləsi üzrə ikili diplom razılaşması barədə məlumat verib. O, Rus İqtisad Məktəbi tələbələrinin istehsalat təcrübəsinin həm də xarici ölkələrdə təşkil olunduğunu qeyd edib. Dosent M.Bərxudarov tələbələrə İnnovativ Biznes İnkubatorda öz biznes ideyalarını reallaşdırmaq imkanı verildiyini də vurğulayıb.
Sərgi iştirakçıları Azərbaycanın Rusiyada rəsmi lisenziyası ilə fəaliyyət göstərən yeganə ali təhsil müəssisəsi olan UNEC-in Dərbənd filialına qəbul qaydaları ilə də tanış olublar. Ziyarətçilərə filiala tələbə qəbulunun Rusiya Federasiyasının qəbul qaydalarına uyğun həyata keçirildiyi bildirilib. Filialda əyani təhsil alan Rusiya vətəndaşlarının ödənişsiz təhsil və təqaüd alması ziyarətçilərin daha çox diqqətini cəlb edib.
UNEC Karyera Mərkəzinin direktoru Fuad Əliyev sərginin karyera bölməsində master-klass və seminarlara qatılıb. O, iştirakçılara UNEC-in Karyera Mərkəzi və təhsil alanlara göstərilən karyera xidmətləri barədə ətraflı məlumat verib.
UNEC stendi ziyarətçilərlə yanaşı, digər iştirakçı universitetlərin də diqqətini cəlb edib. Azərbaycan təhsil məkanına inteqrasiya etməyi hədəfləyən dünyanın bir neçə aparıcı universiteti bu istiqamətdə UNEC ilə əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər. Sərgi müddətində əsas fəaliyyət sahəsi innovativ təhsil xidmətləri olan, dünyada və regionda aparıcı rol oynayan korporativ strukturlarla da görüşlər keçirilib, gələcək əməkdaşlığa dair perspektiv istiqamətlər müəyyən edilib.
Üç gün davam edən sərgidə UNEC “Gənclərlə iş, maarifləndirmə fəaliyyəti, peşə və ali təhsilin inkişafına verdiyi böyük töhfələrə görə” diplomu ilə təltif olunub.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

