Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Gəncədə IV “Türk dünyası ənənəvi uşaq oyunları festivalı” keçirilir

Gəncədə IV “Türk dünyası ənənəvi uşaq oyunları festivalı” keçirilir

03.11.2017 [10:02]

Gəncədə 1-5 noyabr 2017-ci il tarixlərində Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin, nazirliyin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin, Bakı Yunus Əmrə İnstitutunun, Türkiyə Cümhuriyyəti Gəncə Başkonsulluğunun, Gəncə şəhər İcra Hakimiyyətinin və Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin birgə təşkilatçılığı ilə IV “Türk dünyası ənənəvi uşaq oyunları festivalı” keçirilir.
Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, İraq respublikalarından 12 yaşında 64 uşağın iştirak etdiyi festivalın rəsmi açılış mərasimi bu gün olacaq. Bakı Yunus Əmrə İnstitutundan verilən məlumata görə türk dünyasının qeyri-maddi mədəni irs nümunələrinin ayrılmaz tərkib hissəsi olan ənənəvi uşaq oyunlarının həm əyləncə, həm də yarış formatında keçiriləcəyi bu festivalda məqsəd həmin oyunları gələcək nəsillərə çatdırmaq və eyni oyunlarla böyüyərək müxtəlif coğrafiyada yaşayan uşaqların bir-birini yaxından tanımalarına, onlar arasında bağları gücləndirməyə, daimi dostluqlar qurmalarına kömək etməkdir.
NADİR

Paylaş:
Baxılıb: 503 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Sosial

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31