/ / Dövlət İdarəçilik Akademiyası ilə Maliyyə Bazarlarına Nəzarət Palatası arasında Anlaşma Memorandumu imzalanıb
Dövlət İdarəçilik Akademiyası ilə Maliyyə Bazarlarına Nəzarət Palatası arasında Anlaşma Memorandumu imzalanıb
08.12.2017 [10:02]
“Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin vacib bölmələrindən biri olan ölkədə maliyyə sahəsində bilik və bacarıqların artırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində dekabrın 7-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə Maliyyə Bazarlarına Nəzarət Palatası arasında Anlaşma Memorandumu imzalanıb.
AZƏRTAC xəbər verir ki, Memorandum Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən iqtisadi inkişaf strategiyasının davamlılığının təmin olunmasında iştirak, əhalinin, o cümlədən müvafiq ixtisas sahiblərinin maliyyə bazarları, onun məhsul və xidmətləri barədə maarifləndirilməsi, maliyyə bazarlarının inkişafına dair elmi tədqiqatların aparılması, orta və ali təhsil müəssisələrində maliyyə bazarları ilə bağlı biliklərin tədrisinə dəstək verilməsi, maliyyə bazarları üzrə yüksəkixtisaslı kadrların hazırlanması istiqamətində əməkdaşlıq məsələlərini əhatə edir. Sənədi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov və Maliyyə Bazarlarına Nəzarət Palatasının baş icraçı direktoru İbrahim Alışov imzalayıblar.
Memorandumun əsas prinsipi və mahiyyəti səmərəli əməkdaşlıq nəticəsində təhsil, elm, təlim-tədris və bu istiqamətdə inkişafyönümlü əməkdaşlığın genişləndirilməsi məsələləri üzrə müxtəlif sahələrdə müştərək proqramların hazırlanması və müvafiq layihələrin həyata keçirilməsi, habelə maliyyə dəstəyi və texniki dəstək göstərərək onların icra olunması istiqamətində müvafiq vəzifələrin həyata keçirilməsindən ibarətdir.
İmzalanma mərasimində çıxış edən Urxan Ələkbərov ölkəmizdə nadir idarəçilik texnologiyalarının tətbiqi, çevik dövlət idarəetmə sisteminin formalaşması, elmə əsaslanan innovativ inkişaf strategiyasının reallaşdırılması, dövlət quruculuğu və dövlət qulluğunun inkişafı proseslərində Ümummilli lider Heydər Əliyevin və Onun layiqli davamçısı Prezident İlham Əliyevin misilsiz xidmətlərini qeyd edib. Rektor vurğulayıb ki, ölkənin qısa müddətdə iqtisadi və sosial sahədə qazandığı yüksək nailiyyətləri, XXI əsrin çağırışlarının həllinə yönəlmiş dünya əhəmiyyətli təşəbbüsləri, ildən-ilə artan beynəlxalq nüfuzu Azərbaycanı bir çox istiqamətlərdə regional və qlobal liderə çevirib.
Qeyd edilib ki, son 10 ildə ölkəmizdə davamlı inkişaf üçün iqtisadi və elmi-texniki baza yaradılıb. Eyni zamanda, beynəlxalq təşkilatların rəsmi məlumatlarına əsasən, Azərbaycan son illərdə bir çox davamlı inkişaf göstəriciləri və sosial indikatorlara görə, dünya liderləri olan “Böyük İyirmilik” və “Böyük Yeddilik” ölkələrinin əksəriyyətini üstələyir. Rektor bu uğurların kökündə yalnız mükəmməl idarəçiliyin və dövlət institutlarının, vətəndaş cəmiyyətinin və özəl sektorun birgə fəaliyyətinin dayandığını bildirib. Hazırda milli iqtisadiyyatın şaxələndirilməsi, Strateji Yol Xəritəsindən irəli gələn vəzifələrin icrasının təmin edilməsi dövlət idarəçiliyi və icra hakimiyyəti orqanları üçün müvafiq ixtisaslar üzrə mütəxəssis hazırlığı səviyyəsindən birbaşa asılıdır. Rektor iki qurum arasında imzalanan Memorandumun bu məqsədə xidmət etdiyini söyləyib.
İbrahim Alışov bildirib ki, ölkədə idarəçilik sahəsində peşəkar kadrların yetişdirilməsinə xüsusi diqqət ayıran qabaqcıl aparıcı tədris, metodik, elm və analitik informasiya mərkəzi olan Dövlət İdarəçilik Akademiyası ilə birgə əməkdaşlıq Strateji Yol Xəritəsinin icrası istiqamətində atılan önəmli addımlardan biri kimi səciyyələndirilməlidir. O qeyd edib ki, Akademiya ilə birlikdə 500-dən çox tələbə, müdavim və dövlət qulluqçusunun maliyyə biliklərinin artırılmasında iştirak, birgə layihələrin, elmi-praktik konfransların, seminarların, simpoziumların təşkil edilməsi, burada təhsil alan tələbələrin Palatada istehsalat təcrübələri keçmələrinə şərait yaradılması, Palatanın əməkdaşları üçün uzunmüddətli və qısamüddətli kursların təşkil olunması və digər innovativ tədbirlər növbəti 5 il üçün nəzərdə tutulmuş fəaliyyət planına daxildir.
Xəbər lenti
Hamısına baxİdman
15 İyul 12:51
YAP xəbərləri
15 İyul 12:09
Siyasət
15 İyul 11:56
Siyasət
15 İyul 11:55
Sosial
15 İyul 11:30
Sosial
15 İyul 11:30
Gündəm
15 İyul 11:14
Siyasət
15 İyul 11:13
YAP xəbərləri
15 İyul 10:43
Gündəm
15 İyul 10:41
Maraqlı
15 İyul 10:39
Siyasət
15 İyul 10:38
İqtisadiyyat
15 İyul 10:30
Gündəm
15 İyul 10:21
Xəbər lenti
15 İyul 10:19
Ədəbiyyat
15 İyul 10:01
Dünya
15 İyul 09:58
Ədəbiyyat
15 İyul 09:37
YAP xəbərləri
15 İyul 09:33
MEDİA
15 İyul 09:30
İdman
15 İyul 08:46
Dünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Siyasət
14 İyul 17:27
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18

