/ / Entoni Qrin: Oksford Universiteti professor Nərgiz Paşayeva ilə şəffaf, ikitərəfli inam və etimad əsasında qurulan əməkdaşlığı daimi davam etdirmək qərarına gəlib
Entoni Qrin: Oksford Universiteti professor Nərgiz Paşayeva ilə şəffaf, ikitərəfli inam və etimad əsasında qurulan əməkdaşlığı daimi davam etdirmək qərarına gəlib
08.12.2017 [10:03]
Böyük Britaniyada işgüzar səfərdə olan M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialının rektoru, Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin (https://www.orinst.ox.ac.uk/nizami-ganjavi-programme-study-languages-and-cultures-azerbaijan-and-caucasus) Azərbaycan tərəfdən rəhbəri, akademik Nərgiz Paşayeva dekabrın 5-də Oksford Universitetinin Akademik Proqramlar üzrə İnkişaf Departamentinin direktoru Entoni Qrin və Oksford Universitetinin (www.campaign.ox.ac.uk/the-campaign/academic-programmes) Nizami Gəncəvi Mərkəzinin İngiltərə tərəfdən rəhbəri professor Edmund Hertsiq ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin 2017-ci ildəki elmi-tədris fəaliyyəti müzakirə edilib. Başlıca olaraq 2018-ci ildən etibarən Mərkəzin Universitetdə daimi fəaliyyətinə dair həyata keçiriləcək rəsmi, protokol mərhələləri və elmi-tədris planları haqda geniş fikir mübadiləsi aparılıb. İlk növbədə, Universitetin rəsmi nümayəndəsi Entoni Qrin bu illər ərzində Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin Azərbaycan tərəfdən rəhbəri akademik Nərgiz Paşayeva ilə şəffaf, ikitərəfli inam və etimad əsasında qurulmuş əməkdaşlıqdan məmnunluq hissini ifadə edib və Universitetin rəhbərliyi adından akademik Nərgiz Paşayevaya minnətdarlığını çatdırıb. O qeyd edib ki, dünyanın ən qədim və ən nüfuzlu elm ocaqlarından sayılan Oksford Universiteti dəyişməz qayda olaraq əməkdaşlıq etdiyi tərəf müqabilini həmişə böyük diqqətlə seçir və əsl akademik tutumu, davamlı elmi-pedaqoji təcrübəsi olmayan və alimlərin təmsil edilmədiyi təklif və layihələrdə iştirak etmir. Entoni Qrin Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin fəaliyyət göstərdiyi beş il ərzində artıq özünün akademik simasını doğrultduğunu və bu Universitetin bundan sonra daimi bir hissəsinə çevrilməsini əhəmiyyətli tarixi bir an kimi qiymətləndirib. Universitetin rəsmi nümayəndəsi qeyd edib ki, bu tarixdən başlayaraq Oksford Universiteti akademik Nərgiz Paşayevanın rəhbərliyi altında Nizami Gəncəvi Mərkəzinin Oksford Universitetində daimi fəaliyyətinin təmin edilməsi üçün bütün səyləri göstərməyə hazırdır.
Bu daimiliyin gerçəkləşdirilməsi üçün Mərkəzin yaradılmasının ilk günlərindən böyük əmək sərf edən Oksford Universitetinin Şərqşünaslıq İnstitutunun keçmiş direktoru, həmin universitetin Nizami Gəncəvi Mərkəzinin İngiltərə tərəfdən hazırkı rəhbəri və Şərqşünaslıq İnstitutunun aparıcı professoru Edmund Hertsiq akademik Nərgiz Paşayevanın təklifi nəticəsində Azərbaycan elmi və ümumiyyətlə, Azərbaycan tarixi üçün böyük və qürurverici bir yenilik haqqında da məlumat verib. O deyib ki, Nizami Gəncəvinin adının, Oksford Universitetinin Şərqşünaslıq İnstitutunun kitabxanasına verilməsi ilə bağlı təklifin rəsmi razılığı alınıb. Qeyd edək ki, bu təklif akademik Nərgiz Paşayeva tərəfindən Universitet rəhbərliyinə verilmişdir.
Öz növbəsində, akademik Nərgiz Paşayeva ona və onun timsalında bütün Azərbaycan elmi cəmiyyətinə və tarixinə göstərilən bu böyük etibara və hörmətə görə professor Edmund Hertsiqə və Entoni Qrinə böyük təşəkkürünü bildirib. Professor Nərgiz Paşayeva qeyd edib ki, Oksford Universitetində Nizami Gəncəvi Mərkəzinin daimiliyi, ümumiyyətlə, ölkəmiz üçün inkaredilməz uğurdur. Mərkəzin sadəcə beş, on, iyirmi, əlli il deyil, əsrlər boyu Oksford Universitetinin tərkibində qalıb fəaliyyət göstərməsi gələcəkdə bütün Azərbaycan alimləri və tələbə nəsilləri üçün dünyanın bir nömrəli universitetini əlçatan edir. Nizaminin adının Azərbaycanın adı ilə dünya elmi çevrəsinin ən yüksək pilləsində - Oksford Universitetində bərabər, daimi qalması isə ölkəmiz və xalqımız üçün böyük tarixi əhəmiyyət daşıyır.
Qeyd edək ki, Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzi 2013-cü ildə yaradılıb və bu günədək Qərbdə Azərbaycan elmini dünyada təmsil edən ali elm ocağında yeganə rəsmən qəbul edilmiş funksional akademik Mərkəzdir.
Xəbər lenti
Hamısına baxGündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24

