“İlin könüllüsü-2017” mükafatına ərizə qəbulu başlayıb
05.12.2017 [12:07]
Gənclər və İdman Nazirliyinin, Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə “İlin Könüllüsü-2017” mükafatı üçün ərizələrin qəbuluna start verilib.
Şuradan AZƏRTAC-a bildiriblər ki, mükafatın verilməsində məqsəd ölkədə könüllü gənclər arasında fəal, təcrübəli, işgüzar, bacarıqlı və fərqlənən gənclərin seçilməsi, mükafatlandırılması, bu yolla gənclərin könüllülük fəaliyyətinə cəlb olunmasına imkan yaratmaqdır.
“İlin Könüllüsü-2017” müsabiqəsində hər nominasiya üzrə I yerə layiq görülmüş şəxslər min manat məbləğində pul mükafatı, diplom və “İlin Könüllüsü” döş nişanı ilə təltif olunacaq. Sonuncu mərhələyə keçən və digər yerlərə layiq görülən gənclərə diplom və hədiyyələr təqdim ediləcək.
“İlin Könüllüsü-2017” mükafatı 5 nominasiya üzrə fərqlənmiş gənclərə təqdim olunacaq. Bunlar “Dövlət qurumlarında könüllülük”, “Genişmiqyaslı tədbirlərdə könüllülük”, “Qeyri-hökumət təşkilatlarında könüllülük”, “Ekoloji könüllülük” və “Sosial könüllülük”dür.
Mükafata namizədliyini irəli sürmək və layihə haqqında ətraflı məlumat almaq istəyən gənclər www.ilinkonullusu.az elektron portalına daxil ola bilərlər.
Müraciət etmək istəyən gənc könüllülərdən xüsusi ərizə formasını doldurmaq və “Nəyə görə mən İlin Könüllüsü olmalıyam?” sualını iki dəqiqəlik video çəkərək cavablandırması tələb olunur. İlkin mərhələdən uğurla keçən gənclər ekspertlərin iştirakı ilə təşkil olunacaq müsahibə mərhələsinə dəvət alacaqlar.
Gənclər 2018-ci il yanvarın 5-dək müraciət edə bilərlər.
Ərizə qəbulunun məhz bu gün elan olunması təsadüfi deyil. Belə ki, 1985-ci ildən 5 dekabr - Beynəlxalq Könüllülər Günü kimi qeyd olunur.
“İlin Könüllüsü-2017” “Azərbaycan Könüllülük Xidməti” proqramı çərçivəsində həyata keçirilir. “Azərbaycan Könüllülük Xidməti” Avropa Könüllülük Xidmətinin (European Voluntary Service) Azərbaycan modelidir və Gənclər Təşkilatları Milli Şurasının təşəbbüsü, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 2013-cü ildə yaradılıb. Proqramın məqsədi gənclər arasında könüllülüyün təbliği və onları könüllü fəaliyyətə həvəsləndirməklə Azərbaycanda könüllülük hərəkatının inkişafına təkan vermək, qeyri-maddi motivasiya əsasında region gənclərini könüllülük fəaliyyətinə cəlb etmək, bölgələrdəki Gənclər evlərində könüllülərin fəaliyyətlərini genişləndirməkdir.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50

