Bakı Ali Neft Məktəbində Layihələri İdarəetmə Məktəbinin yeni qrupu açılıb
12.12.2017 [09:54]
Bakı Ali Neft Məktəbi (BANM), İngiltərənin “TwentyEighty Strategy Execution” (STRATEX) şirkəti, ABŞ-ın Corc Vaşinqton Universiteti, “BP” və onun tərəfdaşlarının birgə əməkdaşlığı ilə həyata keçirilən Layihələri İdarəetmə Məktəbinin növbəti - “Stream 18” qrupunun təqdimat mərasimi olub.
BANM-dən AZƏRTAC-a bildiriblər ki, tədbirə bu ali məktəbin rektoru Elmar Qasımov, “Azərsu” ASC sədrinin birinci müavini Teyyub Cabbarov, “BP-Azerbaijan” şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidentinin müavini Asif Şəfəqqətov, “Azərsu” ASC-nin aparat rəhbəri Möhsün Quliyev və yeni qrupun müxtəlif aparıcı şirkətlərdən olan iştirakçıları qatılıblar.
E.Qasımov BANM-in və Layihələri İdarəetmə Məktəbinin uğurlu fəaliyyətindən danışıb. Rektor rəhbərlik etdiyi ali məktəbin təşkilatçılığı ilə həyata keçirilən proqrama önəm verdikləri üçün qonaqlara təşəkkürünü bildirib.
Tədbirdə T.Cabbarov, B.Aslanbəyli və A.Şəfəqqətov Layihələri İdarəetmə Məktəbinin bu sahə üzrə mütəxəssis hazırlığında böyük rola malik olduğunu bildirib və iştirakçılara uğurlar arzulayıblar.
“Stream 18” qrupunun iştirakçıları təmsil etdikləri şirkət haqqında məlumat veriblər. Proqramda SOCAR-ın baş ofisinin, “Azərsu” ASC, “BP”, “CBMC”, “CNFA”, “Ernst&Young”, “Neftqaztikinti”, “Azərkimya”, “Azneft” İstehsalat Birliyi, “Worley Parsons” və digər şirkətlərin əməkdaşları iştirak edirlər.
Qeyd edək ki, Layihələri İdarəetmə Məktəbi son bir ildə dövlət və özəl sektorda fəaliyyət göstərən şirkətlərin böyük marağına çevrilib. Şirkətlər öz seçilmiş mütəxəssislərinin ixtisasartırması haqqında düşünərkən üstünlüyü məhz Layihə İdarəetmə Məktəbinə verir. Burada proqramın iştirakçıları layihələrin idarəolunmasının yeddi modulu üzrə ABŞ-ın Corc Vaşinqton Universitetinin magistr proqramını keçir. Proqramı uğurla başa vuranlar həmin universitetinin magistr sertifikatı ilə təltif edilirlər.
Xəbər lenti
Hamısına baxDünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17
Xəbər lenti
15 İyul 16:57
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20
Mədəniyyət
15 İyul 16:17
Gündəm
15 İyul 16:16
Sosial
15 İyul 15:58
YAP xəbərləri
15 İyul 15:49
Siyasət
15 İyul 15:29
Sosial
15 İyul 15:27
Xəbər lenti
15 İyul 14:56
Dünya
15 İyul 14:25
Xəbər lenti
15 İyul 13:50
İqtisadiyyat
15 İyul 13:33
İdman
15 İyul 12:51
İqtisadiyyat
15 İyul 12:49
YAP xəbərləri
15 İyul 12:09
Siyasət
15 İyul 11:56
Siyasət
15 İyul 11:55
Sosial
15 İyul 11:30
Sosial
15 İyul 11:30
Gündəm
15 İyul 11:14
Siyasət
15 İyul 11:13
YAP xəbərləri
15 İyul 10:43
Gündəm
15 İyul 10:41
Maraqlı
15 İyul 10:39
Siyasət
15 İyul 10:38
İqtisadiyyat
15 İyul 10:30
Gündəm
15 İyul 10:21
Xəbər lenti
15 İyul 10:19
Ədəbiyyat
15 İyul 10:01
Dünya
15 İyul 09:58
Ədəbiyyat
15 İyul 09:37
YAP xəbərləri
15 İyul 09:33
MEDİA
15 İyul 09:30
İdman
15 İyul 08:46
Dünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24

