/ / Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib
30.12.2017 [01:12]
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov xalqımızın Ümummilli lideri Heydər Əliyevin dünya azərbaycanlılarının azərbaycançılıq ideyası ətrafında sıx birləşməsi üçün göstərdiyi xidmətləri xatırlayıb. Nazir bildirib ki, Prezident İlham Əliyevin ölkəmizin dinamik inkişafını təmin edən uğurlu daxili və xarici siyasəti dünya azərbaycanlılarının həmrəyliyinin və Azərbaycana bağlılıq hissinin daha da artmasına səbəb olub.
Qeyd olunub ki, dövlət başçısının məqsədyönlü islahatlar proqramı 2017-ci ildə də ölkədə sosial-iqtisadi inkişaf tempinin davam etməsinə imkan verib: “Cari ilin 11 ayında sənaye istehsalı qeyri-neft sahəsində 3,5 faiz artıb, qeyri-neft iqtisadiyyatında 2,4, kənd təsərrüfatında 4 faizdən çox artım qeydə alınıb. Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan iki pillə yüksələrək 137 ölkə arasında 35-ci yerdə qərarlaşıb, həmçinin həmin hesabatda Azərbaycan əmək bazarının səmərəliliyi üzrə 9 pillə irəliləyərək 17-ci yeri tutub. Bu il “Azəri-Çıraq-Günəşli” yatağının gələcəkdə işlənilməsi ilə bağlı yeni kontraktın imzalanması, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin işə salınması, ölkəmizdə “İslam Həmrəyliyi İli” olan 2017-ci ildə Azərbaycanın İslam həmrəyliyinə daha bir dəyərli töhfə kimi IV İslam Həmrəyliyi Oyunlarına ən yüksək səviyyədə ev sahibliyi etməsi, bu Oyunlarda Azərbaycan idmançılarının 162 medalla komanda hesabında birinci yeri tutması və s. cari ilin əlamətdar tarixi hadisələrindəndir”.
2017-ci ildə əmək və sosial müdafiə sahələrində də növbəti mühüm uğurlara nail olunduğunu söyləyən nazir deyib: “Beynəlxalq əməkdaşlıq sahəsində Azərbaycanın Beynəlxalq Əmək Təşkilatına (BƏT) üzv olduğu 25 illik dövrdə ilk dəfə olaraq BƏT-in Rəhbər Orqanında təmsil olunmaq hüququ qazanaraq beynəlxalq qurumun siyasi qərarlarının qəbulu prosesində yaxından iştirak imkanı mühüm uğurlardan biridir. Həmçinin nazirliyin Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sisteminin BMT-nin ixtisaslaşdırılmış qurumu olan Beynəlxalq Telekommunikasiya İttifaqının “Çempion layihə” mükafatına layiq görülərək Azərbaycana İKT-nin uğurlu tətbiqi sahəsində beynəlxalq səviyyədə ilk mükafatı qazandırması da ilin əsas nailiyyətlərindəndir”.
Nazir aktiv sosial müdafiə tədbirlərinin gücləndirilməsi, işsizlikdən sığorta sisteminin yaradılması, sığorta-pensiya sisteminin təkmilləşdirilməsi, əmək resurslarının məşğulluğunun təminatı, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması, sosial proqramların icrası, sosial xidmətlərin əhatə dairəsinin genişləndirilməsi, əhaliyə elektron xidmətlərin göstərilməsi və digər istiqamətlərdə mühüm addımların atıldığını vurğulayıb.
2017-cı ilin sosial müdafiə siyasətinin aktiv tədbirlər müstəvisində gücləndirilməsində keyfiyyətcə yeni mərhələyə keçid ili kimi yadda qalacağı qeyd edilib: “Bu il aktiv tədbirlər vasitəsilə aztəminatlı ailələrin yoxsulluqdan ailə biznesinə çıxışına imkan verən özünüməşğulluq proqramının həyata keçirilməsində ilkin müsbət təcrübə əldə olunub. Həmçinin işsizlikdən sığorta sisteminin yaradılması sahəsində mühüm addım kimi, “İşsizlikdən sığorta haqqında” Qanunun qəbul olunması artıq gələn ildən ölkədə İşsizlikdən Sığorta Fondunun formalaşmasına imkan verib və bu da aktiv xarakterli sosial müdafiə proqramlarının genişlənməsinə şərait yaradacaq. Həmin Fonda toplanması nəzərdə tutulan 89 milyon manat vəsaitin 40,2 faizi və ya 35,8 milyon manatı gələn il özünüməşğulluq proqramına yönəldiləcək”.
Sığorta-pensiya sisteminin təkmilləşdirilməsi istiqamətində cari ildə növbəti islahat tədbirinin həyata keçirildiyini bildirən nazir vurğulayıb ki, bu il “Əmək pensiyaları haqqında” Qanuna edilən, 2017-ci il iyulun 1-dən qüvvəyə minən mütərəqqi dəyişikliklər sığorta-pensiya sisteminin daha etibarlı əsaslar üzərində sabit və uzunmüddətli inkişafına, əhalinin layiqli pensiya təminatı imkanlarının artırılmasına səbəb olub.
Əmək resurslarının məşğulluğunun təminatı sahəsində 2017-ci ildə də məqsədyönlü işlərin aparıldığını bildirən nazir məşğulluq orqanları tərəfindən cari ilin 11 ayında 46 048 nəfərin münasib işlərlə, 1143 nəfərin ödənişli ictimai işlərlə təmin edildiyini, nazirliyin xətti ilə 3511 nəfərin peşə hazırlığı kurslarına qəbul olunduğunu diqqətə çatdırıb.
Nazir Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması tədbirlərinin bu il də davam etdirildiyini, cari ildə nazirlik tərəfindən əlavə olaraq 315 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsinin mənzillə təmin olunduğunu, habelə sosial proqramların icrası işlərinin davamı olaraq, cari ilin 9 ayının məlumatına əsasən, 1 milyon 330 min nəfərə əmək pensiyası, 450,9 min nəfərə sosial müavinət, 59,3 min nəfərə Prezidentin təqaüdü, 97 min ailənin 400 min nəfər üzvünə ünvanlı sosial yardımı ödənildiyini qeyd edib.
Nazir 2017-ci ildə sosial xidmətlərin əhatə dairəsinin genişləndirilməsi sahəsində də mühüm irəliləyişə nail olunduğunu diqqətə çatdırıb: “İl ərzində 16,3 min nəfərdən çox insana sosial xidmətlər göstərilib. Cari ildə yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacaq, Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsinin və s. fəaliyyətə başlaması sosial xidmətlər sisteminin əhatə dairəsini yeni istiqamətlər üzrə genişlənməsinə imkan verib”.
Qeyd olunub ki, müvafiq fəaliyyət sahələri üzrə əhaliyə elektron müstəvidə sürətli, rahat və şəffaf xidmətlərin göstərilməsi işləri də davam etdirilib. Əmək və sosial müdafiə sahələri üzrə 30-a yaxın elektron xidmətdən indiyədək 22,7 milyon dəfədən çox istifadə olunması həmin elektron xidmətlərin cəmiyyətin maraq dairəsində olmasının əyani göstəricisidir.
Nazir 2017-ci ildə bütün sahələrdə görülən işlərin müsbət nəticələrinin növbəti ilə də nikbin nəzərlərlə baxmağa əsas verdiyini diqqətə çatdırıb: “Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosial siyasət kursuna uyğun olaraq, gələn il də əmək və sosial müdafiə sahələrində irəliləyişlərin əldə olunması fəaliyyətimizin əsas prinsipini təşkil edəcək”.
Sonra o, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə nazirliyin kollektivinə xoş arzularını ifadə edib, onlara əhaliyə xidmətin yüksək səviyyədə təşkili işlərində yeni-yeni uğurlar arzulayıb.
Tədbir bədii hissə ilə yekunlaşıb.
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

