Vladimir Qubarev: Bakı bu gün təkcə neft paytaxtı deyil, o həm də kosmosun tədqiqi ilə tanınır
13.02.2018 [09:53]
Bakı hazırda təkcə Azərbaycanın neft paytaxtı kimi deyil, həm də kosmosun tədqiqi ilə tanınır.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Bakıda keçirilən “Aviakosmik problemlərin həllində gənclərin yaradıcı potensialı” mövzusunda konfransda iştirak edən fantast yazıçı, jurnalist, kosmik problematika üzrə mütəxəssis Vladimir Qubarev söyləyib.
“Bakıda kosmosa dair konfransa dəvət mənim üçün tamamilə gözlənilməz oldu. Mən bütün həyatım boyu kosmos məsələləri ilə məşğul oluram, ilk gündən sovet kosmonavtikasının inkişafında iştirak etmişəm. Bakıda mənim yaxın dostum Roald Saqdeyev işləyir. Onun olduğu hər yerdə kosmik tədqiqatlar aparılır. Bu, çox vacibdir”, - deyə Vladimir Qubarev vurğulayıb.
Əlli ildən çoxdur Bakıda olmadığını bildirən kosmik problematika üzrə mütəxəssis əlavə edib: “Məndə belə təəssürat yaranıb ki, sanki tamamilə başqa dünyaya düşmüşəm, bu əsrarəngiz şəhərdə hər şey ən yaxşılığa doğru dəyişib”.
Bakıda aviakosmik problemlərə həsr olunmuş konfransın keçirilməsinə münasibət bildirən Vladimir Qubarev deyib: “Bu dünyada baş verənlərin hamısı kosmosla bağlıdır, istənilən ölkə kosmos sayəsində tərəqqi tapır. Ona görə də təsadüfi deyil ki, bir zamanlar SSRİ kosmosun fəth edilməsində birinci idi. Hazırda elə bir ölkə yoxdur ki, orada kosmik sahələr olmasın. Mənim üçün xoşdur ki, Azərbaycan gəncliyi kainatla maraqlanır. Xoşbəxtəm ki, bir zamanlar bunun iştirakçısı olmuşam. Bir zamanlar Bakı Azərbaycanın neft paytaxtı idi, indi isə neftlə yanaşı, burada kosmos da tədqiq edilir”.
Xəbər lenti
Hamısına baxDünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16

