Şəkidə tibbi müayinədən keçənlərin 109 nəfərinə ambulator müalicə təyin olunub
16.02.2018 [09:26]
Ölkəmizdə əhalinin sağlamlığının qorunması məqsədilə davamlı tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq artıq beşinci ildir təşkil edilən əhalinin pulsuz tibbi müayinədən keçirilməsi aksiyası da məhz belə tədbirlərdəndir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tibbi müayinələr Şəki rayonunda da mütəşəkkil qaydada təşkil olunub. Müayinələrin yüksək səviyyədə keçirilməsini təmin etmək üçün şəhər İcra Hakimiyyətində xüsusi komissiya yaradılıb, tədbirlər planı tərtib olunub. Aksiya çərçivəsində rayon üzrə 18 yaşdan yuxarı 84 mindən çox insanın müayinədən keçirilməsi nəzərdə tutulur. Rayon əhalisi insanların sağlamlığının qorunmasına yönələn bu xeyirxah aksiyada fəal iştirak edirlər. Fevralın 12-də başlanan aksiyanın ilk üç günündə 1673 nəfər tibbi müayinədən keçərək öz sağlamlıqları barədə ətraflı məlumat əldə ediblər.
Tibbi müayinələrin keçirildiyi rayon mərkəzi xəstəxanasının konsultativ poliklinika şöbəsi bu günlər gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Müayinə olunmaq üçün hər gün buraya yüzlərlə insan müraciət edir.
Poliklinikanın müdiri Nazim Əliyev AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, müayinələr əvvəlcədən tərtib olunmuş cədvəl əsasında keçirilir. İlk növbədə, idarə, müəssisə və təşkilatlarda çalışanlar müayinəyə cəlb olunublar. Aksiyanın davam etdiyi müddətdə poliklinikadakı ümumi və biokimyəvi laboratoriyalar, rentgen, ultrasəs, elektrokardioqrafiya, flüoqrafiya, terapevtik kabinetlər əhaliyə pulsuz xidmət göstərəcək.
Müayinələr təcrübəli həkim və orta tibb işçiləri tərəfindən aparılır. Poliklinikanın həkimi Etibar Kərimovun bildirdiyinə görə, müayinə olunanlar arasında ürək-damar, oynaq, bronxit, kəskin respirator xəstəliklərdən əziyyət çəkənlər üstünlük təşkil edir. Belə xəstələrə müalicə təyin edilir, lazımi məsləhətlər verilir.
Ümumiyyətlə, aksiyanın ilk üç günündə müayinədən keçənlərin 109 nəfərinə ambulator müalicə təyin edilib, 11 nəfər stasionar müalicəyə cəlb olunub. Daha ciddi müalicəyə ehtiyacı olan 5 nəfər isə Bakı şəhərinin ixtisaslaşmış tibb müəssisələrinə göndərilib.
Müayinədən keçən Şəki şəhər sakini Firuzə Ağacanova, Oxud kəndindən Qalib Məmmədov, Qoxmuq kənd sakini Murad Yusibov və başqaları onlar üçün yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirib, belə aksiyaların davamlı olmasını arzulayıblar.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17
Xəbər lenti
15 İyul 16:57
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20
Mədəniyyət
15 İyul 16:17
Gündəm
15 İyul 16:16
Sosial
15 İyul 15:58
YAP xəbərləri
15 İyul 15:49
Siyasət
15 İyul 15:29
Sosial
15 İyul 15:27
Xəbər lenti
15 İyul 14:56
Dünya
15 İyul 14:25
Xəbər lenti
15 İyul 13:50
İqtisadiyyat
15 İyul 13:33
İdman
15 İyul 12:51
İqtisadiyyat
15 İyul 12:49
YAP xəbərləri
15 İyul 12:09
Siyasət
15 İyul 11:56
Siyasət
15 İyul 11:55
Sosial
15 İyul 11:30
Sosial
15 İyul 11:30
Gündəm
15 İyul 11:14
Siyasət
15 İyul 11:13
YAP xəbərləri
15 İyul 10:43
Gündəm
15 İyul 10:41
Maraqlı
15 İyul 10:39
Siyasət
15 İyul 10:38
İqtisadiyyat
15 İyul 10:30
Gündəm
15 İyul 10:21
Xəbər lenti
15 İyul 10:19
Ədəbiyyat
15 İyul 10:01
Dünya
15 İyul 09:58
Ədəbiyyat
15 İyul 09:37
YAP xəbərləri
15 İyul 09:33
MEDİA
15 İyul 09:30
İdman
15 İyul 08:46
Dünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18

