Qafqaz Müsəlmanları İdarəsinin sədri Vyanaya səfər edəcək
24.02.2018 [09:26]
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə fevralın 26-dan martın 2-dək Avstriyanın paytaxtı Vyana şəhərində səfərdə olacaq.
İdarənin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, səfər QMİ sədrinin KAİCİİD Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzi tərəfindən Vyana şəhərində fevralın 26-27-də təşkil olunacaq “Sülh üçün dinlərarası dialoq: Sülh içində birgə yaşayış və birgə vətəndaşlığı inkişaf etdirmək” mövzusunda Yüksək Səviyyəli Foruma, habelə KAİCİİD idarəetmə orqanlarının 28 fevral-1 mart tarixlərində keçiriləcək növbəti iclaslarına təşkilatın yeni seçilmiş üzvü olaraq aldığı dəvət əsasında həyata keçirilir.
Forum və görüşlərdə Beynəlxalq Mərkəzin Direktorlar Şurası və Məşvərət Forumunun üzvləri ilə yanaşı, dünyanın əsas ənənəvi dinlərini təmsil edən din xadimləri, eləcə də elm, mədəniyyət və ictimai xadimlər, habelə siyasətçilərdən ibarət 200-dən çox tanınmış şəxsiyyət iştirak edəcək. Görüşün qonaqları qismində BMT Sivilizasiyalar Alyansının yüksək nümayəndəsi Naser Əl Nassir, İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif Əl Üseymin, Vatikanın Dinlərarası Dialoq üzrə Papa şurasının sədri Kardinal Jan Lui Toran, Ekumenik Patriarx Varfolomey, Avropa, Afrika və Yaxın Şərqdən bir çox katolik və pravoslav patriarxları və onların yüksək nümayəndələri, ərəb və müsəlman ölkələrinin baş müftiləri, nüfuzlu yəhudi ravvinləri, buddist və hinduist dini rəhbərlər iştirak edəcəklər.
Fevralın 28-də dünyanın bütün regionlarını və dinlərini təmsil edən 45 nəfərdən ibarət Məşvərət Forumunun növbəti illik iclası keçiriləcək. Bu Forumun üzvləri Direktorlar Şurası tərəfindən təyin olunur. İclas Şura üzvlərinin iştirakı ilə keçiriləcək. Martın 1-də Qafqaz Müsəlmanları İdarəsinin sədri A.Paşazadənin də daxil olduğu 9 nəfərdən ibarət Direktorlar Şurasının toplantısı Mərkəzin bundan sonrakı iş planını və strategiyasını tərtib edəcək.
Məlumat üçün bildirək ki, KAİCİİD Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzi Səudiyyə Ərəbistanı Krallığı, İspaniya və Avstriya tərəfindən təsis olunmuş və Vatikan dövlətinin baş müşahidəçi kimi çıxış etdiyi beynəlxalq qurumdur. Təşkilatın əsas vəzifəsi dünyada baş verən münaqişələrin qarşısını almaq, onları aradan qaldırmaq üçün dünya səviyyəsində dinlərarası və mədəniyyətlərarası dialoqu təşviq etməkdən ibarətdir. Dialoq Mərkəzinin dinlərarası və mədəniyyətlərarası dialoqun inkişafı, müxtəlifliyə, ədalətə və sülhə ehtiramın artırılmasına yönəlmiş missiyası 5 qitə, 25 ölkədən cəlb olunub, müxtəlif mədəni və dini mənsubiyyəti olan şəxslərdən ibarət işçi heyətində öz əksini tapır.
Dialoq Mərkəzi dünyanın müxtəlif regionlarında, o cümlədən Avropa, Amerika, Afrika, Asiya, o cümlədən Yaxın Şərq ölkələrində müxtəlif humanitar layihələr həyata keçirir. KAİCİİD dünyanın aparıcı dini konfessiyalarının nümayəndələrindən ibarət Direktorlar Şurası olan, din və dövlət xadimlərinin birgə təmsil olunduğu yeganə hökumətlərarası təşkilatdır.
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

