Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində görülən işlər artıq öz nəticələrini verir
24.02.2018 [09:36]
Dövlət İdarəçilik Akademiyasında Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
Fevralın 23-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Xocalı soyqırımının iyirmi altıncı ildönümünə həsr olunan elmi konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən DİA-nın rektoru, akademik Urxan Ələkbərov 1992-ci il fevralın 26-da Ermənistan silahlı birləşmələrinin Azərbaycan xalqına qarşı növbəti qanlı təcavüzə əl ataraq tarixdə misli görünməmiş soyqırımı törətdiyini deyib. Bildirilib ki, bu faciəyə ilk dəfə hüquqi-siyasi qiymət yalnız xalqımızın Ümummilli lideri Heydər Əliyevin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra verilib. Xocalı soyqırımı barədə dünya ictimaiyyətinin məlumatlandırılması işində dövlət strukturları ilə yanaşı, ictimai birliklər, vətəndaş cəmiyyəti institutları da mühüm rol oynayır. Rektor Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi vurğulayıb.
Sonra Xocalı soyqırımı ilə bağlı film nümayiş etdirilib.
DİA-nın siyasi idarəetmə fakültəsinin dekanı, Qarabağ Araşdırmalar Mərkəzinin müdiri, siyasi elmlər doktoru, professor Elçin Əhmədov, tarix elmləri doktoru, professor Musa Quliyev, hüquq elmləri doktoru, hüquq-2 kafedrasının professoru Namiq Əliyev, politologiya və siyasi idarəetmə kafedrasının baş müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Ülviyyə Haqverdiyeva, siyasi idarəetmə fakültəsinin tələbəsi, Xocalı sakini Rza Mustafayev və digər çıxış edənlər Xocalı soyqırımını Azərbaycan xalqına qarşı törədilmiş ən qatı cinayətlərdən biri olduğunu diqqətə çatdırıblar. Onlar faciəyə siyasi-hüquqi qiymət verilməsi, onun bütövlükdə insanlıq əleyhinə cinayət faktının olması, analoji faciələrlə müqayisədə təhlili barədə fikir və mülahizələrini irəli sürüblər.
Çıxış edənlər Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşdırılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində həyata keçirilən tədbirlərdən danışıblar. Vurğulanıb ki, bu kampaniya beynəlxalq ictimaiyyəti Xocalı faciəsi barədə məlumatlandırmaqla yanaşı, dünyada oxşar hadisələrin cərəyan etməməsinə çağırış məqsədi daşıyır. Kampaniya çərçivəsində müxtəlif ölkələrdə həyata keçirilən tədbirlər, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində görülən işlər artıq öz nəticələrini verir.
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20

