Yaz mövsümündə arılara qulluq - mütəxəssis məsləhəti
10.03.2018 [00:52]
Arıçılıqda məhsul istehsalına müsbət təsir edən əsas amillərdən biri erkən yaz dövründə arı ailələrinə qulluğun düzgün aparılmasıdır. Yaz mövsümündə arıçıların arı pətəklərində görəcəyi işlər bol məhsulun əldə olunması baxımından əhəmiyyətlidir.
İyirmi ildən çoxdur arıçılıq sahəsində fəaliyyət göstərən Tərtər rayon sakini Hidayət Ağayev AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində arıçıların yaz qayğıları, yaz mövsümündə arı pətəklərində görülməli olan işlərdən danışıb.
Arıçı mütəxəssis bildirib ki, arıxanada ailələrə baxış günəşli, sakit və havanın temperaturu 15 dərəcədən artıq olan günlərdə aparılmalıdır. Bu zaman ailənin gücü, ana arının varlığı və yaxud səmərəliliyi, işçi arıların, yumurta və sürfənin vəziyyəti, yem ehtiyatı yoxlanmalıdır. Yem ehtiyatı az olan pətəklərə şəkər şərbəti vermək lazımdır. Şərbət pətəklərə qablarda qoyulur. Arıların şərbətə batmaması üçün qabın içərisinə taxta parçaları, yaxud quru ot salmaq lazımdır. Pətəklərə şəkər şərbətinin verilməsində məqsəd ana arının yumurta qoyma qabiliyyətini artırmaqdır. Yazda ana arı nə qədər çox yumurta qoyarsa, arı ailəsi güclü, arıların sayı isə çox olar. Bu isə məhsul istehsalında əsas göstərici sayılır.
Hidayət Ağayev bildirib ki, arı pətəyinə baxış zamanı ana arıya xüsusi diqqət yetirilməlidir. Pətəkdə sürfələr aralarda boş gözlər olmaqla qoyulubsa, bu, ana arının yaşlılığının və ya səmərəsizliyinin işarəsidir. Cavan və səmərəli ana boşluq buraxmadan yumurta qoyur. Yaşlanmış, yumurta qoyma bacarığı azalmış ana arılar yenisi ilə əvəzlənməlidir.
Mütəxəssis arı xəstəliklərindən danışarkən qeyd edib ki, yaz yoxlanışı zamanı pətəklərdə arı xəstəliklərinin olub-olmamasına nəzarət etmək də vacibdir. “Arı xəstəliklərinin vaxtında aşkarlanmaması, xəstəliklərə qarşı mübarizə tədbirlərinin görülməməsi arı ailəsinin məhv olmasına gətirib çıxarır. Bundan başqa xəstəliklər nəticəsində zəifləmiş ailələrdə məhsuldarlıq da aşağı düşür. Pətəkdəki arakəsmələr, çərçivələrin üstü, pətəyin daxili divarları və uçuş bacasının ətrafı arıların ifrazatı ilə çirklənibsə, bu, nozematoz və ya ishal xəstəliyinin göstəricisidir. Bu xəstəlik arıların bağırsağında inkişaf edir. Xəstə arıların uçma qabiliyyəti azalır, şan üzərində dayana bilməyib pətəyə tökülərək onun içərisində və ətrafında sürünürlər. Xəstəliyin müalicəsində nozemat, nozematol, fumaglin, okstetrasiklin, bitsilin kimi preparatlardan istifadə olunmalıdır”, - deyə tərtərli arıçı vurğulayıb.
Yaz mövsümündə pətəklərdəki köhnə çərçivələr dezinfeksiya olunmalı və ya yenisi ilə əvəzlənməlidir. Köhnə, qaralmış şanlarda qovucuqlar daralır ki, bu da arıların cır olmasına gətirib çıxarır. Bundan başqa, belə şanlar infeksiya mənbəyidir. Arıçı bildirib ki, belə halla rastlaşdıqda şanlar hidrogen peroksid, qarışqa turşusu və sirkə turşusu ilə dezinfeksiya edilməlidir. Köhnə şanlar mum güvəsinin inkişafında da əlverişli şərait yaradır. Mum güvəsi ilə mübarizə məqsədilə sirkə turşusundan və ya təbii vasitə kimi qoz yarpağı və yovşandan, həmçinin kükürd tüstüsündən də istifadə etmək olar.
Yazda havalar isindikcə ana arı daha çox yumurta qoyur və pətəkdə cavan arıların sayı artır. Ona görə də ailənin inkişafına şərait yaratmaq üçün əlavə çərçivələrin qoyulması yolu ilə yuva genişləndirilməlidir.
Hidayət Ağayevin təsərrüfatında hazırda 40-a yaxın arı ailəsi var. Hər arı ailəsindən 10 kiloqramadək bal götürən arıçı təsərrüfatını daha da inkişaf etdirmək fikrindədir. “Dövlət başçısı tərəfindən arıçılığın inkişafının stimullaşdırılması məqsədilə Sərəncam imzalanması, arıçılıqla məşğul olan şəxslərə saxladıqları hər arı ailəsinə görə 10 manat məbləğində subsidiya müəyyən edilməsi bu sahəyə marağı daha da artırıb. Biz arıçılar arıçılığın inkişafına göstərilən dövlət qayğısından, bu məqsədlə verilən Sərəncamdan ruhlanaraq, təsərrüfatımızı daha da genişləndirəcək və arıçılıq məhsulları istehsalında yüksək nəticələrə nail olmağa çalışacağıq”, - deyə təcrübəli arıçı bildirib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35

