Cocuq Mərcanlı sakinləri Novruzu 24 ildən sonra doğma kəndlərində qarşılayıblar
22.03.2018 [09:34]
Cəbrayıl rayonunun düşməndən azad olunan Cocuq Mərcanlı kəndinin sakinləri baharın gəlişini 24 ildən sonra doğma yurdlarında qarşılayıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kənd tam orta məktəbin qarşısında keçirilən Novruz şənliyində tonqal qalanıb, səmənilər, xonçalar düzülüb. Qız-gəlinlər müxtəlif şirniyyatlar, sac üstündə yuxa bişirib, uşaqlar yumurta döyüşdürüb, şənləniblər. Kosa və Keçəlin zarafatları, şən musiqi nömrələri hamıda xoş ovqat yaradıb.
Kənd sakinləri torpaqlarımızın keşiyində dayanan əsgər və zabitləri də unutmayıblar. N saylı hərbi hissəyə gedərək, hərbçilərin bayramını təbrik edib, onlara bayram sovqatı çatdırıblar.
Cocuq Mərcanlı sakini Zamin Həziyev AZƏRTAC-ın müxbirinə sevincini belə ifadə edib: “Bizim üçün ən sevincli gündür. 24 il idi Novruz bayramını doğma yurdumuzdandan kənarda qeyd edirdik. Bu illər ərzində ən böyük diləyimiz əziz bayramı kəndimizdə keçirmək olub. İndi bu istəyimizə çatmışıq. Bu ilaxır çərşənbədə ən böyük diləyimiz isə bütün köçkünlərin yurd-yuvalarına dönməsi və Novruz tonqallarının işğaldan azad edilmiş digər torpaqlarımızda da qalanmasıdır”.
Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində aparılan tikinti-bərpa işlərinin birinci mərhələsində 50 fərdi yaşayış evi, 96 şagird yerlik ümumtəhsil məktəbi, məscid, elektrik yarımstansiyası, hidrometeoroloji stansiya inşa edilib, qaz, elektrik, içməli su xətləri, avtomobil yolu çəkilib. Növbəti mərhələdə isə 100 fərdi yaşayış evinin, 50 yerlik uşaq bağçasının, inzibati bina, tibb məntəqəsi və klub-icma mərkəzi üçün binaların, poçt binasının və digər zəruri infrastruktur obyektlərinin tikintisi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
15 İyul 14:25
İqtisadiyyat
15 İyul 13:33
İdman
15 İyul 12:51
YAP xəbərləri
15 İyul 12:09
Siyasət
15 İyul 11:56
Siyasət
15 İyul 11:55
Sosial
15 İyul 11:30
Sosial
15 İyul 11:30
Gündəm
15 İyul 11:14
Siyasət
15 İyul 11:13
YAP xəbərləri
15 İyul 10:43
Gündəm
15 İyul 10:41
Maraqlı
15 İyul 10:39
Siyasət
15 İyul 10:38
İqtisadiyyat
15 İyul 10:30
Gündəm
15 İyul 10:21
Xəbər lenti
15 İyul 10:19
Ədəbiyyat
15 İyul 10:01
Dünya
15 İyul 09:58
Ədəbiyyat
15 İyul 09:37
YAP xəbərləri
15 İyul 09:33
MEDİA
15 İyul 09:30
İdman
15 İyul 08:46
Dünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Siyasət
14 İyul 17:27
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37

