Beynəlxalq müşahidəçilər: Muxtar respublikada seçki prosesi yüksək səviyyədə təşkil edilib
12.04.2018 [09:40]
Aprelin 11-də keçirilmiş Azərbaycan Respublikası Prezidentinin seçkiləri Naxçıvan Muxtar Respublikasında da yüksək seçici fəallığı və nümunəvi təşkilatçılıq baxımından əlamətdar olub. Səsvermə günü muxtar respublikadakı seçki məntəqələrində müşahidə aparan beynəlxalq müşahidəçilər seçkilərin tam demokratik və şəffaflıq şəraitində keçirildiyini bildirdilər.
MDB-dən olan müşahidəçi Vladimir Muradov AZƏRTAC-ın Naxçıvan bürosunun müxbirinə müsahibəsində deyib ki, seçkiləri izləmək üçün aprelin 10-dan Naxçıvana gəlib, aparılan hazırlıq işləri ilə yaxından tanış olub.
Muxtar respublikada seçkilərə hazırlıq işlərinin yüksək səviyyədə aparıldığını və səsvermənin uğurunu, ilk növbədə, bununla əlaqələndirən müşahidəçi deyib: “Bu gün 4 saylı Naxçıvan şəhər və 5 saylı Şahbuz-Babək seçki dairələrinin səkkiz seçki məntəqəsində müşahidələr apardıq. Ümumiyyətlə, seçkinin ilk saatlarından başlayaraq, yüksək fəallıq gördük. Məntəqələrdə seçicilərin zəruri informasiya ala bilmələri və sərbəst şəkildə səs vermələri üçün hər cür şərait yaradılmışdı. Vətəndaşlar çox asanlıqla öz adlarını seçici siyahılarında tapırdılar”.
Vladimir Muradov bildirib ki, Şahbuz rayonunun ən ucqar kəndlərində də seçki prosesini izləyiblər: “Yolboyu baş çəkdiyimiz seçki məntəqələrində əhalinin seçkiyə yüksək marağını müşahidə edirdik. Fikrimcə, bu seçkilər Azərbaycan vətəndaşlarının öz seçimini edə bilməsi baxımından çox yaxşı təşkil olunmuşdu. Səsvermə günü məntəqələrdə hər bir qanun pozuntusu və ya təşkilatçılıq çatışmazlığına rast gəlmədik. Ümumiyyətlə, prezident seçkilərinin gedişi ilə bağlı müsbət qeydlərimiz çoxdur”.
MDB müşahidə missiyasının digər üzvü Aygül Jumabayeva 14 məntəqədə olduqlarını, seçkilərin gedişi zamanı hər hansı çatışmazlıq və ya qanun pozuntusu müşahidə etmədiklərini deyib: “Qazaxıstan parlamentində təmsil olunan Qazaxıstan Demokratik Partiyasının üzvü, “Ağ yol” fraksiyasının aparat rəhbəri kimi, muxtar respublikada Azərbaycan Respublikası Prezidentinin seçkilərini müşahidə etməkdən məmnunam. Buradakı yüksək fəallıq və yaxşı təşkilatçılıq diqqətimizi cəlb etdi”.
Aygül Jumabayeva Azərbaycanda və muxtar respublikada keçirilən bu seçkilərdə tətbiq edilən qabaqcıl təcrübənin diqqətəlayiq olduğunu vurğulayıb: “Məsələn, ölkənizin Mərkəzi Seçki Komissiyasında bütün siyasi partiya nümayəndələri təmsil olunurlar. Hesab edirəm ki, bu, seçki demokratiyasının inkişafından xəbər verir. Əlbəttə ki, Azərbaycanda müşahidə etdiklərim mənim üçün çox faydalı olacaq”, - deyə qazaxıstanlı müşahidəçi bildirib.
ATƏT təmsilçisi Aqitos Rulantos da muxtar respublikada seçki prosesinin gedişi ilə bağlı müsbət fikirdədir: “Müşahidə apardığımız seçki məntəqələrində seçicilərin fəallığının şahidi olduq. Digər həmkarlarım ilə birgə missiyamızı diqqətlə yerinə yetirdik. Səsvermənin gedişindən razı qaldıq”.
ATƏT-dən olan digər müşahidəçi Tina Rus Naxçıvandakı seçki məntəqələrində yaradılan şəraitin yüksək səviyyədə olduğunu vurğulayıb. Tina Rus iki gün ərzində bir sıra məntəqələrin hazırlığı ilə tanış olduqlarını, səsvermə günü səhər saatlarından başlayaraq seçkilərin demokratik və şəffaf şəkildə keçirildiyinə şahidlik etdiklərini diqqətə çatdırıb.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

