Gəncə şəhərində də prezident seçkiləri yüksək seçici fəallığı şəraitində baş tutub
12.04.2018 [10:53]
Gəncə şəhərində də bütün seçki məntəqələri saat 8:00-da qapılarını seçicilərin üzünə açıb. 37, 38, 39, 40 saylı Seçki dairələri üzrə seçkilərin şəffaf, demokratik və ədalətli keçirilməsi üçün hər cür şərait yaradılıb. Seçkilərin gedişatı ilə bağlı məlumatların operativ olaraq ötürülməsi üçün bütün məntəqələr rabitə və yüksəksürətli internetlə təmin olunub. Prosesi canlı izləmək üçün 40 məntəqədə veb-kamera quraşdırılıb. 4 seçki dairəsi üzrə 107 məntəqədə 147 min 540 səsvermə hüququ olan vətəndaşın adı siyahıya alınıb.
32 min 874 nəfər 37 saylı seçki dairəsi üzrə 24 məntəqədə, 33 min 754 nəfər 38 saylı seçki dairəsi üzrə 24 məntəqədə, 38 min 842 nəfər 39 saylı seçki dairəsi üzrə 29 məntəqədə, 42 min 070 nəfər 40 saylı seçki dairəsi üzrə 30 məntəqədə qeydə alınıb.
38 saylı Nizami II (Gəncə) seçki dairəsinin 5 saylı seçki məntəqəsində saat 8-dən etibarən seçici fəallığı müşahidə olunub, seçicilər müstəqil Azərbaycanın gələcəyini müəyyənləşdirmək naminə öz vətəndaşlıq borclarını yerinə yetirməyə gəliblər. Məntəqədə prosesi müşahidə etmək üçün müşahidəçilərin və mətbuat nümayəndələrinin fəaliyyəti üçün əlverişli şərait yaradılıb. Seçicilər növbə ilə, heç bir təzyiq olmadan sərbəst şəkildə istədikləri namizədə səs veriblər.
38 saylı DSK-nın 5 saylı seçki məntəqəsinin sədri Əliağa Səfərəliyev deyib ki, seçkilərə start verildiyi ilk andan məntəqədə coşqu müşahidə olunub: “Məntəqəmizdə 1363 seçici var. Seçki gününə kimi aparılan təşviqat, maarifləndirmə işlərinin nəticəsidir ki, insanlar sərbəst şəkildə məntəqələrə üz tuturlar. Ümidvarıq ki, günün axırına kimi seçki prosesi mütəşəkkilliklə davam edəcək”.
Məntəqəyə səs verməyə gələn seçicilərdən Gülbəniz Rəcəbovanın, Emil Teymurovun fikirlərini öyrəndik. Onlar da seçkilərin şəffaf keçirildiyini, hər hansı kənar müdaxilənin olmadığını bildirdilər. 40 saylı Kəpəz II (Gəncə) seçki dairəsinin 9 saylı məntəqəsində seçicilər mütəşəkkilliklə öz istədikləri namizədlərə səs veriblər. 9 saylı məntəqə seçki komissiyasının sədri Füzuli Mustafayev bildirib ki, 1462 seçicisi olan məntəqəmizdə vətəndaşların tam sərbəst şəkildə səs verməsi üçün lazımi şərait yaradılıb: “Qeyd edim ki, heç bir qanun pozuntusuna yol verilməyib. Müşahidəçilər və KİV nümayəndələri də seçki prosesini izləyiblər”.
Seçicilər arasında gənc bir vətəndaş diqqətimizi cəlb etdi. Öyrəndik ki, ilk dəfədir səs verir. 18 yaşı aprelin 11-də tamam olur. İlk dəfə səs verən gəncə - Fərid Həsənova Mərkəzi Seçki Komissiyası tərəfindən göndərilmiş “İlk dəfə səs verən seçici” vəsiqəsi və hədiyyə təqdim olunub.
Gənc seçici Fərid Həsənov ürək sözlərini bizimlə bölüşüb: “Azərbaycan Texnologiya Universitetinin tələbəsiyəm. Çox həyəcanlıyam. Qohumlarımla birlikdə seçki məntəqəsinə gəldik. Məntəqədə əsl toy-bayram əhval-ruhiyyəsi var. Mənim kimi gənclər, ata-analar, qocalar, bir sözlə, hamı böyük sevinc və fərəh hissilə məntəqəyə gələrək öz vətəndaşlıq borcunu yerinə yetirir. Mən də öz səsimi milyonların səsinə qataraq ölkəmizin xoşbəxt gələcəyinə səs verdim”.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

