Mir Cəlal Paşayev ədəbiyyatşünas alim kimi elmimizə dəyərli töhfələr verib
02.05.2018 [09:25]
XX əsr Azərbaycan ədəbiyyatı və mədəniyyəti tarixində özünəməxsus yer tutan böyük ədib Mir Cəlal Paşayev bütün fəaliyyətini, yaradıcılığını mədəniyyətimizin, ədəbiyyatımızın, təhsilimizin inkişafına sərf edib. Mir Cəlal Paşayevin mühüm həyati problemlər qaldıran, vacib ictimai-siyasi və mənəvi-əxlaqi məsələləri əks etdirən realist əsərlərində əsas tədqiq və inikas obyekti insan, onun mənəvi dünyasıdır. Xalqımızın gözəl, zəngin mənəvi dəyərlərinin təbliği yazıçının yaradıcılığında mühüm yer tutur. Onun hekayələri, romanları və digər janrlarda olan əsərləri həm mövzu zənginliyinə, həm də dil və üslubuna görə böyük maraq doğurur. Dərin zəka sahibi olan Mir Cəlal Paşayev həm görkəmli alim, böyük yazıçı və pedaqoq, həm də nurlu şəxsiyyət kimi tanınıb.
AZƏRTAC xəbər verir ki, bu fikirlər mayın 1-də Bakı Dövlət Universitetində (BDU) görkəmli yazıçı, ədəbiyyatşünas alim və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasının 110-cü ildönümü ilə əlaqədar keçirilən respublika elmi-praktik konfransında səsləndirilib.
Tanınmış dövlət və elm xadimləri, Milli Məclisin deputatları, ali təhsil müəssisələrinin rektorları, universitetin müəllim və tələbələrinin iştirak etdikləri konfransın plenar iclasında BDU-nun rektoru, akademik Abel Məhərrəmov böyük ziyalı Mir Cəlal Paşayevin zəngin irsindən, Azərbaycan elminin, təhsilinin inkişafında və yüksəkixtisaslı kadrların hazırlanmasında mühüm xidmətlərindən, o cümlədən nəcib insani keyfiyyətlərindən danışıb. Rektor BDU-nun tarixən vətənpərvər ziyalıların fədakar əməyi sayəsində yetirdiyi ictimai-siyasi, elm və mədəniyyət xadimləri ilə Azərbaycanın mövcud simasının təşəkkülünə böyük töhfələr verdiyini qeyd edib. A.Məhərrəmov 1936-cı ildən ömrünün sonunadək BDU-da çalışan Mir Cəlal Paşayevin “Füzuli sənətkarlığı”, “XX əsr Azərbaycan ədəbiyyatı”, “Azərbaycanda ədəbi məktəblər”, “Ədəbiyyatşünaslığın əsasları” adlı fundamental əsərlərinin ədəbiyyatşünaslıq elminin qızıl nüsxələri olmasından, onun Azərbaycan elminin və təhsilinin inkişafındakı xidmətlərindən bəhs edib. Mir Cəlal Paşayevin nəcib insani keyfiyyətlərini, ailəsinə, övladlarına bağlılığını qeyd edən rektor alimin dillər əzbəri olan “Həyatımda yaratdığım ən böyük əsər ailəmdir” kəlamını xatırladıb.
Təhsil naziri Ceyhun Bayramov Mir Cəlal Paşayevin ölkəmizdə ədəbiyyatın, elmin, xüsusilə təhsilin inkişafındakı müstəsna xidmətlərindən danışıb. Nazir ölkəmizin hər yerində ədibin 110 illiyinə həsr olunan yubiley mərasimlərinin təntənə ilə qeyd edilməsini böyük sənətkarın yaradıcılığına, onun ədəbi irsinə göstərilən diqqət və qayğının təzahürü kimi dəyərləndirib.
BDU-nun filologiya fakültəsinin dekanı, dosent Elçin Məmmədov “Mir Cəlal Paşayevin həyatı və yaradıcılığı” mövzusunda məruzə ilə çıxış edib, görkəmli alimin keşməkeşli ömür yolundan söz açıb. Məruzədə Mir Cəlal Paşayevin yazıçı kimi Azərbaycan ədəbiyyatı tarixindəki əvəzolunmaz mövqeyindən və ədəbiyyatşünas alim kimi elmimizə verdiyi dəyərli töhfələrdən bəhs edilib.
Daha sonra Milli Məclisin deputatı, akademik Nizami Cəfərov, Bakı Slavyan Universitetinin rektoru, professor Nurlana Əliyeva Mir Cəlalın alim və müəllim kimi şəxsi keyfiyyətlərindən, yaradıcılığının özəlliklərindən danışıb, yazıçı ilə bağlı xatirələrini bölüşüblər.
Sonda alimin ailəsi adından oğlu, “ADA” Universitetinin rektoru, professor Hafiz Paşayev çıxış edərək atası ilə bağlı xatirələrini bölüşüb, konfransın təşkilinə görə rektor, akademik Abel Məhərrəmova, o cümlədən əməyi keçən hər kəsə təşəkkürünü bildirib.
Tədbirdə Mir Cəlal Paşayevin həyat və yaradıcılığına həsr edilən “Üç zirvənin fatehi” filmi nümayiş olunub.
Qeyd edək ki, elmi konfransın materiallar toplusunda Mir Cəlal Paşayevlə bağlı respublikanın müxtəlif elm və ali təhsil müəssisələrindən təqdim olunmuş 50-dək məqalə yer alıb.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

