“Nar” 2018-ci ilin ilk rübünün nəticələrini açıqladı
04.05.2018 [10:06]
“Azerfon” MMC (“Nar” ticarət nişanı) cari ilin ilk rübünün nəticələrini açıqlayıb. Nəticələrə əsasən, bu dövr ərzində şirkət bir çox göstəricilər üzrə yüksək artım dinamikası nümayiş etdirib. Bu göstərici üzrə təkcə paytaxt ərazisində deyil, həmçinin bölgələrdə də yüksək nəticə əldə edilib ki, bu da mobil operatorun regionlardakı şəbəkəsini gücləndirməsi sayəsində mümkün olub. Belə ki, “Nar”ın sərfəli internet paketləri sayəsində ilin ilk rübündə mobil internetdən istifadədə 68% artım olub. Dünya təcrübəsində mobil zənglərə tələbatın azalma trendinə baxmayaraq, “Nar”da səsli zənglərin həcmi keçən ilə nisbətdə dəyişməz olaraq qalıb.
Cari ilin ilk üç ayı ərzində mobil operator ölkə ərazisində 156 yeni baza stansiyası quraşdırıb. Mobil operator Bakı şəhəri və Abşeron yarımadasında 84, Gəncə, Göyçay, Quba, Cəlilabad, Mingəçevir, Salyan, Şəki, Şəmkir, Tovuz, Zaqatala və respublikanın digər bölgələrində isə 63 yeni LTE baza stansiyasını istifadəyə verib. Artıq bölgələrdəki “Nar” abunəçiləri də mobil operatorun LTE texnologiyası ilə təmin etdiyi 225 Mbit/s çatan sürət sayəsində internet resurslarından daha səmərəli şəkildə istifadə edirlər.
“Cari ilin ilk rübündə göstərdiyimiz nəticələri çox müsbət qiymətləndirirəm. Bu nəticələr “Nar”ın sərfəli qiymətləri və abunəçi yönümlü strategiyası sayəsində mümkün olub. Şəbəkə infrastrukturuna yatırdığımız sərmayələr nəticəsində 3G və 4G şəbəkəmizi əhəmiyyətli dərəcədə genişləndirdik”, - deyə “Azerfon” MMC-nin baş icraçı direktoru Qunnar Panke nəticələri şərh edərkən bildirib.
Hazırda genişləndirilmiş “Nar” şəbəkəsi ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan “P3 Communications” keçirmiş və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanıb.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 21:30
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19

