AHİK nümayəndə heyəti Beynəlxalq Əmək Konfransının 107-ci sessiyasında iştirak edir
06.06.2018 [09:23]
İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Əmək Təşkilatının (BƏT) üzv dövlətlərinin hökumət nümayəndələrinin və sosial tərəfdaşların iştirakı ilə Beynəlxalq Əmək Konfransının 107-ci sessiyası keçirilir. Bu barədə AZƏRTAC-a Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından (AHİK) məlumat verilib.
Tədbirin gündəliyinə baş direktorun və İdarə Heyəti sədrinin məruzələri, Konvensiya və tövsiyələrin tətbiqi ilə əlaqədar məlumat və hesabatlar, Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı BƏT-lə səmərəli əməkdaşlığın həyata keçirilməsinə dair əsas müzakirə, 2008-ci ildə qəbul edilmiş “Dürüst qloballaşma naminə sosial ədalət” adlı BƏT-in Bəyannaməsinə əsasən sosial dialoqun və tripartizmin strateji hədəflərinə dair təkrar müzakirə və digər məsələlər daxildir.
Sessiyanın işində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Möhbalıyevin rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edir.
Azərbaycan nümayəndə heyətinin rəhbəri S.Möhbalıyev sessiyada çıxış edib. AHİK sədri tədbir iştirakçılarını salamlayaraq BƏT-in baş direktoru Qay Rayderin ölkəmizə səfərindən məmnunluğunu ifadə edib və bildirib ki, bu səfər həmkarlar ittifaqları, həm də tərəfdaşlarımız üçün tarixi və çox önəmli bir görüş imkanı idi. Apardığımız hərtərəfli fikir mübadiləsi inanıram ki, gələcək fəaliyyətinizə öz töhfəsini verəcək.
S.Möhbalıyev deyib: “Hesab edirəm ki, 107-ci sessiyanın gündəliyində müzakirəsi nəzərdə tutulan məsələlər olduqca aktualdır və qarşımızda duran problemlərin həlli biz sosial tərəfdaşlardan daha çox diqqət və işgüzarlıq tələb edir.
Hamımıza bəllidir ki, qloballaşma müasir dünyanın inkişafında dönməz tendensiyadır. Onun nəticələri bu və ya başqa dərəcədə milyonlarla insanın həyatına təsir edir. Qloballaşmanın əsasında kapitalın, malların, xidmətlərin, texnologiyaların, informasiya və işçi qüvvəsinin dünyada daha çox sərbəst yerdəyişməsi dayanır. Beləliklə də inkişaf etmiş və inkişaf edən ölkələrin iqtisadiyyatı milli qapalılığını itirir, qlobal sistemin bir hissəsinə çevrilir.
Təəssüflər olsun ki, qloballaşma insanların planetdəki nəzarətsiz yerləşməsi, nəzarət edilməyən artımı, ətraf mühitin korlanması, sosial bərabərsizlik, aclıq, sosial ədalətsizliyin artımı, təbii və enerji ehtiyatlarının çatışmazlığı kimi problemlər də doğurur.
Hər bir dövlətdə insanların rifahı bir çox cəhətdən sosial sahədəki vəziyyətdən asılıdır. Məhz bu, sosial inkişaf yolunda cəmiyyətin irəliləməsinin göstəricisi (indikatoru) rolunu oynayır. Sosial sahənin uğurlara imza atması üçün milli və beynəlxalq səviyyədə müvafiq sosial siyasətin həyata keçirilməsi tələb olunur.
Biz həmkarlar ittifaqları olaraq qətiyyətlə ədalətli qloballaşmaya tərəfdarıq. Çalışırıq ki, hamının, o cümlədən qadınların və gənclərin tam, məhsuldar məşğulluğu, layiqli, ədalətli əməklə təmin olunmaları məsələləri bizim daxili, milli inkişaf strategiyamıza uyğun həllini tapsın”.
AHİK sədri qeyd edib ki, Azərbaycan həmkarlar ittifaqları həm milli, həm də beynəlxalq səviyyədə səlahiyyətləri daxilində öz imkanlarını Beynəlxalq Əmək Təşkilatının ədalətli qloballaşma naminə sosial ədalət haqqında Bəyannaməsində qarşıya qoyulmuş məqsədlərin yerinə yetirilməsi üçün səfərbərliyə alıb.
Bu istiqamətdə fəaliyyətimizə Sosial və İqtisadi Məsələlər üzrə Milli Üçtərəfli Komissiyanın yaradılması da ciddi təsir göstərib.
Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasında sosial-iqtisadi inkişaf yönümündə əhəmiyyətli dəyişikliklər baş verir. Aparılan genişmiqyaslı islahatlar, layiqli əmək şəraitinin təmin olunmasına yönələn addımlar əhalinin rifahının yaxşılaşdırılmasını şərtləndirir.
Azərbaycan Respublikasında Layiqli Əmək üzrə Ölkə Proqramının uğurla həyata keçirilməsi nəticəsində BƏT-in iki konvensiyası ratifikasiya olunub, “Gənclərin Məşğulluğu üzrə Milli Tədbirlər Planı” hazırlanıb. Son onillikdə Azərbaycan sürətli inkişafa nail olub, yuxarı ortagəlirli ölkəyə çevrilib.
Ölkədə işçilərin sosial müdafiəsinin gücləndirilməsi, işəgötürən və işçi münasibətlərinin rəsmiləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ötən ilin mart ayında müxtəlif dövlət qurumlarının, AHİK və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələrinin də daxil olduğu Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası yaradılıb. Komissiya uğurla fəaliyyət göstərir.
S.Möhbalıyev çıxışının sonunda bildirib ki, biz çoxmilli kapitalın nəhəng işəgötürənə çevrildiyi bir dünyada yaşayırıq. Kapitalın isə əmək bazarı və sosial ədalət problemlərinə spesifik münasibəti var. Milli işəgötürənlərdən fərqli olaraq, kapitalın heç bir öhdəliyi yoxdur. Həmkarlar ittifaqları qlobal səviyyədə transmilli şirkətlərdə sosial dialoqa oxşar münasibətlər qurmağa çalışır. BƏT qlobal əmək bazarında siyasətini formalaşdırarkən bu çağırışdan yan keçə bilməz. Bir neçə ildir ki, biz bu barədə danışırıq və ümid edirik ki, bu dəfə problem “diqqət çəkəcək” və “yüzilliyin dialoqları”ndan birində müzakirə olunacaq.
Biz tripartizm, sosial dialoq və sosial ədalət prinsiplərinə sadiqik. AHİK və onun üzv təşkilatları BƏT-in modernləşdirilmə kursunu dəstəkləyir. BƏT-in 100 illiyi münasibətilə həyata keçirilməsi nəzərdə tutulan bütün tədbirlərdə onun yanında olacağımızı bəyan edirik.
Qeyd edək ki, konfrans çərçivəsində S.Möhbalıyev bir sıra görüşlər keçirib. Beynəlxalq Əmək Təşkilatının (BƏT) baş direktoru Qay Rayderlə görüş zamanı BƏT-in Azərbaycanla əməkdaşlıq əlaqələrinin inkişafından məmnunluq bildirilib. Qay Rayder ötən ay Bakıda keçirilən “Dayanıqlı İnkişaf Məqsədlərinə doğru: davamlı inkişaf və layiqli əməyin təbliği” mövzusunda keçirilən konfransın yüksək səviyyədə təşkilini bir daha qeyd edib.
Daha sonra AHİK-in sədri S.Möhbalıyev BHİK-in baş katibi Şaron Barrov, Belarus Həmkarlar İttifaqları Federasiyasının sədri Mixail Sergeyeviç Orda, Türkiyə Hak-İş Həmkarlar İttifaqları Konfederasiyasının sədri Mahmut Arslan, Uqanda Həmkarlar İttifaqları Konfederasiyasının prezidenti Uşer Vilson, Rusiya Müstəqil Həmkarlar İttifaqları Federasiyasının prezidenti Mixail Şmakov, Fransa Həmkarlar İttifaqları Konfederasiyasının beynəlxalq əlaqələr üzrə katibi Pier Koutaz ilə görüşüb. Görüşlərdə əməkdaşlıq və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

