"Coca-Cola" Bakıda keçiriləcək BMX üzrə Dünya Çempionatının tərəfdaşı seçilib
08.06.2018 [15:49]
"Coca-Cola" şirkəti 5-9 iyun 2018-ci il tarixlərində Bakıda keçiriləcək BMX velosiped idman növü üzrə Dünya Çempionatının tərəfdaşı seçilib. Bu tərəfdaşlığa əsasən, "Coca-Cola" BMX üzrə Dünya Çempionatında iştirak edən 50-dən çox ölkədən 2 minədək idmançını su və sərinləşdirici içkilərlə təmin edəcək.
Velosiped idmanının ən gənc növü sayılan, 2008-ci ildən etibarən Yay Olimpiya Oyunlarının proqramına daxil edilən və hazırda dünyanın ən populyar idman növləri sırasında yer alan "BMX Racing" üzrə dünya çempionatı mötəbər beynəlxalq idman yarışlarına aiddir. Qeyd edək ki, Prezident İlham Əliyev velosiped idmanının "BMX Racing" növü üzrə Dünya Çempionatının 2018-ci ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb. Çempionatın Bakıda keçirilməsi Azərbaycanın dünya idman aləmində nüfuzunun daha da möhkəmlənməsinə xidmət edəcək.
"Coca-Cola" Olimpiya Oyunları və FIFA Dünya Çempionatı kimi ən nüfuzlu idman yarışlarının tərəfdaşı olmaqla yanaşı, həmçinin təmsil olunduğu ölkələrdəki mötəbər idman tədbirlərinə də dəstək olur. Azərbaycanda fəaliyyətdə olduğumuz müddətdə ölkədə keçirilən "Bakı 2015" Avropa Oyunları, "Bakı 2017" İslam Həmrəyliyi Oyunları, "Tour d’Azerbaidjan" kimi bütün irimiqyaslı beynəlxalq tədbirlərə dəstək olmuşuq. Ən populyar idman növlərindən sayılan və gənclərin də çox sevdiyi BMX üzrə Dünya Çempionatının tərəfdaşı olmaq bizə çox xoşdur. Əminik ki, bu yarış da Bakının ev sahibliyi etdiyi növbəti möhtəşəm idman tədbiri olaraq dünya velosiped azarkeşləri tərəfindən yüksək qiymətləndiriləcək. Təşkilatçılara, xüsusən də uzun illərdir tərəfdaşlıq etdiyimiz Azərbaycan Velosiped İdmanı Federasiyasına Dünya Çempionatının keçirilməsində uğurlar arzu edirik", - deyə "Coca-Cola" şirkətinin Qafqaz Regionu üzrə İctmaiyyətlə əlaqələr və kommunikasiya meneceri Elşad Fərzəliyev bildirib.
"Azərbaycan Velosiped İdmanı Federasiyası olaraq biz fəxr edirik ki, paytaxtımız Bakı BMX üzrə Dünya Çempionatına bu il ev sahibliyi edir. Dünya gəncləri arasında ən populyar idman növlərindən olan BMX yarışının Bakıda keçirilməsi böyük nailiyyətdir. Bu, Azərbaycanın beynəlxalq velosiped idmanı aləmində tanınması və güclü mövqeyinin olmasına sübutdur. Həm də ölkədə velosiped idman növünün inkişafının göstəricisidir. Bilirsiz ki, belə beynəlxalq idman yarışları partnyorlarsız mümkün olmur. Biz çox şadıq ki, dünyanın ən böyük və ən tanınmış sərinləşdirici içki istehsalçısı olan "Coca-Cola" şirkəti BMX üzrə Dünya Çempionatının tərəfdaşıdır. "Coca-Cola" artıq 5 ildir ölkəmizdə velosiped idman növünün inkişafına və velosipedin bir həyat tərzinə çevrilməsinə xidmət edən layihələrə davamlı dəstək olur. Federasiyamız adından "Coca-Cola" şirkətinə öz minnətdarlığımızı bildiririk", - deyə Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyev bildirib.
Builki çempionatda müxtəlif yaş qrupları üzrə 50-dən çox ölkənin 2 minə yaxın idmançısı iştirak edəcək. Proqrama əsasən, iyunun 5-7-də kiçik yaşlı velosipedçilər yarışacaqlar. İyunun 8-9-da isə gənclər və "Elit" kateqoriyasında mübarizə aparan BMX ustaları planetin ən güclülərini müəyyən edəcəklər.
Olimpiya Oyunlarının ümumdünya tərəfdaşı, yüksək keyfiyyətli sərinləşdirici içkilərin istehsalı üzrə dünya lideri olan "Coca-Cola" şirkəti Bakıda keçirilən BMX üzrə Dünya Çempionatına müxtəlif çeşidli sərinləşdirici içkilər təqdim edir. Bunlara "Coca-Cola Klassik" və "Coca-Cola Şəkərsiz", "Fanta", "Sprite", müxtəlif dad çeşidləri olan "Fuse Tea" soyuq çayları, "Bonaqua" suları və "Dogadan" çayları aiddir.
Xəbər lenti
Hamısına baxDünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16

