Azərbaycanda ilk dəfə Parkinson xəstəsi üzərində cərrahiyyə əməliyyatı aparılıb
28.06.2018 [09:54]
Azərbaycanda ilk dəfə 10 ildən artıq müddətdə Parkinson xəstəliyindən əziyyət çəkən 64 yaşlı Bəşir Qocayevin üzərində cərrahiyyə əməliyyatı aparılıb.
AZƏRTAC xəbər verir ki, əməliyyat zəngin maddi-texniki bazası və güclü kadr potensialı olan Milli Onkologiya Mərkəzində reallaşıb. Səhiyyə Nazirliyinin baş onkoloqu, mərkəzin baş həkimi Azad Kərimli belə mürəkkəb əməliyyatın dövlətimizin başçısının diqqət və qayğısı nəticəsində Milli Onkologiya Mərkəzində yaradılan şərait sayəsində mümkün olduğunu diqqətə çatdırıb.
Əməliyyat Milli Onkologiya Mərkəzinin neyrocərrahiyyə şöbəsinin müdiri, uzman doktor Rasim Babayev və uzman doktor, nevropatoloq Kənan Cəfərov tərəfindən icra edilib.
R.Babayev qeyd edib ki, son illərdə dünyada bu xəstələrin üzərində cərrahiyyə əməliyyatı aparılır. Ölkəmizdə isə ilk dəfə Milli Onkologiya Mərkəzinin cərrahiyyə korpusunda icra olunub. “Məlumdur ki, Parkinson xəstəliyinə cərrahi müdaxilə üçün yüksək texniki avadanlıqlar lazımdır. Bunun üçün stereotaktik planlama sisteminə ehtiyac var. Bu sistem, eyni zamanda, beyin şişlərin müalicəsində də tətbiq olunur. Belə bir sistem isə akademik Cəmil Əliyevin təşəbbüsü ilə yalnız Milli Onkologiya Mərkəzində yaradılıb. Məhz buna görə Parkinson onkoloji xəstəlik olmasa da, əməliyyat bizim mərkəzdə həyata keçirildi. Hazırda xəstənin vəziyyəti yaxşıdır”.
K.Cəfərov bildirib ki, əməliyyat dərin beyin stimulyasiya metodu ilə keçirilib. Cərrahi və müasir müalicə metodu olan beyin stimulyasiya metodu ilə xəstələrin beyninin bəzi nöqtələrinə kiçik elektrodlar yerləşdirərək kiçik elektrik stimulyasiya ilə xəstələrin şikayətlərini aradan qaldırmaq mümkündür. Əməliyyatın birinci mərhələsində beyində hədəf nöqtələri müəyyən edilib. İkinci mərhələdə yerli anesteziya altında 3-4 saat ərzində xəstənin beyninə 2 ədəd metalik elektrod yerləşdirilib və bu elektrodlar döş qəfəsində əzələ altına batareyaya birləşdirilib. Nəticədə dərmanlar əvəzinə elektrik impulslarla xəstənin bütün şikayətləri aradan qaldırılıb.
Həkimlərdən razılıq edən xəstənin həyat yoldaşı Sevil Qocayeva deyib: “On ildən artıqdır ki, Bəşir bu xəstəlikdən əziyyət çəkirdi. Yeriyə bilmirdi, əlləri titrəyirdi. Ancaq əməliyyatdan sonra yeriməyi bərpa olunub, titrəmələrin sayı azalıb. Sevinirik ki, müalicə üçün artıq xərc çəkib, vaxt itirib xarici ölkələrə üz tutmuruq. Artıq bu əməliyyat öz xəstəxanamızda öz həkimlərimiz tərəfindən həyata keçirilir. Belə bir şəraiti yaratdığına görə dövlətimizin başçısına minnətdarlığımı bildirirəm”.
Qeyd edək ki, Parkinson xəstəliyi neyrodegeneraiv xəstəliklər qrupuna daxil olub, mərkəzi sinir sistemində dopamin neyronlarının dağılıb məhv olması ilə inkişaf edir. Xəstəliyin rastgəlmə tezliyi 65 yaşdan sonra artır, lakin 35 ilə 50 arasında da rast gəlinə bilər. Yaş artdıqca tezlik artır ki, bu da xəstəliyin yaşla əlaqəsini təsdiq edir. Ən çox bilinən əlaməti hərəkət pozulmasıdır. Üç əsas əlamətdə (istirahət tremoru, əzələlərdə gərginlik (rigidlik) və bradikineziya) Parkinson xəstəliyi diaqnozunu rahatlıqla qoymaq olar. Duruşun pozulması tarazlığın itməsinə gətirib çıxarır. Xəstələrin 85 faizində tremora rast gəlinir. Tremor olmadığı zaman diaqnoz qoymaq çətinləşir. Maska üz, önə əyik duruş, gözqırpmanın azalması, qolların sallanmasının çətinləşməsi (gərgin olur) başlanğıc dönəmin tablosunu tamamlayır. Başlanğıc gücsüzlük və yorğunluq, inkordinasiya, ağrı və narahatlıq hissi də ola bilər. Ayaqları sürüyərək və qısa addımlarla xarakterik yeriş və bütün bədəni ilə birlikdə dönmə bu xəstəliyin vacib əlamətlərindəndir. Başın bükülməsi, gövdənin əyilməsi və yuxarıdakı əlamətlər motor əlamətlərdir.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

