Bakı Konqres Mərkəzində “SABAH”ın məzunu-2018” mərasimi keçirilib
06.07.2018 [09:40]
İyulun 5-də Bakı Konqres Mərkəzində “SABAH”ın məzunu-2018” mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, Birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev, dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, ali məktəblərin rektorları, təhsil ekspertləri və məzunlar iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları mərkəzin foyesində “Mən “SABAHAM” mövzusunda sərgi ilə tanış olublar.
Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanıb.
“SABAH” qruplarının fəaliyyəti haqqında videoçarx nümayiş etdirilib.
Tədbirdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın “SABAH”ın məzunu” mərasiminin iştirakçılarına ünvanladığı təbrik məktubu oxunub.
Məktubu Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, Birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev oxuyub.
Məktubda deyilir ki, təhsil strateji və prioritet sahə olmaqla dövlətimizin daim diqqət mərkəzindədir. Prezident İlham Əliyev tərəfindən 2013-cü ildə imzalanmış “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na əsasən, ölkəmizdə təhsil sahəsində bir sıra əsaslı islahatlar keçirilib və bu proses indi də davam edir. Bizim əsas hədəflərimizdən biri universitetlərdə tədrisin keyfiyyətini artırmaq və qlobal əmək bazarının tələbələrinə cavab verən məzunlar yetişdirməkdir. “Təhsil millətin gələcəyidir” - məhz bu fikri əsas tutaraq ölkə rəhbərliyinin başçılığı ilə son illərdə təhsil sahəsində bir sıra yüksək göstəricilərə nail olmuşuq. Bu gün Azərbaycanda savadlılıq demək olar ki, 100 faiz təmin olunub. Belə bir mühit, ilk növbədə, sizə - gənclərə çoxsaylı imkanlar yaradır. Təbii ki, ölkəmiz son illər ərzində bütün sahələr üzrə inkişaf edir. Prezident İlham Əliyevin söylədiyi kimi, biz elə etməliyik ki, bu inkişaf dayanıqlı olsun. Buna nail olmaq üçün isə əlbəttə ki, gənclər bilikli olmalıdır. Bu fikir, şübhəsiz, bizim gələcəyə baxışımızı və hədəflərimizi müəyyən edir.
Bildirilir ki, qısa dövrdə Xalq Cümhuriyyətinin ən böyük nailiyyətlərindən biri də məhz təhsil sahəsində olan yeniliklər idi. Azərbaycan dilində tədrisə başlanılması, ilk universitetin yaradılması və gənclərin xaricdə təhsilinə dəstək verilməsi kimi mühüm addımlar atılıb. Lakin bundan sonra biz nailiyyətlərimizi qoruyub saxlamağa və daha da yüksək zirvələrə qaldırmağa birlikdə çalışmalıyıq. Buna nail olmaq hər bir Azərbaycan vətəndaşı, xüsusilə siz gənclərsiz mümkün deyil.
Təhsil naziri Ceyhun Bayramov təhsilin inkişafının ölkəmiz üçün bütün dövrlərdə müstəsna əhəmiyyət daşıdığını vurğulayıb. Nazir Prezident İlham Əliyevin “qara qızılın insan kapitalına çevrilməsi” konsepsiyasının dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrildiyini, həyata keçirilən təhsil islahatlarının məhz bu məqsədə xidmət etdiyini diqqətə çatdırıb.
Nazir qeyd edib ki, “SABAH” layihəsi beynəlxalq təcrübənin öyrənilməsi ilə yanaşı, məhz Azərbaycanın dəyərləri və ölkə qarşısında duran məqsədlər nəzərə alınaraq yaradılmış bir təhsil modelidir. Dörd il əvvəl yaradılmış “SABAH” qruplarının ilk nəticələri haqqında danışan nazir bildirib ki, 2017-ci ildə ali təhsil müəssisələrini bitirmiş 721 “SABAH” məzununun 37 faizi Azərbaycanda, 16 faizi isə xarici ölkələrdə magistratura səviyyəsində təhsilini davam etdirir.
Müasir və sürətlə dəyişən dünyada uğura gedən yolun peşəkar bilik və bacarıqların, innovasiyalara açıq olmaq qabiliyyətinin birliyindən keçdiyini deyən C.Bayramov bu yolda “SABAH” məzunlarına uğurlar arzulayıb, onları təbrik edib.
“SABAH”ın məzunları - Bakı Musiqi Akademiyasının tələbəsi Vüsalə Babayeva və Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Samir Hüseynov “SABAH”ın onlar üçün yaratdığı imkanlardan, bu qruplarda müasir dünyanın tələblərinə cavab verən yüksək hazırlıqlı mütəxəssislərin yetişməsi üçün münbit şəraitdən danışıb, əldə etdikləri bilik və bacarıqların gələcək karyeralarında əhəmiyyətli rol oynayacağını vurğulayıblar.
Daha sonra təhsil aldıqları müddətdə ən yüksək akademik göstəricilər əldə edən “SABAH” məzunlarına sertifikatlar təqdim olunub, həmçinin rəmzi “SABAH” açarı üçüncü kurs tələbələrinə verilib.
Sonda “SABAH” qruplarının himni səsləndirilib.
Qeyd edək ki, “SABAH” qrupları 2014-2015-ci tədris ilində 34 ixtisas üzrə yeddi dövlət ali təhsil müəssisəsində yaradılıb. Hazırda 12 ali təhsil müəssisəsində fəaliyyət göstərən “SABAH” qrupları 40-dan artıq ixtisas üzrə 2300-dən çox tələbəni əhatə edir. Cari tədris ilində isə 842 “SABAH” məzunu təhsilini başa vurub.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

