“ClimateLaunchpad” beynəlxalq müsabiqəsində Azərbaycanı 3 startap təmsil edəcək
10.07.2018 [09:17]
“Social Innovation Lab” (“Sil.”) innovasiya mərkəzinin əsas təşkilatçılığı və “Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin dəstəyi ilə dünyanın ən böyük “cleantech” (təmiz texnologiya) proqramı olan “ClimateLaunchpad”-ın final mərhələsi keçirilib. Burada 3 ölkə, 2 akademiya, 9 universitet, 3 məktəb və 4 şəhəri təmsil edən 15 startap komandası mübarizə aparıb.
Qalib olan 3 komanda 1-2 noyabr 2018-ci ildə Şotlandiyanın paytaxtı Edinburq şəhərində keçiriləcək beynəlxalq finalda ölkəmizi təmsil edəcək. Eyni zamanda bu il Azərbaycandan proqrama qəbul olunacaq 10 startap İsveçrədə 18 aylıq akselerator (95,000 avro investisiya ilə) proqramı və pul mükafatları uğrunda yarışacaq. Dünya finalında ilk 10 yeri tutan startap layihələri kiçik ideyaların böyük bizneslərə çevrildiyi 18 aylıq “Climate-KIC Accelerator” proqramına qəbul olunacaq. Bu akselerator proqramında hər bir layihəyə üç mərhələdə 95,000 avro maliyyə dəstəyi verilir.
Bundan əlavə isə, “Grand Finale”-da ilk 3 yerə çıxan komandalar pul mükafatları qazanacaqlar:
- Birinci yer: 10,000 avro
- İkinci yer: 5,000 avro
- Üçüncü yer: 2,500 avro
- Hər biri 5,000 avro olmaqla 5 fərqli mövzu mükafatı (cəmi: 25,000 avro)
- Dünya finalında Azərbaycanı təmsil edəcək 3 startap komandasının bütün xərcləri qarşılanır.
Qeyd edək ki, 2014-cü ildən başlayaraq hər il keçirilən proqram Azərbaycanda artıq ikinci dəfə baş tutur. İştirak edən 46 ölkə arasında “ClimateLaunchpad” tarixində ən çox müraciət alan ölkə bu il 83 layihə ilə Azərbaycandır. Xatırladaq ki, ötən il 35 ölkənin iştirak etdiyi “ClimateLaunchpad” proqramında Azərbaycandan 13 startap qəbul olunaraq 10 həftəlik akselerator proqramdan keçib. Ölkə finalında “ən yaxşı 3 startap” dünya finalında Azərbaycanı təmsil edərək 105 startap içərisində ən yaxşı 15 startapdan biri olmağa nail olub və hazırda Edinburq şəhərində “Greenhouse” inkubasiya proqramında layihələrini inkişaf etdirirlər. Ölkəmizdə hər kəs tərəfindən adı fəxrlə çəkilən “Rainergy” layihəsinin təsisçisi Reyhan Camalovanın layihəsi proqrama seçilən uğurlu layihələrdən biri olub və məhz “ClimateLaunchpad” proqramı çərçivəsində ölkə finalında tamaşaçıların ən bəyənilən layihəsi mükafatını qazanıb. Proqramdan sonra “ClimateLaunchpad”ın davam edən mentor dəstəyi vasitəsilə proqramının mentorlarından biri “Sil.” həmtəsisçisi Leyla Tağızadə ilə birlikdə Qlobal Sahibkarlıq Sammitində iştirak edib. Ən son isə Reyhan Camalova öz layihəsi ilə “Forbes” jurnalının 2018-ci il üçün ən gənc (Forbes Under 30) ixtiraçı və sahibkarlarından biri oldu.
Məlumat üçün bildirək ki, “ClimateLaunchpad” proqramının Azərbaycanda rəsmi təşkilatçısı “Social Innovation Lab” (Sil.) innovasiya mərkəzidir, əsas tərəfdaşları “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti və EY Azerbaijan (Qızıl Sponsor) qurumlarıdır. Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi proqramın bürünc sponsorudur.
Layihə çərçivəsində komandaları qida ilə “Özsut” restoranlar şəbəkəsi təmin edib. Tədbirin Media dəstəyi isə Technote Media, Edumap və Real TV-yə məxsusdur, məkan tərəfdaşları isə Fransız-Azərbaycan Universiteti və SUP akseleratordur.
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

