Azərbaycan multikulturalizmi dünya universitetlərində
11.07.2018 [08:59]
2016-cı il martın 11-dən 13-dək Hindistanın Nyu Dehli şəhərində Dünya Mədəniyyət Festivalı keçirilərkən, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) Azərbaycanı fəxri qonaq qismində təmsil edən yeganə dövlət qurumu idi. Artıq 2017-ci il dekabrın 20-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktor əvəzi Rəvan Həsənovun Hindistanın Sri Sri Universitetinin səlahiyyətli nümayəndəsi, “Yaşamaq sənəti” Beynəlxalq Fondunun direktoru Svami Cotirmaya ilə görüşü baş tutdu. Görüşdə 2018-ci ildən başlayaraq Hindistanda “Azərbaycan multikulturalizmi” fənninin tədris edilməsi barədə BBMM ilə universitet arasında müqavilə imzalandı. Sri Sri Universitetində Azərbaycanın multikulturalizm modeli ilə bağlı müntəzəm dərslərə 2018-ci il fevralın 11-də start verildi və dərslər aprelin 11-dək davam etdi. Fənni Kənan Məmmədov tədris edirdi. Açılış dərsində universitetin prezidenti Rajit Kulkarni, universitetin rektoru Nanda Lal, fənnin tədris olunduğu kafedranın müdiri Pratima Sarangi və tələbələr iştirak edirdilər.
Hindistan, bəlkə də, dünyanın ən böyük multikultural ölkəsidir. Bu ölkədə tolerantlıq çox güclüdür. Hindistanda 29 ştat var ki, hər ştatın da öz dili, geyim tərzi, mətbəxi, mədəniyyəti mövcuddur. Eyni zamanda, burada müxtəlif dinlərə etiqad edən əhali yaşayır (hinduizm, buddizm, zərdüştlük, islam və s.). Kənan Məmmədov deyir ki, Hindistanda “Azərbaycan multikulturalizmi” fənninin tədrisi böyük maraqla qarşılanıb. “Mən “İctimai siyasət və dövlət idarəçiliyi” kafedrasına göndərildim. Orada universitetin prezidenti və rektorla görüşdük. Müzakirələr apardıq, dərslərin formasını müəyyən etdik. Fevralın 20-də kursun rəsmi açılış mərasimi keçirildi. Açılışda Azərbaycan haqda geniş məlumat verildi, Azərbaycanın multikulturalizm siyasəti, eləcə də bu fənnin universitetlərdəki tədrisi haqda danışıldı, 18 xarici ölkə universitetində tədris olunduğu vurğulandı. Onlar Hindistanla əməkdaşlığın məhz bu universitetdən başlamasından qürur duyduqlarını söylədilər”.
“Azərbaycan multikulturalizmi” açıq kurs kimi müəyyənləşdirilərək, həftədə 3 dəfə 90 dəqiqə həcmində tədris olunub. Dərslər mühazirələr şəklində, “Azərbaycan multikulturalizmi” dərsliyinə əsasən keçilib, rəngarəng slaydlar və videolarla müşayiət edilib. Fənnin bakalavriat səviyyəsinin müxtəlif kurslarından, eləcə də magistr tələbələrindən 33 dinləyicisi olub. Proqram üzrə təqdim olunan 15 dərsin sonunda yazılı imtahan keçirilib. 20 tələbə kursu müvəffəqiyyətlə başa vuraraq, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən sertifikatlarla təltif olunub. Həmin tələbələrin bəziləri builki yay məktəbində iştirak edəcəklər.
Kənan Məmmədov deyir ki, tələbələr dərsə ciddi yanaşır, hər şeyi maraqla dinləyir, suallar verirdilər. “Seminarlarda Azərbaycanda multikultural vəziyyət, multikulturalizm sahəsində aparılan işlərlə bağlı müxtəlif mənbələrdən əldə etdikləri əlavə materiallar əsasında təqdimatlarla çıxış edirdilər. Onların demək olar ki, hamısı Hindistanın müxtəlif ştatlarından idilər. Buna görə də, ev tapşırıgı kimi, hər biri öz ştatındakı multikulturalizm haqqında xüsusi təqdimat hazırlayıb təqdim ediblər”.
Hindistanın Sri Sri Universitetində “Azərbaycan multikulturalizmi” fənninin tədrisi çərçivəsində bu il fevralın 26-da Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş xüsusi dərs də təşkil olunub. Dərsdə Ermənistanın Azərbaycana təcavüzü, Xocalı soyqırımının səbəbləri və nəticələri haqqında ətraflı məlumat verilib, tələbələrin faciə ilə bağlı sualları cavablandırılıb. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Hindistanın Sri Sri Universiteti ilə əməkdaşlığını növbəti tədris ilində də davam etdirəcək.
Billurə Aslanqızı
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşı
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31

