/ / Qəzalı binalarda yaşayan 132 məcburi köçkün ailəsinin yeni mənzillərə köçürülməsi ilə bağlı püşkatma keçirilib
Qəzalı binalarda yaşayan 132 məcburi köçkün ailəsinin yeni mənzillərə köçürülməsi ilə bağlı püşkatma keçirilib
25.07.2018 [09:34]
İyulun 24-də Nərimanov Rayon İcra Hakimiyyətinin akt zalında bu rayondakı qəzalı, həyat üçün təhlükəli bina və tikililərdə müvəqqəti məskunlaşmış məcburi köçkünlərin Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən “Qobu Park” yaşayış kompleksində tam təmirli yeni mənzillərə köçürülməsi ilə bağlı püşkatma mərasimi keçirilib. Bu barədə AZƏRTAC-a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, püşkatmada Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində yaradılmış komissiyanın üzvləri, Nərimanov Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti başçılarının müavinləri və məcburi köçkün icmalarının nümayəndələri iştirak ediblər.
Tədbirdə ölkəmizdə məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə həyata keçirilən tədbirlərin miqyasından və əhəmiyyətindən danışılıb. Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən “Qobu Park” yaşayış kompleksində məcburi köçkünlər üçün yaradılmış şəraitdən söhbət açılıb, həmçinin püşkatmanın məqsədi və şərtləri barədə məlumat verilib.
Qeyd olunub ki, ötən il Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə keçirilən müşavirədə Bakı və Sumqayıt şəhərlərində hələ də ağır vəziyyətdə, qəzalı və yararsız binalarda yaşayan məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi məsələsinə baxılıb və 4 min ailənin köçürülməsi ilə bağlı ciddi tapşırıqlar verilib. Bundan az sonra Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qaradağ rayonu Lökbatan qəsəbəsində “Qobu Park” yaşayış kompleksinin təməlqoyma mərasimi keçirilib və burada tikinti işləri qısa müddətdə başa çatdırılıb. Bakıda qəzalı, ən ağır vəziyyətdə olan binalarda, xüsusən, zirzəmilərdə müvəqqəti məskunlaşan köçkün ailələrinin bu il iyulun 9-dan həmin kompleksdə yerləşdirilməsinə başlanılıb.
Nərimanov rayonundakı “Mayakovski, 8/9, 10” və “Ziya Bünyadov, 30” ünvanlarında yataqxanalarda yaşayan və püşkatma mərasimində iştirak edən 132 məcburi köçkün ailəsinin də həmin qəsəbəyə köçürüləcəyi bildirilib.
Məcburi köçkün ailələri növbə ilə püşk çəkərək, “Qobu Park” yaşayış kompleksində, əvvəlcədən ayrılmış otaq sayı üzrə, hansı binada və neçənci mənzildə yaşayacaqlarını müəyyənləşdiriblər.
Püşkatma mərasimində iştirak edən məcburi köçkünlərdən Kamil Hacıyev (Füzuli rayonu), Mürşüd Səfərov (Zəngilan rayonu), Həqiqət Teymurova (Ağdam rayonu) və başqaları onlara göstərilən xüsusi dövlət qayğısını yüksək dəyərləndirərək, zəruri infrastrukturla təchiz edilmiş, tam təmirli yeni mənzillərə köçürüldükləri üçün hədsiz sevinc hissi keçirdiklərini bildirib, diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Sosial
22 İyul 09:41
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55

