Muxtar respublikadakı təhsil müəssisələrinin 91 faizində istilik sistemi mövcuddur
17.08.2018 [09:09]
Muxtar respublikada 2018-ci ildə aparılan tikinti-quruculuq işləri başa çatdıqdan sonra şəhər və rayon təhsil şöbələri də daxil olmaqla, ümumilikdə, 239 təhsil müəssisəsi istilik sistemi ilə işləyəcək. Ötən il təhsil müəssisələrinin 85 faizində istilik sistemi mövcud idisə, bu il təhsil quruculuğu sahəsində aparılan işlər nəticəsində bu göstərici 91 faiz təşkil edir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu faktlar Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən kollegiya iclasında nazir Rəhman Məmmədov tərəfindən səsləndirilib.
Nazir bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisində avqustun 4-də 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə payız-qış mövsümündə təhsil müəssisələrinin fasiləsiz fəaliyyətinin təmin olunması, yaradılan müasir təhsil infrastrukturunun qorunması və ondan səmərəli istifadə edilməsi barədə bir sıra tapşırıqlar verilib.
Vurğulanıb ki, muxtar respublikada bütün sahələr kimi, təhsil də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə əhatə olunub. Aparılan təhsil quruculuğu təkcə rayon mərkəzlərini deyil, eyni zamanda, ucqar dağ kəndlərini də əhatə edib ki, bu da tədrisin yüksək səviyyədə təşkilinə əlverişli şərait yaradıb.
“Tikilən və ya əsaslı şəkildə yenidən qurulan təhsil müəssisələrinin binaları müasir istilik sistemi ilə təchiz olunub, bu da payız-qış mövsümündə həmin müəssisələrin fasiləsiz fəaliyyətini təmin edir. Hazırda istilik sistemi quraşdırılmayan 25 təhsil müəssisəsi var”, - deyən Rəhman Məmmədov vurğulayıb ki, 2018-2019-cu tədris ilinin payız-qış mövsümündə bu təhsil müəssisələrində tədrisin fasiləsizliyini təmin etmək üçün yanacaq, mal və materiallara olan tələbat müəyyənləşdirilib.
Rəhman Məmmədov deyib: “Yeni məktəblərin tikilməsi və müasir istilik sistemlərinə qoşulması birnövbəli məktəblərin də sayının artmasına səbəb olub. Belə ki, 2018-2019-cu tədris ilində muxtar respublikada fəaliyyət göstərəcək 215 ümumtəhsil məktəbindən 208-i, yaxud 97 faizi birnövbəli rejimdə işləyəcək. Bu da, öz növbəsində, tədrisin keyfiyyətinin əhəmiyyətli dərəcədə yüksəlməsinə töhfə verəcək. Muxtar respublikanın təhsil müəssisələrində istilik sistemlərinə 363 nəfər nəzarət edir ki, onların da 314-nün müvafiq sertifikatı var. Digər 49 nəfər isə sertifikat almaq üçün payız-qış mövsümünə qədər müvafiq kurslara cəlb ediləcək. Yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl edilməsi, məktəblərdə elektrik enerjisindən səmərəli istifadə olunması, israfçılığa yol verilməməsi məqsədilə maarifləndirici söhbətlər aparılacaq”.
Təhsil naziri bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı əsasında Təhsil Nazirliyi və aidiyyəti orqanların nümayəndələrinin iştirakı ilə təhsil müəssisələrinin yeni tədris ilinə hazırlığını yoxlamaq məqsədilə reydlər aparılıb. Reydlər zamanı təhsil müəssisələrinin binalarının saxlanılması ilə yanaşı, istilik sistemlərinin mövcud vəziyyəti də araşdırılıb, bir sıra nöqsanlar aşkar edilib. Hazırda mövcud nöqsanların aradan qaldırılması istiqamətində tədbirlər görülür.
Kollegiya iclası məruzə ətrafında çıxışlarla davam edib.
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57

