Bayandur Rzayev: Qurbanlıq heyvan hər cəhətdən qüsursuz olmalıdır
18.08.2018 [09:11]
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti respublika ərazisində heyvanlar və quşlar arasında 13 xəstəliyə qarşı profilaktiki peyvəndləmə işi aparır. Bu xəstəliklərə qarşı mübarizə dövlət büdcəsindən ayrılan vəsait hesabına həyata keçirilir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rəisi Bayandur Rzayev deyib.
Dövlət Baytarlıq Xidmətinin rəisi heyvan və ya quşlar üzərində özbaşına müalicə və digər baytarlıq-sanitariya tədbirlərinin aparılmamasını məsləhət görüb. Həmçinin iri heyvandarlıq təsərrüfat sahiblərinə daim heyvanların saxlanıldığı və gəzdirildiyi yerlərdə profilaktiki dezinfeksiya tədbirləri aparmağı tövsiyə edib.
Bayandur Rzayev qarşıdan gələn Qurban bayramı ilə əlaqədar vətəndaşlara qurbanlıq heyvan seçimi ilə bağlı tövsiyələr də verərək deyib: “Qurbanlıq heyvanlarla əlaqədar onu demək istəyirəm ki, vətəndaşlar heyvanların duruşuna, sağlamlığına xüsusi fikir versinlər. Qurbanlıq heyvan hər cəhətdən qüsursuz olmalıdır”.
“Qonşu ölkələrdə baş verən xəstəliklərin ölkəmizə keçməməsi üçün hansı profilaktiki tədbirlər görülür” sualına cavabında isə bildirib ki, bu ölkələrdə hər hansı xəstəlik qeydə alınarsa, onlara qarşı mübarizə aparılır. Ölkə ərazisində müəyyən xəstəliklərə qarşı profilaktiki peyvəndləmə həyata keçirilib. Bu tədbirlər mərhələlərlə görülür və hazırda ölkəmizdə iti yoluxucu xəstəliklərə görə epizootik sabitlik qorunur.
Xidmət rəisi payız fəslində heyvanların necə saxlanılmalı olduğu barədə suala cavabında deyib: “Fermerlər payız fəslində heyvanlar üçün yem ehtiyatı əldə etməlidirlər. Saxlanılan heyvanların sayına uyğun olaraq qış fəsli üçün yem toplanmalıdır. Bir də məsləhətim odur ki, heyvanları yemləmək üçün qüvvəli yemlərə üstünlük versinlər. Heyvanların saxlanma, bəslənmə və havalanma şəraitinə diqqət yetirmək vacibdir. Birinci növbədə vətəndaşlardan, fermerlərdən xahişim ondan ibarətdir ki, heyvanların sağlamlığına fikir versinlər. Əgər bir şübhəli hal baş verərsə, dərhal yerli baytarlıq idarələrinə və sahə baytarlıq məntəqələrinə müraciət etmək lazımdır. Çünki sağlam heyvan olmadıqda, sağlam qidadan söhbət gedə bilməz. Heyvanların sağlam olması üçün isə ilk növbədə heyvanların infeksion xəstəliklərdən qorunması və onlara qarşı mübarizə tədbirlərinin aparılması vacibdir”.
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57

