“AzerTelecom” 10 illiyini qeyd edir
28.08.2018 [08:58]
Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayder şirkəti “AzerTelecom” MMC-nin fəaliyyətə başlamasından 10 il ötür.
2008-ci ildə fəaliyyətə başlamış magistral internet provayder şirkəti ötən 10 il ərzində Azərbaycanın inkişaf edən informasiya və kommunikasiya texnologiyaları sektorunun ayrılmaz bir hissəsinə çevrilərək korporativ sektorda qabaqcıl telekommunikasiya xidmətləri təqdim edib, ölkənin dayanıqlı və fasiləsiz internet rabitəsi xidməti ilə təminatında mühüm rol oynayıb.
Son 10 ildə şirkətin fəaliyyətində mühüm nailiyyətlər əldə olunub. Belə ki, təsis olunduqdan sonra şirkətin dayanıqlı DWDM texnologiyasına əsaslanan magistral şəbəkəsi istismara hazır vəziyyətə gətirilib, beynəlxalq magistral xətlər və mübadilə mərkəzlərinə qoşulma həyata keçirilib, ayrılmış kanal xidməti, mobil və stasionar telekommunikasiya şəbəkələrində informasiyanın daşınması, internetin topdansatışı, beynəlxalq tranzit kimi xidmətlərə start verilib. Daha sonrakı mərhələlərdə korporativ müştərilərə digər qabaqcıl telekommunikasiya xidmətləri təqdim edilib, Bakı və regionlarda şirkətin malik olduğu infrastruktur daha da genişlənib. Nəticədə, “AzerTelecom” ölkəmizin İKT sektorunda ən aparıcı şirkətlərdən birinə çevrilib.
“AzerTelecom” şirkətinin baş icraçı direktoru Fuad Allahverdiyevin bildirdiyinə əsasən, hazırda magistral internet provayder şirkəti ölkənin telekommunikasiya sektorunun inkişafına öz töhfəsini verməkdə davam edir. “AzerTelecom öz fəaliyyətində peşəkarlıq, müştəri məmnuniyyəti, innovativlik, qabaqcıl texnologiyaların tətbiqi, dinamik inkişaf və sosial məsuliyyət kimi prinsiplərdən çıxış edir. Biz cəmiyyətin və İKT sektorunun dayanıqlı inkişafı naminə müxtəlif layihələrin reallaşmasına, yüksək texnologiyaların, innovasiyaların tətbiqinə, eləcə də korporativ sosial məsuliyyət strategiyamıza uyğun olaraq cəmiyyətin təhsil şüurunun inkişaf etdirilməsi istiqamətində müxtəlif elm və təhsilyönümlü layihələrin icrasına mühüm diqqət yetiririk və bu istiqamətlərdə fəaliyyətimizi gələcəkdə də davam etdirəcəyik. “AzerTelecom” şirkətinin bundan sonrakı dönəmdə də fəaliyyətinin ölkəmiz üçün faydalı olacağına inanırıq” - deyə Fuad Allahverdiyev qeyd edib.
Qeyd edək ki, “AzerTelecom” MMC Azərbaycanın dinamik şəkildə inkişaf edən telekommunikasiya operatorudur. Şirkətin əsas səhmdarı Azərbaycanın ilk mobil operatoru “Bakcell” şirkətidir. “AzerTelecom” ölkənin bütün əsas region və şəhərlərini əhatə edən şaxələnmiş və dayanıqlı fiber-optik kabel şəbəkəsinə sahibdir. Bu şəbəkə Naxçıvan Muxtar Respublikasını da əhatə edir. “AzerTelecom” MMC-nin beynəlxalq şəbəkəsi isə dünya üzrə bütün əsas telekommunikasiya hablarına birləşir. Şirkət internetin topdansatışı, ayrılmış kanal xidməti, mobil və stasionar telekommunikasiya şəbəkələrində informasiyanın daşınması, beynəlxalq tranzit, SİP telefoniya, FTTx (fiber optik xətt xidməti), Data mərkəz xidmətləri, VSAT xidmətləri, Korporativ şəbəkə, Backbone xidmətləri, GSM üzərindən ayrılmış xətt, VPN (virtual şəxsi şəbəkə), VoİP xidməti, DDOS hücumundan müdafiə və digər xidmətlər təqdim edir.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Sosial
22 İyul 09:41
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55

