Babək prospektində magistral su xətlərinin yenilənməsi yekunlaşıb
11.09.2018 [09:07]
Babək prospektində magistral su xətləri və kanalizasiya kollektorlarının yenilənməsi işləri başa çatdırılıb.
“Azərsu” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ASC Bakı sakinlərinin içməli su təminatının daha da yaxşılaşdırılması, fasiləsiz su təchizatı rejiminin təmin olunması məqsədilə mühüm əhəmiyyət daşıyan daha bir layihənin icrasını yekunlaşdırıb. Paytaxtın əsas magistral yollarından sayılan Babək prospektində yol infrastrukturunun yenilənməsi ilə əlaqədar aparılan əsaslı təmir-tikinti işləri çərçivəsində ərazidən keçən magistral su xətləri və kanalizasiya kollektorlarının yenilənməsi işləri başa çatdırılıb. Layihə 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla Abşeron yarımadasının su təchizatı, kanalizasiya və yağış sularının idarə olunması üzrə Master Plan çərçivəsində həyata keçirilib.
Layihəyə əsasən Babək prospekti boyunca 1000 və 800 millimetr diametrli polad borularla 7 kilometr uzunluğunda əsas magistral, prospektin sağ və sol hissəsi ilə polietilen borularla 11 kilometr uzunluğunda paylayıcı kəmərlər olmaqla ümumilikdə 30 kilometrə yaxın su xətti çəkilib. Bu kəmərlərdən ətraf küçələrə çıxışlar verilib və ərazidəki yaşayış evləri və obyektlər yeni şəbəkəyə qoşulub. Babək prospektində yolun əsaslı təmiri və nəqliyyatın intensiv hərəkəti nəzərə alınaraq tikinti-quraşdırma işləri mərhələlərlə aparılıb.
Yenidənqurma işləri çərçivəsində prospekt boyunca istismar müddətini başa vurmuş və tez-tez qəzaların baş verdiyi 2 çuqun və bir polad magistral su xəttinin fəaliyyəti dayandırılıb. Prospekt boyunca qurulan yeni sistem NZS, UPD, Keşlə qəsəbələrində, eyni zamanda, yeni salınan “Ağ şəhər”də və ona yaxın ərazilərdə əhalinin dayanıqlı və fasiləsiz su təchizatına, eləcə də istehlakçılara göstərilən xidmətin keyfiyyətinin yüksəlməsinə səbəb olub.
Babək prospektində yol infrastrukturunun yenilənməsi işləri çərçivəsində Bakının əsas kanalizasiya kollektorlarından olan və paytaxtın böyük bir ərazisində yaranan tullantı sularının əsas daşıyıcı xətlərə axıdılmasını təmin edən “Dairəvi” kollektorun bir hissəsi dəyişdirilib. Layihəyə əsasən kollektorun Babək prospekti ilə kəsişən və yaşayış evlərinin altına düşən hissələri ləğv edilib. Əvəzində prospektə paralel 1400 millimetr diametrli dəmir-beton borularla 1,2 kilometr uzunluğunda yeni kollektor tikilərək paytaxtın əsas daşıyıcı xətlərindən olan “Sənaye” kollektoruna birləşdirilib. Kollektorların yaşayış evləri və kommersiya obyektlərinin altından keçən hissələrinin ləğv edilməsi istismar proseslərini asanlaşdırmaqla yanaşı, gələcəkdə qəza halları zamanı yarana biləcək təhlükələri aradan qaldıracaq.
Bu layihənin tərkib hissəsi olaraq 41 şərq anbarı ilə 82 şərq su anbarının əlaqələndirilməsi məqsədilə 700 millimetr diametrli magistral xəttin inşası başa çatdırılıb. Su anbarlarının əlaqələndirilməsi suyun optimal idarə olunması və dayanıqlı su təchizatına imkan yaradıb.
Xəbər lenti
Hamısına baxSosial
22 İyul 09:41
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15

