/ / Xocalı soyqırımı ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı siyasətinin ən qanlı səhifəsidir
Xocalı soyqırımı ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı siyasətinin ən qanlı səhifəsidir
26.02.2019 [08:40]
Ermənistanın Azərbaycana qarşı uzun illər həyata keçirdiyi işğalçılıq və soyqırımı siyasətinin növbəti mərhələsini təşkil edən Xocalı soyqırımından 27 il ötür. Bəşəriyyətə qarşı törədilmiş ən dəhşətli cinayətlərdən biri olan Xocalı soyqırımının ildönümü ilə əlaqədar Azərbaycanın hər yerində, o cümlədən dünyanın bir çox dövlətlərində müxtəlif tədbirlər keçirilir, soyqırımı qurbanlarının xatirəsi dərin ehtiramla yad edilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Xocalı soyqırımının iyirmi yeddinci ildönümü haqqında” 2019-cu il 5 fevral tarixli Sərəncam imzalanıb və müvafiq tədbirlər planının həyata keçirilməsi nəzərdə tutulub. Hər il olduğu kimi, bu il də həmin faciənin dünya ictimaiyyətinin diqqətinə çatdırılması məqsədilə müvafiq Sərəncamla “Xocalı soyqırımının iyirmi yeddinci ildönümünün keçirilməsinə dair tədbirlər planı” təsdiq edilib və icra olunur.
Qeyd edək ki, Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin ən dəhşətlisidir. Bu hadisəyə qədər, Azərbaycanın Ermənistanla həmsərhəd Qazax rayonunun Bağanis Ayrım kəndinin, Dağlıq Qarabağda azərbaycanlılar yaşayan İmarət Qərvənd, Tuğ, Səlakətin, Axullu, Xocavənd, Cəmilli, Nəbilər, Meşəli, Həsənabad, Kərkicahan, Qaybalı, Malıbəyli, Yuxarı və Aşağı Quşçular, Qaradağlı kəndlərinin işğalı zamanı həmin yaşayış məntəqələrinin dinc əhalisinin bir hissəsi ermənilər tərəfindən qabaqcadan hazırlanmış plan əsasında xüsusi amansızlıqla qətlə yetirilib. Xocalı soyqırımından bir neçə gün əvvəl - fevralın 17-də Xocavəndin Qaradağlı kəndində 80 nəfərdən çox azərbaycanlı kütləvi qırğına məruz qalıb. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə isə Ermənistan dövlətinin ordu birləşmələri keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə aylarla mühasirədə saxlanılan Xocalı şəhərinə hücuma keçərək, bir gecənin içində şəhəri yerlə yeksan ediblər. Bu soyqırımı zamanı dinc əhaliyə amansızlıqla divan tutulub, 613 nəfər qətlə yetirilib, 1275 nəfər girov götürülüb ki, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. Qətlə yetirilənlərin 63 nəfəri uşaq, 106 nəfəri qadın və 70 nəfəri qoca idi. 8 ailə tamamilə məhv edilib. Meyitlərin xarici müayinəsi, məhkəmə-tibb ekspertizalarının rəyləri, mühasirədən çıxmağa müvəffəq olmuş Xocalı sakinlərinin ifadələri ilə ermənilərin və 366-cı alayın hərbi qulluqçularının azərbaycanlılara qarşı törətdikləri ağlasığmaz işgəncə, vəhşilik faktları müəyyən edilib. Eyni zamanda, o dövrdə bir sıra xarici nəşrlərdə yer almış təkzibolunmaz faktlar da Xocalıda ermənilərin törətdikləri dəhşətləri bütün çılpaqlığı ilə gözlər önünə sərib. Fransada nəşr olunan “Valer aktuel” jurnalının 14 mart 1992-ci il sayında, “Le Mond” qəzetinin 1992-ci il 14 mart tarixli sayında, İngiltərənin “The Sunday Times” qəzetinin 1992-ci il 1 mart tarixli sayında, 1992-ci il fevralın 28-də “Washington Post” (ABŞ), martın 8-də “The Sunday Times” (London) qəzetlərinin və martın 25-də “Krua l`Eveneman” (Paris) jurnalında, Rusiyanın “İzvestiya” qəzetinin 1992-ci il 13 mart tarixli sayında və bir sıra xarici dövri nəşrlərin səhifələrində yer alan məlumatlarda şahidlərə istinadən bildirilib ki, ermənilər Xocalıda yüzlərlə ailəni qətlə yetirib, qadınlar və uşaqlar arasında başının dərisi soyulmuş, dırnaqları çıxarılmış meyitlər aşkarlanıb, insanlar diri-diri yandırılıb. “Hər yanda xüsusi qəddarlıqla öldürülmüş qadın, uşaq və qoca meyiti görünürdü”, - deyə bu nəşrlərdə qeyd ounub.
Şübhəsiz ki, Xocalı soyqırımı ermənilər tərəfindən uzun müddət planlaşdırılaraq ən qəddar üsullarla həyata keçirilən, konkret məqsədlərə xidmət edən böyük cinayətdir. Ermənilər Xocalıda dəhşətli faciələr törətməklə Azərbaycan xalqını sarsıdaraq onun suverenlik əzmini qırmaq, ərazi bütövlüyü uğrunda apardığı mübarizədən çəkindirmək və torpaqlarımızı zorla ələ keçirərək bədnam “böyük Ermənistan” ideyasını reallaşdırmaq niyyəti güdüblər. Həmin soyqırımına rəhbərlik edən, sonradan Ermənistanda hakimiyyəti ələ keçirmiş kriminal ünsürlər də bir çox media orqanlarına müsahibələrində və çıxışlarında bunu etiraf ediblər. Britaniyalı jurnalist Tomas de Vaalın “Qarabağ - Qara bağ” kitabında əks olunan bəzi faktlar, o cümlədən azərbaycanlıların qırğınında iştirak edən Ermənistanın keçmiş prezidenti - terrorçu xunta rejiminin rəhbəri Serj Sarkisyanın söylədikləri dediklərimizi bir daha təsdiq edir. “Xocalı hadisələrinə qədər azərbaycanlılar fikirləşirdilər ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməzlər. Biz bu stereotipi qırmağa nail olduq”, - deyən Sarkisyan Xocalı soyqırımı ilə bağlı suala “biz bu barədə bərkdən danışmamağı üstün tuturuq” cavabını verib.
Bu faktlar bir daha ermənilərin tarix boyu azərbaycanlılara qarşı yürütdüyü mənfur siyasətin, Xocalıda baş verənlərin soyqırımı siyasətinin mühüm tərkib hissəsi olduğunu təsdiqləyir. Ona görə də həm bu, həm də sadalanan digər faktlar sübut edir ki, erməni qəsbkarları tərəfindən törədilən və qəddarlığı, amansızlığı ilə xüsusi fərqlənən bu kütləvi insan qırğını genosid faktıdır və insanlığa qarşı ən ağır cinayətlərdəndir. Belə ki, BMT Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli 96 (I) saylı qətnaməsində göstərilir ki, genosid insan qruplarının yaşamaq hüququnu pozmaqla yanaşı, BMT-nin məqsəd və vəzifələrinə, ümumbəşəri dəyərlərə tamamilə ziddir və dünya birliyi tərəfindən pislənir. Genosid cinayətinin əlamətləri BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul olunmuş “Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyada müəyyən edilib. Xocalı soyqırımı zamanı baş vermiş cinayət əməllərinin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların kütləvi şəkildə məhv edilməsi niyyəti ilə törədilməsi onu genosid aktı kimi qiymətləndirməyə tam əsas verir. Azərbaycana qarşı təcavüz zamanı bu Konvensiyada təsbit olunmuş genosid cinayətini təşkil edən bütün əməllər tətbiq olunub. Bu ağır cinayətə görə siyasi-hüquqi məsuliyyət birbaşa Ermənistanın o zamankı və sonrakı rəhbərliyinin, həmçinin Dağlıq Qarabağdakı separatçı rejimin üzərinə düşür.
Təəssüf ki, bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımı faktına həmin dövrdə ölkəmizə rəhbərlik edən siyasi qüvvələr layiqli qiymət verməyib, bu faciənin dünya ictimaiyyətinə dolğun və obyektiv çatdırılması üçün iş görülməyib. Yalnız Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə qayıtdıqdan sonra bu dəhşətli soyqırımının əsl mahiyyətini açıqlayıb, 1994-cü ilin fevralında Ulu Öndərin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət verib. Bundan əlavə, azərbaycanlılara qarşı törədilmiş soyqırımı ilə əlaqədar Ümummilli Lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 mart - Azərbaycanlıların Soyqırımı Günü elan edilib. 2002-ci il fevralın 25-də Ulu Öndər Heydər Əliyev Xocalı soyqırımının 10-cu ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciətində bu amansız kütləvi qırğının tarixi-siyasi mahiyyətini göstərərək bildirib ki, Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir. Ulu Öndər Heydər Əliyev Xocalı soyqırımı haqqında danışarkən deyib ki, Azərbaycan hökuməti və xalqı qarşısında Xocalı soyqırımı və bütövlükdə ermənilərin Dağlıq Qarabağda törətdikləri vəhşiliklər haqqında həqiqətləri olduğu kimi, bütün miqyası və dəhşətləri ilə dünya dövlətlərinə, parlamentlərinə, geniş ictimaiyyətə çatdırmaq, bütün bunların əsl soyqırımı aktı kimi tanınmasına nail olmaq vəzifəsi durur: “Digər tərəfdən, faciənin əsl beynəlxalq hüquqi-siyasi qiymət alması, onun ideoloqlarının, təşkilatçılarının və icraçılarının layiqincə cəzalandırılması bütövlükdə insanlığa qarşı yönəlmiş belə qəddar aktların gələcəkdə təkrarlanmaması üçün mühüm şərtdir”.
Hazırda bu soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və hadisəyə layiqli hüquqi qiymətin verilməsi istiqamətində tədbirlər Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilir. Azərbaycan Prezidentinin göstərişi ilə hər il Xocalı soyqırımının ildönümü ilə bağlı genişmiqyaslı tədbirlər keçirilir. Bu soyqırımını törədənlərin ifşa olunması və beynəlxalq ictimaiyyətin geniş məlumatlandırılması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Prezident İlham Əliyevin Azərbaycan xalqına müraciətində deyilir: “Xocalı soyqırımını törətməkdə düşmənin məqsədi Azərbaycan xalqını sarsıtmaq, suverenlik və ərazi bütövlüyü uğrunda mübarizədən çəkindirmək və torpaqlarımızı zorla ələ keçirmək olsa da, bu ağır faciə xalqımızı daha da mətinləşdirmiş, qəhrəman oğul və qızlarımızı müqəddəs Vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər etmişdir”.
Qeyd edək ki, Ulu Öndərimizin adını daşıyan Heydər Əliyev Fondunun Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində xidmətləri xüsusilə təqdirəlayiqdir. Heydər Əliyev Fondunun prezidenti, ölkəmizin Birinci vitse-prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bir sıra ölkələrdə fondun təşkilatçılığı ilə keçirilən tədbirlər, mühüm elmi-praktik konfraslar, nəşr olunan kitab və bukletlər Xocalı soyqırımı haqqında əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rola malikdir. Eyni zamanda, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə dünyada geniş vüsət almış “Xocalıya ədalət!” (Justice for Khojaly!) beynəlxalq kampaniyasının əhəmiyyəti də olduqca böyükdür. Xatırladaq ki, 2008-ci il mayın 8-də Ermənistan silahlı qüvvələri tərəfindən Şuşa şəhərinin işğal edilməsinin ildönümündə İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə təsis olunmuş və 2009-cu ilin fevralında start verilmiş “Xocalıya ədalət!” beynəlxalq informasiya və təşviqat kampaniyasının əsas məqsədi dünya ictimaiyyətini Xocalı soyqırımı ilə əlaqədar məlumatlandırmaq, qətliama beynəlxalq aləmdə mənəvi-siyasi qiymət verilməsinə və bu qanlı qırğının qurbanlarının xatirəsinin anılmasına nail olmaqdır. Hazırda faciənin mənəvi və siyasi-hüquqi səviyyədə tanınmasına yönəlmiş bu kampaniya bir çox ölkələrdə uğurla həyata keçirilir. Görülən işlərin məntiqi nəticəsidir ki, Meksika, Kolumbiya, Peru, Pakistan, Bosniya və Herseqovina, Rumıniya, Çexiya, Sudan, İordaniya, Honduras, Qvatemala, Panama, Sloveniya, Cibuti və Paraqvay parlamentləri Xocalı soyqırımını beynəlxalq hüquq normalarına əsaslanaraq tanıyıblar. ABŞ-ın 22 ştatı - Massaçusets, Texas, Nyu-Cersi, Meyn, Nyu-Meksika, Arkanzas, Corciya, Oklahoma, Tennesi, Pensilvaniya, Konnektikut, Florida, Missisipi, Vest Virciniya, İndiana, Yuta, Nebraska, Havay, Montana, Arizona, Aydaho və Nevada ştatlarının qanunverici orqanlarında da müvafiq qətnamələr qəbul olunub. İslam Əməkdaşlıq Təşkilatı isə Ermənistanı təcavüzkar, Xocalı faciəsini soyqırımı kimi tanıyan ilk beynəlxalq təşkilatdır. Təbii ki, beynəlxalq təbliğat kampaniyasının uğurla davam etdirilməsi Xocalıda baş verən soyqırımını tanıyan, erməni vandalizminə müvafiq hüquqi-siyasi qiymət verən dövlət və təşkilatların sıralarının yaxın gələcəkdə daha da genişlənəcəyini söyləməyə əsas verir. Prezident İlham Əliyev də əminliklə bildirib ki, Xocalı soyqırımını həyata keçirənlər gec-tez ədalət məhkəməsi qarşısında cavab verərək layiqli cəzalarını alacaq, şəhidlərimizin qanı yerdə qalmayacaqdır.
Beləliklə, Prezident İlham Əliyevin böyük uzaqgörənliklə və qətiyyətlə həyata keçirdiyi siyasət, eyni zamanda, xalqımızın dövlət başçısına güclü etimadı və inamı, möhkəm əsaslara malik xalq-iqtidar birliyi Azərbaycanın bütün problemlərinin həllində əsaslı rol oynayır. Ölkəmizin bir nömrəli problemi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn əsas norma və prinsiplərinə uyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə nail olunacağına da heç bir şübhə yoxdur. O cümlədən Xocalıda və Azərbaycanın digər şəhər və rayonlarında Ermənistan tərəfindən həyata keçirilən soyqırımlarına ədalətli qiymət veriləcəyi, bu soyqırımını təşkil edən, həyata keçirən canilərin də ədalət mühakiməsi qarşısında cavab verəcəyi gün uzaqda deyil. Azərbaycan xalqının haqlı tələbi bundan ibarətdir ki, bəşər tarixinə böyük qanlı faciə kimi daxil olmuş, beynəlxalq hüququn norma və prinsiplərinin, insan hüquq və azadlıqlarının kütləvi şəkildə, kobudcasına pozulması ilə nəticələnən Xocalı soyqırımı xüsusi beynəlxalq komissiya tərəfindən araşdırılmalı, səlahiyyətli beynəlxalq qurumlar tərəfindən genosid aktı kimi tanınmalı, bu qeyri-insani əməlləri törədənlərə qarşı zəruri cəza tədbirləri tətbiq edilməlidir.
Kərimova Tamilla Hüseynbala qızı,
Bakı şəhəri 46 saylı
notariat ofisinin xüsusi notariusu
Xəbər lenti
Hamısına baxDünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37

