Avropa İttifaqı ölkələri Fransaya meşə yanğınlarının söndürülməsinə kömək edir
24.07.2026 [19:30]
Fransa Prezidenti Emmanuel Makron ölkənin müxtəlif bölgələrində davam edən genişmiqyaslı meşə yanğınları ilə əlaqədar Avropa İttifaqının Mülki Müdafiə Mexanizminin işə salındığını açıqlayıb. O bildirib ki, xüsusilə Jirond departamentində vəziyyət son dərəcə gərgindir.
AZƏRTAC xəbər verir ki, Makron bununla bağlı X sosial şəbəkə hesabında etdiyi paylaşımda Avropa həmrəyliyini yüksək qiymətləndirərək, Xorvatiyadan 2 “Canadair”, Portuqaliyadan 2 “Air Tractor” təyyarələrinin, Çexiya və Slovakiyadan isə 2 “Black Hawk” helikopterinin qısa müddətdə Fransaya göndəriləcəyini bildirib.
Prezident əhalini maksimum ehtiyatlı olmağa çağıraraq, hər bir vətəndaşın həyatların, yaşayış evlərinin və meşələrin qorunmasına töhfə verə biləcəyini vurğulayıb. O, alovla fasiləsiz mübarizə aparan yanğınsöndürənlərə və xilasedicilərə də təşəkkür edib.
Qeyd edək ki, Jirond departamentində Arkason hövzəsinin şimalında baş verən yanğın artıq 8700 hektardan çox ərazini məhv edib. Yanğının nəzarət xəttini keçməsindən sonra hakimiyyət Kap-Ferre yarımadasının tam təxliyəsinə qərar verib. Bu səhər yüzlərlə sakin və turist qayıqlarla təhlükəsiz ərazilərə köçürülüb. Ümumilikdə bölgədə yanğın başlayandan bəri təxminən 20 min nəfər təxliyə edilib. Bir neçə ev yanıb, mülki əhali arasında xəsarət alan olmayıb, lakin qaz balonunun partlaması nəticəsində bir yanğınsöndürən yaralanıb.
Land departamentində isə Biskarrosun yaxınlığında mikroavtobusun yanması nəticəsində başlayan digər meşə yanğını 2500 hektardan çox sahəyə yayılıb və 23 mindən çox insanın təxliyəsinə səbəb olub. Təxminən 600 yanğınsöndürən güclü küləyin təsiri ilə sürətlə yayılan alovla mübarizə aparır.
Var departamentində isə üç gündür davam edən yanğın bir neçə dəfə yenidən alovlansa da, vəziyyətin nisbətən yaxşılaşması bəzi sakinlərin geri qayıtmasına imkan verib. Hazırda burada 950 yanğınsöndürən və 265 texnika çalışır.
Fransa Mülki Müdafiə Baş İdarəsinin rəhbəri Jülyen Marion bildirib ki, bu il ölkədə 50 min hektara yaxın ərazi yanğının təsirinə məruz qalıb.
Xəbər lenti
Hamısına baxDünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34

