Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / İstanbulda avtobusla minik avtomobili toqquşub: 30 nəfər xəsarət alıb

İstanbulda avtobusla minik avtomobili toqquşub: 30 nəfər xəsarət alıb

25.07.2026 [13:33]

İstanbulun Eyüpsultan rayonunda sərnişin avtobusu ilə minik avtomobilinin toqquşması nəticəsində 30 nəfər xəsarət alıb. Qəza zamanı avtobus idarəetmədən çıxaraq yol nişanının dirəyinə çırpılıb.

AZƏRTAC xəbər verir ki, yaralılara hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra onlar xəstəxanalara çatdırılıblar. Hazırda avtobusun yoldan götürülməsi istiqamətində işlər davam etdirilir.

İstanbul şəhər səhiyyə müdiri Abdullah Emre Güner hadisə ilə bağlı açıqlamasında bildirib ki, xəsarət alanlardan ikisinin vəziyyəti ağırdır. Digər yaralıların müalicəsi isə xəstəxanalarda davam etdirilir.

Paylaş:
Baxılıb: 86 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Analitik

Ədəbiyyat

Ədəbiyyat

Nənəyə məktub

25 İyul 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 İyul 08:37  

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31