Fövqəladə Hallar Nazirliyi 1 mart - Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar tədbir keçirib
02.03.2019 [09:43]
Martın 1-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında 1 mart - Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar “Uşaqların təhlükəsizliyini təmin etmək bizim vəzifəmizdir” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN), Gənclər və İdman Nazirliyinin və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının birgə təşkilatçılığı ilə təşkil edilmiş tədbirin keçirilməsində məqsəd mülki müdafiə və fövqəladə hallardan mühafizə sahəsində əhalinin hazırlığının və maarifləndirilməsinin təmin edilməsi, ictimaiyyətin diqqətini fövqəladə hallardan qorunma və mülki müdafiənin təşkili məsələlərinə yönəldilməsi olub.
Tədbirdə müvafiq nazirliklərin, dövlət və beynəlxalq qurumların məsul əməkdaşları, akademiyanın müəllim və tələbələri iştirak ediblər.
Əvvəlcə iştirakçılar əvvəlcə Fövqəladə Hallar Nazirliyinin mülki müdafiə sahəsindəki fəaliyyəti barədə videoçarxı izləyiblər.
Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə İşinin Təşkili Baş İdarəsinin rəisi, general-mayor Niyazi Zamanov bildirib ki, BMT 1972-ci ildən dünyada 1 mart tarixinin Ümumdünya Mülki Müdafiə Günü kimi qeyd olunması barədə qərar qəbul edib. Azərbaycan Respublikası 1993-cü ildə bu nüfuzlu humanitar təşkilata üzv olub. Azərbaycan Respublikası Beynəlxalq Mülki Müdafiə Təşkilatına üzv seçilən gündən bu mötəbər qurumla sıx əməkdaşlıq edir. Azərbaycan dövləti fövqəladə halların idarə olunmasında maddi-texniki bazanın gücləndirilməsi, kadr potensialının daha da artırılması, fövqəladə hallara dair məlumat və fikir mübadiləsinin aparılması, eləcə də beynəlxalq təcrübədə əldə olunmuş nailiyyətlərin ölkəmizdə tətbiq edilməsində maraqlıdır. Bu istiqamətdə Fövqəladə Hallar Nazirliyi Beynəlxalq Mülki Müdafiə Təşkilatı ilə sıx əməkdaşlığı davam etdirir. Bu baxımdan 2013-cü il martın 12-13-də Beynəlxalq Mülki Müdafiə Təşkilatının təşəbbüsü və FHN-in təşkilatçılığı ilə Qəbələdə keçirilmiş “Mülki müdafiə və əhalinin fəlakət riskinin qarşısının alınmasına hazırlanması” mövzusunda beynəlxalq konfransı xüsusi qeyd edən N.Zamanov həmin tədbirdə 52 dövlətin fövqəladə halların idarə olunması üzrə məsul dövlət qurumlarının rəhbərlərinin, 10 beynəlxalq təşkilatın nümayəndələrinin iştirak etdiklərini vurğulayıb. Bundan başqa, FHN Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Assambleyası tərəfindən müxtəlif illərdə keçirilmiş sessiyalarda yüksək səviyyədə təmsil olunub.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektorları Rizvan Əliyev və Təhminə Tağızadə tədbirdə çıxış edərək dövlətimizin başçısının diqqət və qayğısı nəticəsində əhalinin mülki müdafiəsinin təmin edilməsi sahəsində böyük uğurların əldə edildiyini bildiriblər. Toplantı iştirakçılarını Ümumdünya Mülki Müdafiə Günü münasibətilə təbrik edən prorektorlar tədbirin ölkəmizdə bu sahənin inkişafına əhəmiyyətli töhfələr verəcəyinə əmin olduğunu vurğulayıblar. Qeyd edilib ki, əhalinin mülki müdafiə sahəsində biliklərinin artırılmasını daim diqqət mərkəzində saxlamaq, xüsusilə də müəllimlərin mülki müdafiə işinin təşkilini, onun məramını, eləcə də fövqəladə hallar zamanı davranış qaydalarını bilmələri və bu bilikləri mütəmadi olaraq şagirdlərə və tələbələrə aşılamaları vacibdir.
UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbərinin müavini xanım Min Yuan, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndəsi Elşən Səlimzadə, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Bakı ofisinin proqram şöbəsinin müdir müavini Nərmin Osmanlı və digər çıxış edənlər mülki müdafiə işinin təşkili istiqamətində təmsil etdikləri qurumların gördüyü işlərdən və qarşıda duran vəzifələrdən danışıb. Çıxışlarda FHN-in bu istiqamətdə fəaliyyəti yüksək qiymətləndirilib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51
MEDİA
10 İyun 08:34
Dünya
10 İyun 07:48
Dünya
10 İyun 07:46
Dünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07

