Azərbaycan dilində “Məhkəmə ekspertizası” adlı ilk dərslik nəşr olunub
12.03.2019 [10:01]
Məhkəmə ekspertizası sahəsində böyük təcrübəyə malik olan mütəxəssislər tərəfindən yazılmış “Məhkəmə ekspertizası” dərsliyi dövlət təhsil standartlarına uyğun olaraq Azərbaycan dilində hazırlanmış ilk dərslikdir. Cinayət, mülki və inzibati mühakimə icraatında məhkəmə ekspertizası formasında xüsusi biliklərin tətbiqinin müasir imkanlarını əks etdirən dərslikdə məhkəmə ekspertizasının ümumi (prosessual, təşkilati, metodiki) və xüsusi (sinif, növ, cins) məsələləri nəzərdən keçirilib. Burada xüsusi biliklərin anlayışı və tətbiqi formaları, məhkəmə ekspertizasının anlayışı, predmeti, obyektləri, ekspert məsələləri və onların növləri, məhkəmə ekspertizası elmi və onun inkişaf qanunauyğunluqları şərh olunub, konkret ekspertiza növləri təhlil edilib və həmin ekspertizalar üzrə ekspertlər tərəfindən həll edilməli olan sualların siyahısı və təcrübi tövsiyələr verilib.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məhkəmə ekspertizası nəzəriyyəsinin inkişafı məhkəmə ekspertizası tədris fənninin formalaşmasını şərtləndirib. Bu fənn tələbələrdə məhkəmə ekspertizasının anlayışı, əhəmiyyəti, obyekti və predmeti, növləri və onların mülki, cinayət və inzibati işlər ilə bağlı icraat üzrə keçirilməsinin səciyyəvi xüsusiyyətləri, ekspertin həll etdiyi məsələlər və onların təsnifatı, bu sahədə fəaliyyətin təşkili, ekspertizaların aparılmasında müasir texnologiyaların tətbiqi və digər məsələlər haqqında təsəvvür yaratmış olur.
Bu fənnin tədrisində əsas məqsəd cinayətlərin açılmasında, istintaqında və qarşısının alınmasında, habelə mülki, inzibati və cinayət işləri üzrə icraatın aparılmasında xüsusi biliklərin tətbiqi şərtlərinin, ayrı-ayrı ekspertiza növlərinin xüsusiyyətlərinin, məhkəmə ekspertizasının hüququn sahələri ilə qarşılıqlı əlaqəsinin tələbələr tərəfindən dərk edilməsidir.
Hər bir gənc hüquqşünas ekspert rəyinin tərtib olunması, ayrı-ayrı ekspertiza növləri üzrə ekspert qarşısında qoyulan sualların düzgün formulə edilməsi, ekspertizanın hazırlıq və tədqiqat mərhələlərində, eləcə də ekspert rəyinin qiymətləndirilməsi zamanı ekspertlərlə təmas qurulması vərdişlərinə yiyələnməklə yanaşı, ekspertizanın təyin olunması və aparılması zamanı qanunvericilik normalarını da rəhbər tutmalıdır ki, bütün bunlar “Məhkəmə ekspertizası” fənninin tədrisi prosesində mütləq şəkildə nəzərə alınır.
Müəlliflər kollektivi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəisi, hüquq üzrə elmlər doktoru, professor F.M.Cavadov və rəis müavini, hüquq üzrə fəlsəfə doktoru H.Ə.Musayev, kriminalistika və məhkəmə ekspertizası kafedrasının müdiri, hüquq üzrə elmlər doktoru, professor K.N.Səlimov və hüquq üzrə fəlsəfə doktoru, dosent İ.S.Abbasova, hüquq üzrə elmlər doktoru M.H.Mustafayev, hüquq üzrə fəlsəfə doktoru, dosent B.M.Əsgərov və hüquq üzrə fəlsəfə doktoru G.A.Rzayeva tərəfindən yazılmış “Məhkəmə ekspertizası” dərsliyi bakalavriat və magistratura proqramları üzrə materialların şərh olunmasının əsas metodiki prinsiplərindən istifadə edilməklə hazırlanıb. Bu zaman, həmçinin xarici və yerli mənbələrə müraciət edilib, ayrı-ayrı mövzular üzrə müqayisəli təhlillər aparılıb, eləcə də əyaniliyin təmin edilməsi məqsədilə təcrübədən götürülmüş ekspert rəylərinə və sair materiallara istinad olunub.
Nəşrdə məhkəmə ekspertizasının perspektiv inkişaf istiqamətlərindən biri kimi müstəqil elm sahəsinin - məhkəmə ekspertologiyasının yaradılması zəruriliyinin əsaslandırılmasına da cəhd edilib. Kitab Azərbaycan dilində hazırlanmış ilk dərslik olduğundan, şübhəsiz ki, bir sıra qüsur və çatışmazlıqlardan azad deyildir. Müəlliflər kollektivi onların aradan qaldırılması üçün təklif, arzu və iradlarını bildirən dəyərli oxuculara əvvəlcədən minnətdarlığını bildirir.
Kitab Zaqafqaziyada ilk qadın kriminalist-alim, respublikamızda ilk kriminalistika və məhkəmə ekspertizası kafedrasının yaradıcısı, adı yüzlərlə hüquqşünasın yaddaşına əbədi həkk olunan professor Kamilə xanım Sarıcalinskayanın unudulmaz xatirəsinə ithaf edilib.
Dərslik tələbələr, doktorantlar, ali məktəb müəllimləri, həmçinin təhqiqat, istintaq, ekspertiza, məhkəmə orqanlarının işçiləri və bütövlükdə respublikanın elm və hüquq ictimaiyyəti üçün nəzərdə tutulub.
Xəbər lenti
Hamısına baxDünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17
İqtisadiyyat
09 İyun 19:56
Dünya
09 İyun 19:51
Gündəm
09 İyun 19:44
Sosial
09 İyun 19:25
Dünya
09 İyun 19:10
YAP xəbərləri
09 İyun 18:19
YAP xəbərləri
09 İyun 17:49
YAP xəbərləri
09 İyun 17:14
Elanlar
09 İyun 17:13
YAP xəbərləri
09 İyun 16:42
YAP xəbərləri
09 İyun 16:39
YAP xəbərləri
09 İyun 16:38
İqtisadiyyat
09 İyun 16:05
Siyasət
09 İyun 15:57
Dünya
09 İyun 15:29
Sosial
09 İyun 15:20
YAP xəbərləri
09 İyun 15:15
YAP xəbərləri
09 İyun 14:32
İqtisadiyyat
09 İyun 14:19
Elm
09 İyun 14:19
YAP xəbərləri
09 İyun 14:18
YAP xəbərləri
09 İyun 14:17
YAP xəbərləri
09 İyun 14:16
İqtisadiyyat
09 İyun 14:15
YAP xəbərləri
09 İyun 14:03
Dünya
09 İyun 13:17
İqtisadiyyat
09 İyun 12:53
Gündəm
09 İyun 12:20
İqtisadiyyat
09 İyun 12:16
Turizm
09 İyun 12:06
Siyasət
09 İyun 12:03
Siyasət
09 İyun 12:01
Siyasət
09 İyun 11:59
İqtisadiyyat
09 İyun 11:50
Sosial
09 İyun 11:35
Hadisə
09 İyun 11:35
İqtisadiyyat
09 İyun 11:25
Sosial
09 İyun 10:58
İqtisadiyyat
09 İyun 10:47
Siyasət
09 İyun 10:45
Siyasət
09 İyun 10:43
Sosial
09 İyun 10:33
Siyasət
09 İyun 10:18
İqtisadiyyat
09 İyun 09:55
Analitik
09 İyun 09:30
Analitik
09 İyun 09:17
Sosial
09 İyun 08:54
Sosial
09 İyun 08:32
Dünya
08 İyun 23:32
Dünya
08 İyun 23:17
Müsahibə
08 İyun 22:45
Dünya
08 İyun 22:31
Dünya
08 İyun 22:18
Elanlar
08 İyun 22:01
Dünya
08 İyun 21:50
Sosial
08 İyun 21:29
İqtisadiyyat
08 İyun 21:10
Dünya
08 İyun 20:42
Xəbər lenti
08 İyun 20:39

