Qızıl medala gedən yol: Sumqayıtlı şagird Vəli Əliyevlə müsahibə -FOTO
08.06.2026 [20:39]
Beynəlxalq uğura imza atan balaca zəka sahibi
Sumqayıt şəhər 33 nömrəli tam orta məktəbin 3-cü sinif şagirdi Vəli Əliyev beynəlxalq səviyyəli qlobal olimpiadada uğurlu nəticə göstərərək qızıl medala layiq görülüb. Kiçik yaşına baxmayaraq, yüksək bilik və bacarığı, məqsədyönlülüyü və əzmkarlığı ilə seçilən Vəli bu uğuru ilə həm məktəbini, həm də Sumqayıt şəhərini layiqincə təmsil edib.
Onun qazandığı qızıl medal müəllimləri, valideynləri və məktəb kollektivi tərəfindən böyük sevinc hissi ilə qarşılanıb. Bu nailiyyət bir daha sübut edir ki, Azərbaycan məktəblərində təhsil alan şagirdlər beynəlxalq arenada da yüksək nəticələr əldə etmək potensialına malikdirlər.
Uğurunun sirri, gələcək planları və olimpiada təcrübəsi haqqında daha ətraflı məlumat almaq üçün Vəli Əliyevlə həmsöhbət olduq.
“Bu qalibiyyət mənim üçün ilk deyildi, amma yenə də çox sevindim"
– Vəli, qlobal olimpiadada qızıl medal qazandığını eşidəndə ilk reaksiyan necə oldu?
– Bu qalibiyyət mənim üçün ilk uğur deyildi. Daha əvvəl də müxtəlif yarışlarda iştirak etmiş və mükafatlar qazanmışam. Amma qızıl medal qazandığımı eşidəndə yenə də çox sevindim. Əziyyətimin bəhrəsini görmək mənə böyük xoşbəxtlik hissi yaşatdı. Həm özüm, həm də ailəm üçün çox qürurverici an idi.
– Olimpiadaya hazırlıq prosesində gündə neçə saat məşğul olurdun?
– Olimpiadaya hazırlaşarkən hər gün təxminən 1-2 saat məşğul olurdum. Vaxtımı düzgün bölüşdürməyə çalışırdım. Dərslərimlə yanaşı, əlavə tapşırıqlar həll edir, məntiqi düşüncəni inkişaf etdirən çalışmalar üzərində işləyirdim. Daim çalışmaq və nizam-intizamlı olmaq uğur qazanmağımda mühüm rol oynadı.
– Yarışda ən çətin hesab etdiyin tapşırıq hansı idi?
– Açığı, yarış zamanı qarşıma çıxan tapşırıqlar mənə çox çətin görünmədi. Çünki hazırlıq mərhələsində müxtəlif tipli suallar üzərində işlədiyim üçün özümü kifayət qədər hazır hiss edirdim. Buna görə də tapşırıqları rahatlıqla yerinə yetirə bildim.
– Bu uğuru qazanmağında sənə ən çox kim dəstək olub?
– Mənə ən böyük dəstəyi anam göstərib. O, hər zaman yanımda olub, mənə inanıb və motivasiya verib. Uğur qazanmağım üçün daim mənə kömək edib. Buna görə ona çox təşəkkür edirəm.
– Məktəbdə ən sevdiyin fənn hansıdır və niyə?
– Ən çox riyaziyyat fənnini sevirəm. Riyaziyyatda məsələ həll etməyi, düşünməyi və müxtəlif üsullarla düzgün cavabı tapmağı xoşlayıram. Bu fənn məntiqi düşüncə qabiliyyətimi inkişaf etdirir və mənə maraqlı gəlir.
– Gələcəkdə hansı peşənin sahibi olmaq istəyirsən?
– Gələcəkdə hüquqşünas olmaq istəyirəm. İnsanlara kömək etmək, onların hüquqlarını müdafiə etmək və cəmiyyət üçün faydalı bir insan olmaq arzusundayam.
– Olimpiadada iştirak edən digər şagirdlərlə rəqabət aparmaq sənə nə öyrətdi?
– Bu yarış mənə daha diqqətli olmağın vacibliyini öyrətdi. Həmçinin başa düşdüm ki, uğur qazanmaq üçün çalışmaq və özünə inanmaq lazımdır. Digər iştirakçılarla rəqabət mənə yeni təcrübələr qazandırdı və özümü daha da inkişaf etdirməyə kömək etdi.
– Sənin kimi uğur qazanmaq istəyən şagirdlərə hansı məsləhəti verərdin?
– İlk növbədə, diqqətli olsunlar və çox çalışsınlar. Əgər hansısa yarışda qalib gələ bilməsələr belə, ruhdan düşməsinlər. Uğur qazanmaq üçün səbirli olmaq lazımdır. Həmçinin məntiq kitablarından çoxlu tapşırıqlar həll etmələrini tövsiyə edərdim. Bu, düşünmə qabiliyyətini inkişaf etdirir və yarışlarda daha yaxşı nəticə əldə etməyə kömək edir.
– Bu qələbəni kimə həsr edirsən?
– Bu qələbəni xalama həsr edirəm. O da hər zaman mənə dəstək olub, uğurlarıma sevinib və mənə inanıb.
– Qarşıdakı illərdə hansı yeni hədəflərə çatmaq istəyirsən?
– Gələcəkdə daha çox olimpiada və yarışlarda iştirak etmək istəyirəm. Ən böyük məqsədim qazandığım medal və diplomların sayını artırmaq, ölkəmi beynəlxalq yarışlarda daha uğurla təmsil etməkdir. Bunun üçün bundan sonra da çox çalışacağam.
Uğurların davamı diləyi ilə...
Vəli Əliyevin qazandığı qızıl medal təkcə onun şəxsi uğuru deyil, həm də Azərbaycan məktəblilərinin beynəlxalq səviyyədə əldə etdiyi nailiyyətlərin növbəti göstəricisidir. Balaca yaşında böyük uğura imza atan Vəli Əliyevə gələcək yarışlarda yeni qələbələr, daha böyük zirvələr və uğurlu gələcək arzulayırıq.
Xəbər lenti
Hamısına baxHərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37

