“Orqanizmə “CoronoVAC” vaksinin inyeksiya edilməsi müsbət nəticə verir”
16.02.2021 [09:06]
Son bir ildə həyatımızı iflic edən yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı peyvəndləmə uğurla davam etdirilir. Ümid etməyə dəyər ki, aparılan peyvəndləmə tədbiri dəhşətli və qorxulu bəlanı tədricən uzaqlaşdıracaq və həyat normal məcraya dönəcək.
Yeri gəlmişkən, həkim-infeksionist Namiq Nəbiyev bildirib ki, “Çinin “Sinovac” şirkətinin istehsal etdiyi “CoronoVAC” vaksini yeni növ koronavirusun öldürülmüş və tam zərərsizləşdirilmiş formasıdır: “Azərbaycan Cənubi Qafqazda vaksinasiyaya ilk başlayan və ən təhlükəsiz, ən effektli vasitələrin gətirilməsini təmin edən ölkədir. Orqanizmə “CoronoVAC” vaksinin inyeksiya edilməsi çox müsbət səmərə verir. Ona görə də Çin istehsalı olan həmin peyvəndə üstünlük verilir. Tibb işçiləri arasında aparılan vaksinasiya onun təhlükəsiz olduğunu bir daha sübut etdi və ağırlaşma halları baş vermədi. Hazırda yaşı 65-dən yuxarı olan əhali arasında peyvəndləmə aparılır. Əhalinin böyük hissəsi həmin mərhələni keçəndən sonra koronavirus təhlükəsinin sovuşacağına böyük ümidlər var”.
Onun sözlərinə görə, peyvənd virusların yayılmasının qarşısını alan yeganə vasitədir. Onun tətbiqinin alternativi yoxdur.
“Artıq insanların genetik kodlarında COVID-19-a qarşı da uyğunlaşma gedir. Müqayisə etsək, görərik ki, keçən ilin fevral-mart aylarındakı vəziyyətlə indiki dövr arasında çox böyük fərq var. Zaman keçdikcə ona öyrəşmə baş verir və insanlar onu adi qəbul edirlər. Ömürlük bizimlə yol yoldaşı olan bu virus da qrip kimi adiləşəcək”, - deyə həkim-infeksionist bildirib.
Yeri gəlmişkən, Ümumdünya Səhiyyə Təşkilatının verdiyi nikbin proqnozlara görə, koronavirusun “Britaniya ştammı” sürətlə yayılsa da, yeni dalğaya səbəb olmayacaq. Bu məqama toxunan həkim-infeksionist Namiq Nəbiyev deyib: “Çin istehsalı olan peyvəndin həmin mutasiyanın qarşısını tamamilə aldığı və geniş yayılmasına imkan vermədiyi sübut olunub. Türkiyədə 127 xəstədə “Britaniya ştammı” aşkarlanıb. Çin istehsalı olan peyvəndin tətbiq edilməsi onun yayılmasının qarşısını aldı. Ona görə çəkinmədən, tərəddüd etmədən peyvəndi vurdurmaq və bununla da həm özümüzü, həm də cəmiyyətimizi narahat edən bu bəladan xilas olmaq lazımdır”.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxDünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13

