Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Göygöldə “Səhərsalma və Memarlıq İli” çərçivəsində tədbir keçirilib

Göygöldə “Səhərsalma və Memarlıq İli” çərçivəsində tədbir keçirilib

19.05.2026 [16:11]

Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatının Dozular kənd ərazi partiya təşkilatında “Səhərsalma və Memarlıq İli” çərçivəsində "Türküstan Zirvə görüşü Türk Dövlətləri Təşkilatının (TDT) qlobal proseslərdə artan rolunu göstərdi"mövzusunda tədbir keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev müstəqil Azərbaycanın keçdiyi inkişaf yolundan, əldə olunan uğurlardan və Prezident İlham Əliyevin öz xalqı qarşısındakı xidmətlərindən söhbət açıb. Beynəlxalq nizamın ciddi sınaqlara məruz qaldığı bir dövrdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün mahiyyətindən danışıb, bu tədbirin vahid ailə olan Türk dünyasının XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilməsi yolunda hədəflərə çatmaqda növbəti addım olacağını bildirib. Vüqar İsayev qeyd edib ki, Təşkilatın qeyri-rəsmi Zirvə görüşləri formatının ilk dəfə Azərbaycanın təşəbbüsü ilə Şuşada keçirilməsi isə Təşkilat daxilində yeni siyasi arxitekturanın və fəal dialoq mühitinin formalaşması baxımından mühüm mərhələ kimi qiymətləndirilir. 2024-cü ildən artıq ənənə halını almış qeyri-rəsmi Zirvə görüşləri ölkələrimiz arasında siyasi həmrəyliyi möhkəmləndirməklə bərabər, strateji koordinasiyanın daha sıx və vahid çətir altında aparılmasına güclü təkan verir. Müzakirə edilən mövzuların aktuallığı ilə fərqlənən Türküstan Zirvə görüşünün isə Azərbaycan üçün əhəmiyyəti misilsizdir. Bu görüş Azərbaycanın həm regional liderliyini, həm də Türkdilli dövlətlərlə strateji müttəfiqliyini dünyaya nümayiş etdirmək üçün ən effektiv kürsü rolunu oynadı.  

Tədbirdə partiya fəalı Nurlana Məmmədovanın "Türküstan Zirvə görüşü Türk Dövlətləri Təşkilatının (TDT) qlobal proseslərdə artan rolunu göstərdi" mövzusunda məruzəsi dinlənildikdən sonra natiqlərdən Xaləddin Atakişiyev və digərləri çıxış edərək Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın gücünün, qüdrətinin və beynəlxalq nüfuzunun artdığını vurğulayıblar və Bakının Avropanın enerji təhlükəsizliyindəki rolundan, Orta dəhlizin reallaşmasındakı mövqeyindən, Zəngəzur dəhlizinin açılmasıının regionda dayanıqlı sülhün bərqərar olmasını təmin edəcəyindən danışıblar və Türk Dövlətləri Təşkilatının keçirdiyi görüşlərin sadəcə görüşlər silsiləsi deyil, bəşəriyyətin üzləşdiyi çoxşaxəli böhranlardan çıxış yolu axtaran "ortaq ağıl" platforması olduğunu bildiriblər.

  Sonra təşkilati məsələyə baxılıb və Mehdiyev Anar Mehdi oğlu oğlu ərazi partiya təşkilatının sədri, Nəbiyev Elnur Cavid oğlu sədr müavini seçilib.

     YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev yeni seçilən şəxsləri təbrik edib, qarşıda duran mühüm vəzifələrlə bağlı dəyərli tövsiyələr verərək, fəaliyyətlərində uğurlar arzulayıb. Ərazi Partiya təşkilatına seçilmiş sədr və sədr müavini onlara göstərilən yüksək etimada görə minnətdarlıqlarını bildirərək, üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcəklərini bildiriblər.

   

Paylaş:
Baxılıb: 95 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31