Jurnalistlər binasının qarşısında ağacəkmə aksiyası keçirilib
17.03.2021 [09:39]
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Medianın İnkişafı Agentliyinin birgə təşkil etdiyi aksiyada 400-ə yaxın ağac əkilib
Ölkəmizdə, o cümlədən Bakı şəhərində yaşıllıq sahələrinin artırılması, ağac əkininin təşviqi məqsədilə yaz ağacəkmə kampaniyası çərçivəsində növbəti tədbir torpaq çərşənbəsi günündə jurnalistlərin binası qarşısında keçirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Medianın İnkişafı Agentliyinin birgə təşəbbüsü və KİV nümayəndələrinin iştirakı ilə keçirilən ağacəkmə aksiyasında nazirliyin tinglik sahələrində yetişdirilən 400-ə yaxın meyvə və həmişəyaşıl ağac tingi əkilib. Eyni zamanda, öz bağ sahələrində ağac əkmək üçün müraciət edən media nümayəndələrinə tədbir çərçivəsində əlavə meyvə tingləri paylanılıb.
Muxtar Babayev: Medianın bu prosesdə fəal iştirakı məmnunluq doğurur
Aksiyada iştirak edən Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev bildirib ki, Azərbaycanda ətraf mühitin mühafizəsi, ekologiyanın qorunması dövlət siyasətinin prioritetlərindəndir. Onun sözlərinə görə, dövlət rəhbərliyi ekologiyanın qorunması ilə əlaqədar yaşıllaşdırma işlərini də daim diqqət mərkəzində saxlayır: “Ölkəmizdə genişmiqyaslı yaşıllaşdırma işləri həyata keçirilir. Bu aksiya da yaşıllaşdırma işlərinin tərkib hissəsidir. Biz hər zaman keçirdiyimiz bu kimi tədbirlərdə media ilə yaxından əməkdaşlıq edirik. Medianın bu prosesdə fəal iştirakı məmnunluq doğurur. Torpaq çərşənbəsi günündə belə bir aksiyanın keçirilməsinin əhəmiyyəti böyükdür. Media ilə uğurlu əməkdaşlığımız bundan sonra da davam edəcək”.
Əhməd İsmayılov: Məqsədimiz yaşıllaşdırma prosesinin geniş vüsət almasında mediamızın dəstəyini nümayiş etdirməkdir
Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov da bildirib ki, bu aksiya ölkəmizdə yaşıllaşdırma işlərinin tərkib hissəsi olaraq ekoloji tarazlığın bərpası məqsədilə həyata keçirilir: “Ağacəkmə aksiyasını Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Medianın İnkişafı Agentliyi birgə təşkil edib. Məqsədimiz yaşıllaşdırma prosesinin geniş vüsət almasında mediamızın dəstəyini nümayiş etdirməkdir. Hesab edirəm ki, bu məqsədə nail olacağıq. Aksiya İlaxır çərşənbəyə təsadüf edir. Ona görə də aksiya iştirakçıları burada bayram əhval-ruhiyyəsində iştirak edir, böyük həvəslə ağac əkirlər”.
Firdovsi Əliyev: Ağacəkmə mövsümünə ilk olaraq işğaldan azad olunmuş ərazilərdə başladıq
Qeyd edək ki, jurnalistlər binasının qarşısında müxtəlif növ ağaclar əkilib. Bu barədə məlumat verən Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib ki, burada şam, xan çinarı və s. növ ağaclar var: “Burada əkilən ağaclar Abşeronun iqliminə uyğundur. Bu ağaclar küləyə və quraqlığa davamlıdır. Binaların sakinləri aksiyada fəal iştirak edirlər. İnanıram ki, bundan sonra da ağaclara aqrotexniki qulluq edəcəklər və bitiş faizi qənaətbəxş olacaq. Bundan əlavə sakinlərin istəyi ilə 300-ə yaxın meyvə ağacı tingi də gətirmişik ki, sakinlər özləri məsləhət bildikləri yerlərdə əksinlər”.
Nazir müavinin sözlərinə görə, bu cür aksiyalar Azərbaycanın hər yerində keçirilir: “Çünki yaz əkini mövsümüdür. Sevindirici haldır ki, hazırkı mövsümə ilk olaraq işğaldan azad olunmuş ərazilərdə başladıq. Bildiyiniz kimi, birinci olaraq Zəngilan rayonunda ağacəkmə aksiyası keçirildi. Bu proses davam edir. Ölkəmizdə yaz ağacəkmə işləri mövsümün sonuna qədər davam edəcək”.
Hikmət Babaoğlu: Bu gün jurnalistlər ağacəkmə aksiyası həyata keçirməklə ölkəmizin yaşıllaşdırılmasına öz töhfələrini verirlər
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu ağacəkmə aksiyasının keçirilməsini yüksək qiymətləndirib: “Ətraf mühitin mühafizəsində, ekologiyanın qorunmasında yaşıllaşdırma işləri çox faydalıdır. Keçirilən bu aksiya isə ayrıca əhəmiyyət kəsb edir. Biz Qarabağı işğaldan azad etmişik. Ona görə də xalqımızda böyük coşqu var. Bildiyiniz kimi, Prezident İlham Əliyev işğaldan azad olunmuş əraziləri “yaşıl zona” elan edib. Bu kontekstdə bütün Azərbaycanın yaşıllaşdırılması mühüm əhəmiyyət kəsb edir. Bu gün jurnalistlər ağacəkmə aksiyası həyata keçirməklə ölkəmizin yaşıllaşdırılmasına öz töhfələrini verirlər. Ona görə də mən məmnuniyyətlə aksiyada iştirak edirəm. Belə bir aksiyanın təşkil olunması çox təqdirəlayiq haldır”.
Bəhruz Quliyev: Keçirilən bu aksiya həmrəyliyimizin nümunəsidir
“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev isə keçirilən aksiyanı həmrəyliyimizin nümunəsi kimi dəyərləndirib: “Yaşıllaşdırma işlərinin böyük əhəmiyyəti var. Dövlətimiz bu istiqamətdə uğurlu siyasət həyata keçirir. Məqsəd ekologiyamızın, insanların sağlamlığının qorunmasıdır. Ona görə də ölkəmizin hər yerində yaşıllaşdırma işləri aparılır. Keçirilən bu aksiyada da insanlar, o cümlədən media nümayəndələri fəal şəkildə iştirak edirlər. Bu bizim həmrəyliyimizin nümunəsidir”.
Rəşad Məcid: Bayram günündə ağac əkməyin ayrıca mənası var və biz böyük həvəslə burada iştirak edirik
“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid isə torpaq çərşənbəsi günündə belə bir aksiyanın keçirilməsinin bayram töhfəsi olduğunu deyib: “Bu gün xalqımız üçün gözəl bayramlardan biridir. Bayram günündə ağac əkməyin ayrıca mənası var və biz böyük həvəslə burada iştirak edirik. Onu da deyim ki, jurnalistlər indiyə qədər də ağacəkmə aksiyalarında iştirak ediblər. Hesab edirəm ki, bundan sonra da belə olacaq”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

