/ / İşğaldan azad olunmuş ərazilərdə tarixi-mədəni irsin, multikultural dəyərlərin bərpası Azərbaycan dövlətinin diqqət mərkəzindədir
İşğaldan azad olunmuş ərazilərdə tarixi-mədəni irsin, multikultural dəyərlərin bərpası Azərbaycan dövlətinin diqqət mərkəzindədir
06.05.2021 [08:19]
Dünyada multikulturalizm məkanı və tolerantlıq nümunəsi sayılan Azərbaycanda ümumbəşəri dəyərlərə verilən qiymət hər zaman təqdirlə qarşılanır. Bununla yanaşı, ölkəmizdə hər zaman bütün dinlərə məxsus tarixi-dini abidələrin qorunması, onlara diqqət göstərilməsi aktuallıq daşıyıb. Vurğulanmalıdır ki, ermənilər tərəfindən dağıdılmış tarixi-mədəni irsimiz sayılan dini abidələrimiz 44 günlük müharibə nəticəsində torpaqlarımızın işğaldan azad edilməsindən sonra Prezident İlham Əliyevin xüsusi tapşırığı ilə bərpa edilməkdədir. Nəzərə alınmalıdır ki, ermənilər 30 ilə yaxın bir müddətdə Azərbaycanın dini-tarixi abidələrini, məscidləri təhqir etmişdilərsə, Azərbaycan dövləti bu məscidlərlə yanaşı, xristian dininə məxsus abidələri də bərpa edir, qoruyur. Şuşadakı kilsənin təmiri də bunun bariz nümunəsidir.
Məsələ ilə bağlı fikirlərini bölüşən Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Azər Badamov bildirib ki, Ermənistanın 30 ilə yaxın davam etmiş işğalçılıq siyasəti nəticəsində tarixi, dini, mədəni abidələrimiz dağıdılıb, bu abidələr erməni vandalizminin qurbanına çevrilib. Təcavüzkar dövlətin bu cür vandal əməllərə əl atmaqda əsas məqsədi isə xalqımızın minilliklər ərzində yaşadığı torpaqlarda həm tarixi keçmişimizi, həm də mənəvi yaddaşımızı məhv etmək olub: “Amma düşmənin bu cəhdi heç bir işə yaramadı. Azərbaycan dövləti öz torpaqları ilə yanaşı, tarixi abidələrimizi də düşməndən azad etdi. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Cəbrayıl və Zəngilan rayonlarına son səfəri zamanı bu tarixi-mədəni abidələrimizin bərpası ilə bağlı məsələlər diqqət mərkəzində oldu. Bəlli olduğu kimi, Zəngilan məscidi Heydər Əliyev Fondu tərəfindən təmir olunacaq. Xüsusi vurğulamaq lazımdır ki, təmir-bərpa prosesi bütün dinlərə məxsus tarixi abidələrdə aparılır. Şuşadakı kilsənin bərpa edilməsi, Kəlbəcər rayonundakı qədim alban kilsələrinin qorunması bunun bariz nümunəsidir. Azərbaycan dövləti bu fəaliyyəti ilə bir daha multikultural dəyərlərə hörmət nümayiş etdirdiyini ortaya qoymaqdadır”.
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, partiyanın Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov da Azərbaycan dövlətinin daim multikultural dəyərlərə hörmətlə yanaşdığını bildirib. O deyib ki, Heydər Əliyev Fondunun müxtəlif ölkələrdə tarixi-mədəni, dini obyektləri bərpa etməsi Azərbaycanın ümumbəşəri irsin qorunub saxlanılmasına dəyərli töhfəsidir.
“Ermənilərin işğal etdikləri ərazilərdə bütün mədəni, dini obyektləri dağıtması, təhqir etməsi cinayətdir. Bu gün Azərbaycan dövlətinin ermənilər tərəfindən dağıdılmış tarixi-mədəni abidələrimizi bərpa etməsi isə bəşəri dəyərlərə verdiyimiz qiymətin növbəti göstəricisidir. Ən əsası isə, bu bərpa prosesində heç bir ayrı-seçkiliyə yol verilmir və bütün dinlərə məxsus abidələr bərpa olunur. Bu fakt bir daha Azərbaycan dövlətinin multikultural dəyərlərə hörmətinin təcəssümüdür”, - deyə R.Hüseynov əlavə edib.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 23:19
İdman
06 Sentyabr 22:40
Dünya
06 Sentyabr 21:54
Hadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Siyasət
06 Sentyabr 18:45
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Dünya
06 Sentyabr 15:59
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Siyasət
06 Sentyabr 11:46
Dünya
06 Sentyabr 11:43
Siyasət
06 Sentyabr 11:36
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Sosial
06 Sentyabr 10:47
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29

