Qlobalistlər nə istəyirlər?
27.01.2022 [11:21]
Birlik adı altında gizlənən ölüm və müharibələr
Cənnətə gedən yol cəhənnəmdən keçir
İlhamə Rəsulova
XXI əsrin əvvəllərində yayılmış qloballaşma ideyasının əsasında dövlətlərin öz daxili qüvvələri tərəfindən milli dövlətlərin dağıdılmasına hazırlamaq dayanırdı.
İlk baxışda çoxlarına xoş görünən qloballaşma ideyası məhz buna görə, çoxlarına qorxunc görünürdü.
Soros Fondunun əlində rəhbər tutduğu “açıq cəmiyyət” ideyası dünyanı öz hökmranlıqları altında birləşdirməyi, ümumdünya hökuməti qurmağı hədəfləyən qlobalistlər tərəfindən ortaya atılıb. Qlobalistlərin önündəki başlıca əngəl milli dövlət və hökumətlərdir. Qlobalistlərin tərtib etdikləri planlara qarşı çıxan, onlara müqavimət göstərən hökumətlər müxtəlif yollar və səbəblərlə devrilir. Bu fikri bir çox siyasi şərhçilər dilə gətirirlər.
Nə üçün qlobalistlər milli dövlətləri sıradan çıxarmaq və dünya imperiyası qurmaq fikrindədir?
Bu gün ayrı-ayrı xalqların inkişafı və müstəqil fəaliyyəti üçün milliliyini qoruyan dövlətlər çox vacibdir. Milli dövlətin mövcudluğu xalqın statusunun və suverenliyinin daim aktual olacağını təmin edir. Dünyanın düzəninin milli dövlətlərdən ibarət olmasını qəbul etməyən qlobalistlərin fikri daha çox Qərb mədəniyyətini və yaşayış tərzini ixrac etməklə təkqütblü dünya nizamı formalaşdırmaq və ümumi idarəçilik mərkəzləri yaratmaqdır. Çünki şərqlilər milli dəyərlərinə daha sıx bağlıdırlar.
Ümumi mənada qloballaşma bütün dünyada iqtisadiyyatların və cəmiyyətlərin inteqrasiyasının genişlənməsi kimi ortaya atılmışdı. İqtisadi inteqrasiyanı gücləndirən əsas amillər nəqliyyat və informasiya-kommunikasiya texnologiyalarının inkişafı, eləcə də ticarət və investisiyalar qarşısındakı maneələrin aradan qaldırılmasıdır və qloballaşma sözdə bunu hədəfləmişdi. Qloballaşmanın birinci dalğası 1870-ci illərdən ? Dünya Müharibəsinin başlanmasına qədər davam etdi. Dünya Bankının məlumatına görə, dünya iqtisadiyyatının 8 faiz artmasına səbəb oldu. II Dünya Müharibəsindən sonra qloballaşma dalğası yenidən gücləndi.
Sovet İttifaqı dağılandan sonra qloballaşma sürətləndi. İkiqütblü dünya yeni qütblər uğrunda savaşan dövlətlərin dünyasına çevrildi.
1989-cu ildə kommunist ideologiyasının süqutu praktiki olaraq elan ediləndə amerikalı filosof və politoloq Frensis Fukuyama “Tarixin sonu?” adlı məqaləsində iddia edirdi ki, birqütblü dünyada “bütün ziddiyyətlər həll olunur və bütün ehtiyaclar ödənilir. Mübarizə, ciddi qarşıdurma olmur deyə, generallara, dövlət xadimlərinə ehtiyac qalmır. Yeni birqütblü dünyada nə fəlsəfə, nə sənət, nə ideologiya qalacaq, yalnız qarşılıqlı zənginləşmə və texnoloji inkişaf gedir və əsas oyunçular artıq dövlətlər deyil, nəhəng korporasiyalar olacaq”.
1993-cü ildə amerikalı politoloq Samuel Hantinqton ona cavab olaraq yazdığı “Sivilizasiyaların toqquşması?” məqaləsində ikiqütblü dünyanın süqutundan sonra, “tarixin sonunun” gəlmədiyini, əksinə, yeni müharibələrin və toqquşmaların qaçılmaz olduğunu və əsas fəaliyyət göstərənlərin artıq ölkələr deyil, gizli bir güc olacağını, yeni, çoxqütblü quruluşun meydana çıxacağını yazmışdı. 29 il sonra biz Hantinqtona haqq qazandıra bilərik.
Hantinqtona görə, yeni dünya vahid sosial-mədəni məkana çevrilmək niyyətində deyil. Əksinə, o, səkkiz sivilizasiyanın toqquşması meydanına çevriləcək: Qərb, Hind, İslam, Konfutsi, Latın Amerikası, Slavyan Pravoslav, Yapon və Afrika. Onların hər biri dili, tarixi, dini, adət-ənənələri, institutları və insanların subyektiv özünüidentifikasiyası ilə digərlərindən fərqlənir.
“Bəli, qloballaşma ona gətirib çıxarır ki, ölkələrin sərhədləri itir və insanlar öz yaşayış yeri, milli mənsubiyyəti ilə ənənəvi eyniləşdirməni itirərək bütün dünyaya yayılır. Lakin yad mühitdə, çox vaxt gəlmə sivilizasiyanın “mən”i, kəskinləşir. Məsələn, suriyalı qaçqınlar Almaniyaya daxil olduqda, onların bir çoxu tədricən özlərini Suriyanın nümayəndəsi kimi tanıtmağı dayandırırlar. Digər tərəfdən, onlarda fərqli bir özünüdərk getdikcə güclənir və aktuallaşır. Onlar əvvəlkindən daha çox Qərb liberal cəmiyyətinin fundamental dəyərlərini bölüşməyən müsəlmanlar kimi hiss edirlər, beləcə lokal mübarizələr başlayır.
Antiqlobalistlərin iddiaları: İnsanların sayını azaltmaq hədəflənib
Qloballaşmanın alternativi indi yaşadığımız çoxqütblü, müxtəlif mədəniyyətlərin yanaşı yaşadığı, robotların yox, insanların məskunlaşdığı həqiqi dünyadır.
Fransanın Hold-Up Media agentliyi 2008-ci ildə virusologiya sahəsindəki uğurlarına görə Nobel Tibb mükafatı almış professor Luc Montagnierin müsahibəsi qlobalistlərlə antiqlobalistləri üz- üzə qoydu.
Tibb professorunun dediyinə görə, koronavirus vaksinləri antitellərlə bağlı yeni xəstəliklərin yaranmasına səbəb ola bilər və bu, ölüm saylarını artıracaq. Luc Montaignier 2017-ci ildə Fransa hökumətinin məcburi peyvəndləmə qərarına qarşı çıxan alimlərdən biridir.
“Dünyada insanları idarə edə bilməyin yolu böyük müharibələr yox, kiçik, gözəgörünməz lakin letal nəticələr verə biləcək viruslardır. Qlobalistlər tərəfindən dünyadakı insanları məhv edib saylarını 1 milyarda endirmək hədəflənib.
Bunun üçün ən ağıllı versiya müharibələr yox, viruslar olmalı idi. Karantindən sonra dünya tamam başqa yöndə irəliləyəcək. Ən birinci virus yaratmaq lazım idi. O az öldürücü qabiliyyətli olmalıydı. Məsələn, öldürücülük qabiliyyətinin 10 faiz təşkil etməsi, maksimal şəkildə yayıla bilsin deyə inkubasiya müddətinin 14-30 gün çəkməsi arzuolunan idi. Bu virus mürəkkəb bioloji koda malik olmalıydı ki, onu ilk iş ilində sındırmaq, çözmək mümkün olmasın. Bu virus adi mövsümi qrip viruslarına bənzəməliydi ki, psixoloji təzyiq artsın. Həddən artıq geniş yayılması barədə inanclar güclənsin. Belə olardısa, istənilən soyuqlamanı, iltihabı koronavirusun adına yazmaq asan olardı. Karantindən bezmiş insanlar kollektiv immunitetin yaranması naminə vaksinin tezliklə yaranması və tətbiqini arzu etsinlər. Vaksinlə yer kürəsi insanlarının 7 milyard nəfərini əhatə etmək planlaşdırılır. Yerdə qalan 1 milyard həmin lazım olan qızıl milyard olacaq. Məhz bu 1 milyardlıq insanlar qaldıqdan sonra orta təbəqə olmayacaq, dünya iki təbəqə arasında formalaşacaq. Az miqdarda varlılar və onlar üçün çalışan yoxsullar. Elə buna görə orta sahibkarlığın aradan qaldırılması hədəflənib. Növbəti sənaye inqilabı dövründə insan əməyini robotlar əvəz edəcəksə, o zaman bu insanlar nəyə lazımdır? Deməli sayları azaldılmalıdır. Distant təhsilin keyfiyyəti azaltması da bu planın bir hissəsidir. Gələcəyin insanlarına kütləvi şəkildə bilgili olan şəxslər lazım deyil. Distant təhsil qlobalistlərin arzusudur, həm ucuz başa gəlir, həm də aşağı keyfiyyətlidir. Qlobal fond birjaları yüksəlməyə başlayıb, bu qlobalistlərin birja manipulyasiyasıdır. Çünki bütün dünyada varlılarla kasıblar arasında fərq sürətlə uçuruma dönüşür və dünyada real sektorda orta və kiçik biznes böyük böhran yaşamaqdadır”.
Bu deyilənlər 2 il ərzində baş-ayaq olmuş dünyada baş verənlərdən nəticə çıxaran antiqlobalistlərin düşüncələridir. Antiqlobalistlər məhz buna görə “Yehovanın şagirdləri” tipli yeni dinlərin yayılmasına qarşı çıxırlar. Çünki “dünyada hamı qardaşdır, əlinə silah almaq günahdır, sevin və xoşbəxt olun” şəklində ehkamlarla böyümüş bir kişidən patriot, əsgər çıxmaz, bəşəri ideyalarla yaşayan keşiş və ya rahib çıxa bilər.
Bəs qlobalistlər arzularını nə üçün ölümlər bahasına həyata keçirsinlər?
Koronavirus axı ağıllı seçim etmir. Qurbanları müxtəlif insanlar ola bilir. Qlobalistlərin əsas planında 7 milyardlıq əhalini 1 milyarda endirmək maddəsi olmasaydı, əslində bütün sivilizasiyanın vahid birlik, harmoniya, sülh içində yaşaması şüarı pis səslənməzdi. Belə çıxır ki, Yer üzündə yaradılacaq süni cənnətdə yaşamaq üçün bəşəriyyət cəhənnəmdən keçməlidir.
Hər bir halda təzadlı fikirlərdir. Bəlkə də ona görə təzadlı görünür ki, bu pazlın hələ yerini almamış hissələri, bizlərə tam verilməyən bilgilər var. Bütün hallarda bu insanın planıdı, yaradan isə başqa şey düşünür. Yaşatmaq və ya məhv etmək yalnız onun iradəsindədir.
Xəbər lenti
Hamısına baxDünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16

