Diqqətdən kənarda qalan fənn...
14.06.2022 [10:38]
Yol hərəkəti qaydaları niyə tədris edilmir?
Nicat PAŞA
Orta məktəb hər kəsi bir fərd olaraq formalaşdırır. Tədris materialları şagirdlərin gələcək həyatları üçün önəmli olan demək olar, hər sahəni əhatə edir. Amma nə dərəcədə? Bəzi spesifik sahələrin tədris edilməsi niyəsə diqqətdən yayınır. Digər məqam isə daha az nəzəri cəlb edən, lakin olduqca böyük əhəmiyyətə malik olan müəyyən sahələrdir ki, bu sahələrə də yalnız formal xarakterli açıq dərslər keçirilməklə qane olurlar. Belə sahələrdən biri də yol hərəkəti qaydalarıdır. Hansısa şagird orta məktəb dövründə fizika və ya biologiya fənnini yaxşı mənimsəmədikdə bu, onun gələcək həyatı üçün bir neçə əlaqəli peşələrin bloklanması deməkdir. Yol hərəkəti qaydalarını öyrənmək isə hər bir vətəndaşın məsuliyyətidir. Çünki elə ibtidai siniflərdə təhsil alan şagirdlər də yol hərəkəti iştirakçılarıdırlar - piyadadırlar.
Yollarda qısa müşahidə apardıqda bu sahədə xeyli boşluqların olduğu ortaya çıxır. Belə ki, həm piyadaların, həm də sürücülərin bəziləri bu qaydalardan ümumiyyətlə xəbərsizdirlər. Niyəsə ölkəmizdə bu məsələ ikinci plana atılıb. Tədris materiallarının arasında yol hərəkəti qaydaları ilə bağlı ciddi dərslərə, heç olmasa, maarifləndirici təlimlərə rast gəlmək müşkülə çevrilib.
Şagirdlər üçün bu mövzu niyə nəzərə alınmayıb? Həqiqətənmi yol hərəkəti qaydaları gözdən yayınacaq qədər əhəmiyyətli deyil? Xarici təcrübə bu barədə nə deyir?
Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov deyir ki, məktəbyaşlı uşaqların yol hərəkəti qaydalarını öyrənmələr, ilk növbədə, onları əhatə edən mühitə düzgün münasibətin formalaşmasına xidmət edir: “Uşaqlar küçə və yollarda bir növ sərbəst olur və təbiidir ki, onların hərəkətlərinə nə valideynlər, nə də müəllimlər nəzarət edə bilirlər. Odur ki, uşaqların yol hərəkəti qaydalarını bilmələri və küçədə ona əməl etməklə intizamlı olmaları çox vacibdir”.
Son 5 il ərzində Dövlət Yol Polisi tərəfindən açıqlanan rəqəmləri təhlil edəndə görürük ki, yol-nəqliyyat hadisələrində, uşaqların hadisələrdə zərər çəkmələri onların davranışından asılıdır: “Məktəblərdə yol hərəkəti qaydalarının öyrədilməsi və məktəbdənkənar pedaqoji tədbirlərin müntəzəm keçirilməsi uşaqların küçədə intizamlı olmalarına və bədbəxt hadisələrin azalmasına kömək edə bilər”.
Təhsil ekspertinin sözlərinə görə, bu gün təkcə Bakı şəhərində 317 məktəb binasının hər birinin yaxınlığından yüksək sürətli avtomobil keçir: “Qanunvericilik aktlarına görə məktəblərin ən azı 100 metrliyində yüksək sürətli avtomobil yolları olmamalıdır. Hətta 147 saylı, 25 saylı və digər məktəblərin tam 1-2 metrliyində hərəkət sürəti saatda 80-90 km. olan yollar var. Şagirdlər üçün, əgər onlar yol hərəkəti qaydalarını bilməsələr, ciddi təhlükələr yarana bilər.
Təəssüf ki, məktəblərimizdə yol hərəkəti ilə bağlı görülən işlər çox azdır: “Hesab edirəm ki, intizamlı piyada olmaq üçün hər şeydən əvvəl uşaqlarda təhlükə haqqında təsəvvür yaradılmalıdır. Bu sahədə təsəvvürü olmayan uşaq küçədə istədiyi kimi hərəkət edir. Bədbəxt hadisənin nə olduğunu bilməyən uşaq diqqətsizliyinin nə ilə nəticələnəcəyini təsəvvür edə bilmir. O belə zənn edir ki, çox cəld hərəkət edə bilər, hətta son anda belə hərəkət edən nəqliyyatın qabağından qaçıb keçə bilər”.
Xoşagəlməz hal odur ki, son illər məktəbli şagirdlərin yol qəzasına düşməsi halları çoxalıb: “Burada təkcə məlumatsızlıq deyil, məktəblərin yaxınlığında keçidləri, xüsusi nişanların olmaması da ciddi rol oynayır. Düşünürəm ki, uşaqların qəzalar nəticəsində bədən xəsarəti almaları barədə xəbərdar olunması yalnız ailənin deyil, məktəblərin, digər təşkilatların və bütün ictimaiyyətin diqqət mərkəzində olmalıdır”.
Mütəxəssisin fikrincə, Təhsil nazirliyi, Dövlət Yol Polisi İdarəsi məktəblərə bütün tədris ilini əhatə edən təlimlər keçməlidir: “Düşünürəm ki, məktəblərdə və məktəbdənkənar pedaqoji tədbirlərin müntəzəm həyata keçirilməsi uşaqların küçədə intizamlı olmalarına və bədbəxt hadisələrin azalmasına kömək edə bilər. İntizamlı piyada olmaq üçün uşaqlarda ən əvvəl təhlükə haqqında təsəvvür yaradılmalıdır. Bu sahədə təsəvvürü olmayan uşaq küçədə istədiyi kimi hərəkət edir. Uşağa küçələrdə nəqliyyatla əlaqədar baş vermiş hadisələrdən danışdıqda o qorxur, buna oxşar hadisənin baş verməməsi üçün intizamlı olmağa çalışır. Bunu istər valideynlər, istərsə də tərbiyəçilər, müəllimlər - hamı yaxşı bilməlidir”.
Təhsil eksperti dünya təcrübəsindən də söz açıb. O bildirib ki, dünya təhsil təcrübəsinə əsasən uşaqlara yol hərəkəti qaydaları, yol nişanları məktəbəqədər təhsil dövündə öyrədilməyə başlanılır: “Finlandiyada, hətta 3-4 yaşlı uşaqlar üçün bağçalarda yol hərəkəti 6 aylıq ayrıca təlim olaraq həyata keçrilir. İbtidai sinifdən başlayaraq isə, onlara bədbəxt hadisələr zamanı davranış qaydaları öyrədilir. Yəni verilən bilik və bacarıqları nəzəri olaraq deyil, praktiki olaraq verilir.
Hətta qardaş Türkiyədə ibtidai sinifdə bütün tədris ili ərzində hər il yol hərəkəti qaydaları tədris olunur”.
Təhsil həyat üçün minimum bilik və bacarıqlara malik olan şəxsiyyət yetişdirir. Hər kəs müstəqil həyatda başına gələcək hadisələrdən müdafiə olunmaq üçün ilkin minimum vərdiş və bacarıqları orta məktəbdə öyrənməlidir və təhsilin də Təhsil haqqında qanuna görə vəzifəsi bundan ibarətdir: “Lakin biz bu gün təhsil haqqında qanunun tələblərinin reallaşmadığının şahidiyik. Təəssüf ki, orta məktəblər şagirdləri həyata hazırlamır. Yol hərəkəti haqqında qaydalar, yol nişanları orta məktəb tədris proqramına daxil edilməlidir. Düzdür, Həyat bilgisi fənnində buna bir paraqraf ayrılıb, amma o paraqraf da çox səthidir, heç bir əhəmiyyətə malik deyil”.
“Hesab edirəm ki, orta məktəbin tədris proqramına ilkin tibbi yardım, özünümüdafiə, yol hərəkəti qaydaları kimi mühüm bilik və bacarıqlar öyrədilməlidir. DYP-dan sürücülük vəsiqəsi alanların yaş həddini təhlil edəndə, onlar arasında araşdırma aparanda məlum olur ki, heç bir sürücü yol hərəkəti qaydaları ilə bağlı orta məktəbdə biliyə malik olmayıb. Halbuki bu kimi vərdişlər orta məktəblərdə şagirdlərə mütləq şəkildə aşılanmalıdır”, - deyə K.Əsədov qeyd edib.
Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, bu məsələ ilə bağlı sistemli şəkildə işlər aparılır: “Həyat bilgisi” dərsində, digər dərsdənkənar məşğələlərdə və müəllimlərin təlim söhbətlərində bu barədə danışılır, şagirdlərə məlumat verilir”.
Xəbər lenti
Hamısına baxSosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22

