6 il bir göz qırpımında keçdi...
18.06.2022 [12:57]
Bakıda ilk Formula1
MÜŞFİQƏ
Formula 1 həyəcanını bir neçə gündür ki, geridə qoymuşuq. Bütün dünyanın nəbzinin döyündüyü paytaxt küçələri növbəti dəfə öz qalibini müəyyənləşdirib. Avtoyürüşün bütün ulduzlarını geridə qoyaraq “Red Bull”dan Maks Ferstapen adını idman ölkəsinin tarixinə yazdırmağı bacarıb.
Bir vaxtlar bizim üçün Formula 1 Şumaxerlə assosiasiya olunurdusa, bu gün az qala hər kəs bu mötəbər yarışın həvəskarına çevrilib. Deməli, bu yarış iqtisadi və turizm potensialını artırmaqla yanaşı, mənəvi inkişafa da rəvac verib. Bəs 2016-cı ildən etibarən həyatımızda yer alan və adrenalin yaşadan Formula 1 necə yaranıb?
Formula 1 dairəvi avtoyürüşləri üzrə dünya çempionatı 1950-ci ildən mütəmadi keçirilir, onun təşkilatçısı isə Beynəlxalq Avtomobil Federasiyasının (FIA Sport) idman bölməsidir. Bütün ölkələrdə avtomobil idmanını FIA idarə edir, Formula 1 də birbaşa ona tabedir. Çempionat 4 qitəni əhatə edir. Dünyanın ən prestijli avtoidman çempionatı olmaqla yanaşı, həm də ilboyu keçirilən ən məşhur idman seriya yarışlarıdır.
İlk yürüş mayın 13-də Silverstoun şəhərində baş tutub. Qalibi isə “Alfa Romeo” avtomobilinin sükanı arxasında oturan Cüzeppe Farina olub. Onun azacıq geridə qoyduğu argentinalı rəqibi Xuan Manuel Fanxio isə bu məğlubiyyətdən sonrakı 7 il ərzində beş dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Hər ilin sonunda çempionatın qalibi müəyyən edilir. Çempionatda həm sürücülər, həm də komandalar yarışırlar. Sürücülər dünya çempionu titulu uğrunda, komandalar isə Mühəndislər Kuboku uğrunda mübarizə aparırlar. Hər komandada iki pilot və buna müvafiq olaraq iki bolid olmalıdır. Mövsüm boyu keçirilən Formula 1 Qran-Pri yarışlarında ən çox xal toplayan pilot dünya çempionu olur, xalların hesablanmasının yekunlarına görə, qalib komandaya Konstruktorların Kuboku təqdim edilir.
Məsələn, konstruktorlar kubokunda ən çox qələbə “Ferrari” komandasına məxsusdur. Komandanın hesabında 238 titul var. Bu siyahını isə McLaren və Mercedes komandaları davam etdirir.
Təəccüblü deyildir ki, komandaların çoxu dünyanın ən böyük avtokonsernlərinə məxsusdur və onların adlarını (“Ferrari”, “Mercedes”, “Renault” və s.) daşıyır, yaxud “Red Bull”, “Infiniti” və digərləri ilə fəal əməkdaşlıq edir.
İndiyə qədər Formula 1 üzrə keçirilən dünya çempionatlarında 30-dan çox pilot qalib olub, Mixael Şumaxer və Luis Hamilton isə rekorda imza atıblar. Onların hər birinin hesabında yeddi titul var. Bundan əlavə, Hamilton podiumların sayına görə rekorda sahibdir.
Formula 1 tarixində ilk dəfə ölümündən sonra dünya çempionu adına isə avstriyalı pilot Yoxen Rindt layiq görülüb. 1970-ci ildə pilot Qran-Pri zamanı qəzaya uğrayaraq həlak olub. Buna baxmayaraq, çempionatın sonuna qədər heç kim onun göstəricisini təkrarlaya bilməyib.
Formula 1 Azərbaycan Qran-Prisi nə ilə yadda qaldı?
Ölkəmiz bu mötəbər idman yarışına ilk dəfə 2016-cı il 17-19 iyun tarixlərində ev sahibliyi etdi. 2016-cı ildə paytaxt Bakıda keçirilən Formula1 Azərbaycanda baş tutan ən böyük idman tədbirlərindən biri idi. Keçirilən ilk yarışın qalibi pouldan start alan Niko Rosberq oldu. Hamiltonun beşinci olduğu yarışda xal fərqini artıran alman sürücü çempionatdakı liderliyini daha da möhkəmləndirdi. Finiş xəttini Sebastyan Fettel ikinci, Serxio Peres isə üçüncü keçdi.
İzləyicilərə böyük sürət, həyəcan və əyləncə vəd edən yarışlar insanların böyük marağına səbəb oldu, yarım milyarddan çox tamaşaçı izlədi. Qonşu dövlətlərdən, eləcə də Avropanın aparıcı ölkələrindən on minlərlə turist Formula 1 həvəskarı olaraq bu yarışı izləmək üçün Bakıya qonaq gəldi. 2016-cı il Qran-Prisi ölkəmizin beynəlxalq arenada tanıdılması baxımından da böyük əhəmiyyət kəsb edirdi. Bakıda Formula-1 yarışlarının açılışında dünya ulduzları Kris Braun, Enrike İqlesias və Farrell Uilyams iştirak etdilər.
Növbəti ildən Azərbaycan Qran-Prisi adını alan yarışlarda Daniel Rikkardo (“Red Bull Racing” - 2017), Luis Hamilton (“Mercedes”-2018), Valtteri Bottas və Luis Hamilton (“Mercedes” - 2019), Serxio Peres (“Red Bull Racing” - 2021) qalib gəliblər. 2020-ci ildə Formula 1 Azərbaycan Qran-Prisi koronavirus pandemiyası səbəbindən keçirilməyib.
XXI əsrdə inşa olunan avtodrom və ya qurulan şəhər traslarının cədvəlini tərtib edən “The Race”ə görə, “12-lik”də 2 şəhər trası və 10 avtodrom yer alıb. Siyahıda Bakı trası 5-ci pillədə qərarlaşıb.
Dünya çempionatının Azərbaycan mərhələsində hər il müxtəlif pilotlar qalib gəlib. Azərbaycan Qran-Prisinin nəticəsinin gözlənilməzliyi onu daha da möhtəşəm edir. Formula 1 mütəxəssisləri buna “Bakı sindromu” adı veriblər. Baxımlılığı ilə seçilən Bakı yarışı həmişə ilin ən yaxşı Qran-priləri arasında yer alır.
Formula 1 Azərbaycan Qran-Prisi 2023-cü ilədək təşkil ediləcək. Bununla əlaqədar 2019-cu il fevralın 5-də Bakıda müqavilə imzalanıb.
Xəbər lenti
Hamısına baxHadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18

